Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qazaxıstanda son hadisələr: Avrasiyaçılıq, yoxsa türk millətçiliyi?..

Bu və ya digər şəkildə, görünür, universallıq Qazaxıstanın xarici siyasətinin əsas prinsipi olaraq qalacaq. Orada həm avrasiyaçılığın, həm də türkçülüyün (və ya turançılığın) təsirli müdafiəçiləri var...

Dr. Vitali Naumkin
“The Independent” qəzeti, 20 yanvar 2022-ci il

Qazaxıstanda bu ayın əvvəlində baş verən hadisələr hər kəs üçün sürpriz oldu. Çünki ölkə Mərkəzi Asiya respublikaları arasında ən sabit və çiçəklənən ölkə hesab olunurdu. Bununla belə, neft qiymətlərinin iki dəfədən çox artırılması sonradan ölkəni sarsıdan iğtişaşlara çevrilən və hüquq-mühafizə orqanları və hərbçilərin ölümü ilə nəticələnən kütləvi etirazları təhrik etmək üçün qəsdən atılmış bir addım kimi görünürdü.

Ölkənin iqtisadi paytaxtı Almatı hadisələrin mərkəzinə çevrilib, burada onlarla bina və yer talan edilib, dağıdılıb. Son hesablamalara görə, ölkədə baş verən hadisələrin vurduğu ziyan 2-3 milyard dollar arasındadır.

Mən adətən konspirasiya nəzəriyyələri ilə razılaşmıram. Burada da hesab edirəm ki, etiraz hərəkatı əvvəlcə kortəbii başlayıb, ancaq sonradan müxtəlif dağıdıcı qüvvələrin qoşulması ilə siyasi şüarların əlavə olunduğu mütəşəkkil hərəkata çevrilib.

O zaman ölkədə hakimiyyəti ələ keçirmək missiyası da bu strukturlar vasitəsilə mi müəyyənləşdi?

Bəzi rusiyalı ekspertlər soruşur: Qəzəblənmiş kütlə hökümət binalarını müdafiə etməli və sadəcə işğal etməli idisə, o zaman niyə dövlət binalarını vəhşicəsinə yandırdı?

Qazaxıstan rəsmilərinin iddialarına görə, qiyamlarda xarici ölkə vətəndaşları da fəal rol oynayıb. Bir çox ekspertlər də buna şübhə edirlər, baxmayaraq ki, onların rolu hələ də araşdırılır. Sözügedən əcnəbilərin son günlər administrasiya orqanları tərəfindən həbs edilən on minlərlə insan (təkcə Almatı şəhərində iki min nəfər həbs edilib) arasında olub-olmadığını bilmirik və onların sayından da xəbərimiz yoxdur.

Hadisələrin əvvəlində Qazaxıstan hökumətinin dünya qarşısındakı zəifliyi və sıralarındakı qeyri-mütəşəkkillik hər kəsə sürpriz oldu. Bu, prezident Qasım Cömert Tokayevi terror təhlükəsi ilə mübarizə üçün yanvarın 5-də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (Rusiya, Belarus, Ermənistan, Qırğızıstan, Tacikistan və Qazaxıstanın daxil olduğu) müraciət etməyə məcbur etdi.

Sülhməramlı qoşunlar yaradılaraq sürətlə Qazaxıstana köçürüldü. Yanvarın 9-da qoşunların Qazaxıstanda yerləşdirilməsi başa çatdı və əsas dövlət obyektlərini, o cümlədən Baykonur kosmodromu müdafiə edildi. Bu, üsyançılarla mübarizə aparmaq üçün göndərilən dövlətin təhlükəsizlik aparatına qoşulmuş 1600 elementə diqqətlərini öz missiyalarına yönəltməyə imkan verdi. Qeyd edək ki, prezident Qasım Tokayev yanvarın 10-da konstitusiya quruluşunun bərpa olunduğunu bəyan edib. Lakin sülhməramlılar onlara verilən səlahiyyətlərə ciddi riayət edərək münaqişələrdə şəxsən iştirak etməyiblər.

Bununla belə, bir çox Qərb media nümayəndəsi sülhməramlı əməliyyatı “müdaxilə” kimi qiymətləndirib. Lakin sözügedən əməliyyat yüzlərlə rusiyalı turist və qonağın, eləcə də bəzi digər xarici vətəndaşların Rusiya nəqliyyat təyyarələri ilə ölkədən çıxarılmasına imkan yaradıb.

