Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Naxçıvanı daşnaklardan xilas edən Kazım Qarabəkir paşaya qardan heykəl qoyuldu

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri, görkəmli hərbi və siyasi xadim, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasının Şərq cəbhəsi qoşunlarının komandanı olmuş və Naxçıvanı daşnak-erməni hücumlarından qorumuş Kazım Qarabəkir paşaya Qarsda qardan heykəl qoyulub.

virtualaz.org xəbər verir ki, görkəmli sərkərdəyə qardan heykəli Türkiyənin Qars Gömrük Müdirliyinin əməkdaşları onun vəfatının ildönümü münasibətilə yaradıblar. Belə ki, Qars Gömrük Müdirliyinin indiki binası Kazım Qarabəkir paşanın əvvəlcə evi, sonra qərargahı olub.

Kazım Qarabəkir paşa 1948-ci il yanvarın 26-da vəfat edib, bu gün həm də Dünya Gömrük Günü kimi qeyd edilir. Qars Gömrük Müdirliyinin əməkdaşları bu münasibətlə binanın həyətində generalın qardan heykəlini yaradıblar. Qars Gömrük İdarəsinin müdiri Muzaffer Özkan və işçiləri heykəlin qarşısında xatirə fotosu çəkdiriblər, onu rəhmətlə yad ediblər.

Kazım Qarabəkir paşa 1918-ci ildə Osmanlı imperatorluğu ilə yeni qurulan Azərbaycan Demokratik Cümhuriyyəti arasında imzalanmış dostluq və qarşılıqlı yardım haqda müqaviləyə uyğun olaraq Atatürkün əmri ilə Naxçıvanı erməni-daşnak qüvvələrindən xilas etməyə göndərilib. Belə ki, 1917-ci il bolşevik inqilabından sonra Türkiyə ilə sovet Rusiyası arasında imzalanan Ərzincan müqaviləsinə əsasən ruslar Şərqi Anadoludan çəkilməli idilər. Lakin onlar işğal etdikləri ərazilərdən çəkilərkən həmin yerləri ermənilərə təslim etməyə çalışırdılar.

O zaman rusların köməyi ilə ermənilərin ordusu yaradılmışdı və sayı 17 minə çatdırılmışdı. 1918-ci ilin əvvəllərində qatil Andranikin rəhbərliyi ilə həmin daşnak ordusu Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzur da daxil olmaqla bölgədə erməni dövləti yaratmaq üçün bu ərazilərə hücum edib əhalini qılıncdan keçirir, amansız qətllər törədirdilər. Neçə vaxtdan bəri aparılan Brest-Litovsk danışıqları da bir nəticə vermirdi.

Vəziyyət o yerə çatmışdı ki, Qafqazda yaşayan müsəlmanlar, eləcə də Naxçıvan əhalisi ermənilərin bölgədə həyata keçirdiyi vəhşiliklərin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb etdi. Və Atatürkün əmri ilə Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir paşa vaxt itirmədən özünü naxçıvanlıların köməyinə yetirib. Kazım Qarabəkir paşanın komandanlığı altında döyüşən Qafqaz-Türk ordusu Naxçıvana yürüş edərək daşnakları geri oturdub və Naxçıvanın yerli özünüidarə hökumətinin qurulmasına yardım edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Ən çox oxunanalar