Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yaşar Əliyev: "Ermənistan Qarabağda basdırdığı yüz minlərlə mina barədə dəqiq məlumat verməyib"

"Döyüş əməliyyatları dayandırılandan, müharibə başa çatandan sonra Azərbaycanın yüzlərlə dinc sakini piyadalar əleyhinə minalara düşərək həlak olub və ya yaralanıb. Ermənistan Azərbaycan ərazisində yerləşdirdiyi yüz minlərlə mina barədə dəqiq məlumat verməyib, beləliklə məcburi köçkünlərin geri qaytarılmasına mane olmağa çalışıb".

PİA.az-ın xəbərinə görə, bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev təşkilatın mənzil-qərargahında BMT Təhlükəsizlik Şurasının “Şəhərlərdə hərbi əməliyyatlar: şəhər şəraitində mülki şəxslərin müdafiəsi” mövzusuna həsr edilmiş iclasında deyib.

O xatırladıb ki, 2020-ci ilin payızında 44 günlük müharibə nəticəsində bu münaqişə həll edilib: "Azərbaycan işğaldan azad edilmiş ərazilərin reabilitasiyası və yenidən qurulması, məcburi köçkünlərin təhlükəsiz qaytarılması və münaqişədən sonrakı dövrdə dünya nizamı məsələlərinə birinci dərəcəli diqqət yetirir".

Y.Əliyev münaqişə dövründə Azərbaycanın şəhərlərinə, qəsəbə və kəndlərinə hərbi zərbələr endirmək və hücum etmək barədə əmr verənlərin hələ də cəzasız qaldğını vurğulayıb: "Əksinə, onların çoxu Ermənistanda milli qəhrəmanlar kimi şöhrətlənir, ali siyasi və hərbi vəzifələrə irəli çəkilirlər".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar