Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib

Səhiyyə Nazirliyi "Omikron"la bağlı əhaliyə yenidən çağırış edib.

PİA.az xəbər verir ki, çağırışda koronavirusun “Omikron” mutasiyasının genetik xüsusiyyətlərini nəzərə alaraq vətəndaşlardan səhiyyə qurumlarının müəyyən etdiyi virusa yoluxma riskini azaldan göstərişlərə əməl etmək xahiş olunub.

Qeyd olunub ki, maska taxılmalı, tez-tez əllər yuyulmalı və ya antiseptik vasitələrdən istifadə edilməli, fiziki məsafə saxlanılmalı, insanların sıx toplaşdığı yerlərdən uzaq durmalı, vaksin olunmalı, virusa yoluxduğunuz halda özünüzü ailə üzvlərinizdən mümkün qədər təcrid etməli, təcrid olunan yeri tez-tez havalandırmalı, gün ərzində 2 dəfə bədən hərarəti ölçülməli, bol maye qəbul edilməlidir. Eyni zamanda yataq rejiminə riayət edilməli, hərarət yüksəldiyi zaman (38℃ və daha yuxarı) qızdırmasalıcı dərmanlardan istifadə edilə bilər.

Bundan başqa, 5 gündən çox müddətdə idarə olunmayan yüksək qızdırma (>38.5℃, qızdırma salıcı dərmanlara tabe olmayan) narahat edici olarsa, ASM (poliklinika) ailə həkiminə (sahə həkimi pediatrı, sahə həkimi terapevti) məlumat verilməli, ev şəraitində antibiotik, antiviral, hormonal, immunitet artırıcı müalicələrdən və venadaxili mayelərin köçürülməsindən uzaq durulmalı, qonşunun, qohumun, tanışın tövsiyəsinə əsasən dərman qəbul edilməməli, orta tibb işçilərinin tövsiyəsinə əsasən müalicə olunmamalıdır.

"Vaksinasiya virusun istənilən mutasiyası ilə mübarizədə ən effektiv vasitə olaraq qalır. Vətəndaşlarımızı gücləndirici (“buster”) doza ilə vaksin olunmağa çağırırıq" - məlumatda qeyd olunub.

pia.az

 

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar