Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avropanın enerji komissarı qaz tədarükünün müzakirəsi üçün Azərbaycana gələcək

Avropanın enerji komissarı Kadri Simson Avropaya qaz tədarükünün artırılması yollarını müzakirə etmək üçün fevralda Azərbaycana səfər edəcək. O, Azərbaycanda və ABŞ-da bu mövzuda keçiriləcək konfranslarda iştirak edəcək.

PİA.az "Report”a istinadən xəbər verir ki, bu barədə Avropanın enerji komissarı Kadri Simson Fransada qitə ölkələrinin enerji nazirləri ilə görüşdən sonra bildirib.

Tərəfdaş ölkələrlə Avropaya qaz tədarükünün artırılması imkanlarını müzakirə etdiklərini vurğulayan Simson fevralın 4-də Azərbaycanda keçiriləcək Cənub Qaz Dəhlizi nazirlərinin görüşündə və fevralın 7-də Aİ-ABŞ Enerji Şurasında bu danışıqları davam etdirəcəklərini vurğulayıb. Simson üzv ölkələr arasında həmrəyliyin olması və gücləndirilməsinin zəruriliyinə diqqət çəkib.

"Aİ-də qaz anbarlarının səviyyəsi həmişəki həcmdən əhəmiyyətli dərəcədə aşağıdır", - o deyib.

Qeyd edilir ki, Avropa İttifaqı tərəfdaşları ilə qaz tədarükünün artırılması potensialı barədə danışıqlar aparır. Rusiyadan nəql edilən qazın qıtlığı ilə bağlı Avropada qaz təchizatı böhranı enerji qiymətlərinin artmasına səbəb olub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Ən çox oxunanalar