Əslində, ABŞ dövlət katibi Entoni Blinken tipik, qeyri-diplomatik nəzakətsiz tonunda sülhməramlılardan danışaraq: “Ruslar evinizə girəndən sonra onları oradan çıxarmaq çox çətin ola bilər”, deyib. Lakin əvvəla elə ABŞ dövlət katibinin öz dövlətinin vətəndaşlarını çıxarmaq çətindir. Nümunələri isə hələ də mövcuddur: İraqSuriya.

Hər halda bu açıqlamadakı qısqanclığın səbəbi anlaşılandır. Ruslar dost dövlətin xahişi ilə müdafiəyə kömək etməyə gəldilər, onlar öz missiyasını tez yerinə yetirdilər və tezliklə gedəcəklər. Üstəlik, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) bağlı olan sülhməramlılar yanvarın 13-dən himayəsində olan mövqeləri Qazaxıstanın hüquq-mühafizə orqanlarına ötürməyə başlayıblar.

KTMT qüvvələrinin əməliyyatının başa çatdığı açıqlanıb. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, KTMT sülhməramlılarının öz ölkələrinə qaytarılması prosesi Qazaxıstan tərəfi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir və yanvarın 19-da başa çatacaq.

Düşünürəm ki, Tokayev bu günlərdə göstərdi ki, o, hakimiyyəti idarə edə bilən, milləti səfərbər edə bilən, dostlarına güvənən, iradəli bir liderdir. O, hökuməti istefaya göndərməkdən və onunla razılaşaraq Nazarbayevi Milli Təhlükəsizlik Komitəsinin sədri vəzifəsindən azad etməkdən, islahatlar elan etməkdən, böhrana görə məsuliyyət daşıyanların cəzalandırılacağını və tez bir zamanda yeni hökumətin formalaşacağını bəyan etməkdən qorxmadu.

Onların bu hərəkəti xaricdə də yaxşı qarşılanıb. Yalnız Vaşinqton belə düşünmür. Birləşmiş Ştatlar Tokayevin KTMT-yə üz tutmasını və beynəlxalq hüquq normalarına tam uyğun gələn yardım istəməsini pisləyib. O, dövlət qurumlarına hücum edən üsyançılarla dialoqa çağırış edib. Tokayev dialoq çağırışını qəti şəkildə rədd edərək deyib ki, terrorçularla danışıqlar aparacaq heç nə yoxdur. Londonun münasibəti isə daha balanslı olub.

Hər bir ölkənin öz müttəfiqlərini seçmək hüququ var. Tokayevin özünə inamlı yolu, RusiyaQazaxıstanın digər müttəfiqləri tərəfindən müsbət qarşılanıb.

Son zamanlar Qazaxıstan dövlətinin xeyli yaxınlaşdığı Türkiyənin mövqeyi, o cümlədən Ankaranın yaratdığı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında mühüm rol oynaması həmişəki kimi yaxından izlənilib. Hələ o zaman rusiyalı analitiklər Qazaxıstan siyasətində iki cərəyanı vurğulayıb: Moskvanın rəhbərlik etdiyi Avrasiya tendensiyası və Ankaranın rəhbərlik etdiyi Türkiyə cərəyanı arasındakı ziddiyyət.

Bununla belə, Qazaxıstan ölkənin xarici əlaqələrini şaxələndirməkdə israrlıdır. Yanvarın əvvəlində baş verən hadisələrdən öncə Türkiyə mediası qərəzsiz xəbərlər yayıb. Daha sonra bəzi qiymətləndirmələrdə Tokayevin addımları ilə bağlı mənfi tonlar üstünlük təşkil etməyə başlayıb. Tokayevlə Nazarbayev arasındakı münaqişədən bəhs edilib. Tokayevin Kremlin xüsusi dəstəkçisi olduğu, Nazarbeyevin isə müstəqil Qazaxıstanı təmsil etdiyi iddiası səsləndirilib.

Qazaxıstan prezidenti, hətta rusların ölkə əhalisinin yalnız 1/5-ni təşkil etməsinə və bir çox Qazaxıstan vətəndaşlarının da rus dilini qazax dilindən yaxşı bilməsinə baxmayaraq, ictimaiyyətə rus dilində müraciət etməkdə ittiham olunub.

KTMT qüvvələri ölkəyə daxil olanda Türkiyənin bir çox media qurumu hadisələrdə Kremlin əli olmasından və dinc etirazların yatırılmasında planlı şəkildə iştirakından danışmağa başlayıb. Ultra-millətçi media orqanları Ankaranı Qazaxıstanda qəti vasitəçilik səyləri ilə məşğul olmağa çağırıb. Əks halda, “Rusiyanın bu ölkədən uzun müddət möhkəm yapışacağı” ifadə edilib.

Lakin Sergey Lavrovun yanvarın 14-də Moskvada keçirdiyi mətbuat konfransında vurğuladığı kimi, KTMT-nin həyata keçirdiyi sülhməramlı əməliyyatla bağlı rəsmi Ankaradan heç bir mənfi reaksiya verilməyib. Praktiki olaraq Moskva və onun müttəfiqlərinin qardaş köməyi və sülhməramlı qüvvələrin düzgün davranışı Moskva ilə Nursultan arasında münasibətləri möhkəmləndirib və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi üçün yeni üfüqlər yaradıb.

Bununla belə, səhv başa düşülən bəzi elementlər də var. Ümumilikdə isə münasibətlərə kölgə salınmır. Bu elementlər arasında Əsgər Umarovun yeni hökumətdə informasiya naziri təyin edilməsi də var ki, o, ultramillətçi qazax elitasını və anti-Rusiya cərəyanını təmsil etdiyi üçün Moskvada tamamilə rədd edilməlidir.

Umarovun nazir olmazdan əvvəl Rusiya ilə bağlı verdiyi açıqlamalar tez-tez təhqiramiz səviyyədə olub. Sovet İttifaqının faşizm üzərində qələbəsinin ildönümündə dedikləri buna misaldır:

“Hamı anlaşılmaz zəfər bayramını qeyd edərkən, araq içib sərxoş olarkən, yad bir müharibədən qayıtmayan bədbəxt atalarımıza dua edin. Onlar, görəsən, kimə və nəyə qalib gəldilər?”

Bu sözləri o, Rusiya və digər MDB ölkələri üçün müqəddəs mübarizə olan faşizmə qarşı azadlıq müharibəsinə verdiyi şərhdə deyib. Bu təyinatdan sonra MDB İşləri üzrə Federal Agentliyin (Rusiya Xarici İşlər Nazirliyinin tərkibinə daxil olan hissəsi) rəhbəri, Rusiyanın keçmiş baş naziri və xarici işlər naziri Yevgeni Primakovun nəvəsi Yevgeni Primakov özünün Telegram kanalında belə fikirdə olan nazirlə işləməkdən və ünsiyyətdən imtina etməsi barədə məlumat yayıb.

Digər tərəfdən, Rusiyanın “Roskosmos” Federal Kosmik Agentliyinin rəhbəri Dmitri Roqozin Umarova Baykonur kosmodromuna getməməyi tövsiyə edib. Çünki orada xoş qarşılanmayacağını bildirib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü də Umarovun bəyanatlarını pisləyib.

Prezidentliyin cavabı isə daha yumşaq olub. Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Umarovun təyinatı ilə bağlı açıqlamasında bildirib ki, Rusiya Qazaxıstanın yeni Nazirlər Kabinetinin bütün üzvləri ilə işləməyə hazırdır. O əlavə edib ki, nazir Umarov əvvəlkilərə görə deyil, yeni vəzifəsində verəcəyi bəyanatlara görə qiymətləndirilməlidir.

Görünən odur ki, Tokayev yeni hökuməti formalaşdırarkən ölkədəki müxtəlif siyasi qüvvələr arasında balansı nəzərə almağa çalışıb. Bu və ya digər şəkildə, görünür, universallıq Qazaxıstanın xarici siyasətinin əsas prinsipi olaraq qalacaq. Orada avrasiyaçılığın da, türkçülüyün də (və ya turançılığın) təsirli müdafiəçiləri var.

Orjinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Azərbaycanda baş məşqçinin hakimi döyməsinin görüntüləri - Video

Ən çox oxunanalar