Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyanın Türkiyə siyasəti... - Türkiyə-Ermənistan münasibətləri tam normallaşa bilər?

Faşist idayasını mənimsəyən erməni diasporu, o cümlədən erməni kilsəsi Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşmasına imkan verərlərmi?..

Zaur İbrahimli: “Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə daha geniş konktestdən baxmalıyıq. Bu məsələ yalnız hər iki ölkə ilə bağlı deyil, region miqyasında əhəmiyyətlidir”.

Ermənistan üçün Türkiyə münasibətlərin normallaşması və Ankaraya olan iddialardan əl çəkilməsi yeni mövqeyin ilk addımları sayıla bilər. Paşinyan iqtisadi üçün bu istiqamətdə irəliləmək hazırkı şərtlərdə daha asandır. Məhz buna görə bu imkan yaradılıb”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistan-Türkiyə münasibətlərinin son vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan özünün “Facebook” səhifəsində keçirilən onlayn mətbuat konfransında bildirib ki, onun ölkəsi Türkiyə münasibətlərin normallaşmasına maraqlıdır və İrəvan Ankara ilə danışıqların dinamikası saxlanıldığı təqdirdə Türkiyə tərəfinin Antalyada keçiriləcək diplomatik forumda iştirak etmək dəvəti qəbul edilə bilər.

Paşinyan Türkiyə ilə münasibətlərin normallaşmasında nə qədər səmimi davranır və faşist idayasını mənimsəyən erməni diasporu, o cümlədən erməni kilsəsi Türkiyə-Ermənistan münasibətlərinin tam normallaşmasına imkan verərlərmi?

Mövzunu PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Azərbaycan üçün Ankara-İrəvan münasibətlərinin normallaşması regionda dayanıqlı sülha nail olmaq üçün vacib imkan kimi nəzərdən keçirilir”.

Əsas şərtlər Bakı və Ankara tərəfindən masaya qoyulduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, onların ciddi dəyişəcəyi mümkün görünmür. İrəvan öz siyasətini bu şərtlərə uyğunlaşdırmalı olacaq, yaxud yenə təcrid vəziyyətində qalacaq:

“Türkiyə-Ermənistan münasibətlərinin normallaşması prosesinə daha geniş konktestdən baxmalıyıq. Bu məsələ yalnız hər iki ölkə ilə bağlı deyil, region miqyasında əhəmiyyətlidir. Cənub Qafqaz çox əlverişli çoğrafi mövqeyə malidkir, faktiki olaraq Qaradəniz və Xəzər hövzəsi subregionunu birləşdirir, Şimal-Cənub, Şərq-Qərb kommunikasiyalarının keçdiyi, kəsişdiyi bir məkandır. Son 30 ildə Ermənistanın qeyri-konstruktiv mövqeyi, Azərbaycan və Türkiyəyə qarşı iddiaları, Azərbaycan torpaqlarını işğal etməsi bu üstünlüklərin reallaşdırılması potensialından tam istifadə etməyə imkan vermirdi. Ermənistan nəqliyyat blokadasında qalaraq xarici təsirlərədn tam asılı vəziyyətə düşmüşdü.

Ermənistanın bu mövqeyi, həmçinin İranın bu mövqeyi dəstəkləməsi bölgə ölkələrinin hər hansı tam formatlı əməkdaşlıq modelinin qurulmasını mümkünsüz edirdi. Azərbaycanın qələbə qazandığı 44 günlük Vətən Müharibəsindən sonra yeni geosiyasi reallığın əsas komponentlərindən biri Ankara-İrəvan münasibətlərinin normallaşması imkanlarının yaranmasıdır. Azərbaycan üçün Ankara-İrəvan münasibətlərinin normallaşması regionda dayanıqlı sülha nail olmaq üçün vacib imkan kimi nəzərdən keçirilir.

Zaur İbrahimli: “Türkiyə və Azərbaycan bu imkanları yaradıblar, artıq seçim Paşinyan və erməni çəmiyyətinindir”.

Həmçinin, Ankarının bu mövqeyi Ermənistanın yeni mövqeyinin formalaşmasını təşviq etmək və motivasiya yaratmağa imkan verir. Azərbaycan üçün də əsas məsələ İrəvandan səslənən sülh, razılaşma ilə bağlı açıqlamaların praktikada reallaşmasıdır. Bu proses Bakının gözləntiləri nəzərə alınmaqla aparılır və Azərbaycan prosesə hər zaman veto qoymaq imkanını saxlamaqdadır. Ermənistan üçün Türkiyə münasibətlərin normallaşması və Ankaraya olan iddialardan əl çəkilməsi yeni mövqeyin ilk addımları sayıla bilər. Paşinyan iqtisadi üçün bu istiqamətdə irəliləmək hazırkı şərtlərdə daha asandır. Məhz buna görə bu imkan yaradılıb.

Əlbətdə, diaspor və dini dairələr prosesi sabotaj etməyə, əlavə şərtlər irəli sürməyə çalışacaqlar. Onlarla mübarizə, yaxud müqavimətin dəf edilməsi artıq Paşinyanın məsuliyyətidir. Həmçinin, erməni cəmiyyətinin yanaşması və mövqeyini də göstərəcək bir amil olacaq. Türkiyə və Azərbaycan bu imkanları yaradıblar, artıq seçim Paşinyan və erməni çəmiyyətinindir. Bu prosesdə bir məsələ aydındır ki, əsas şərtlər Bakı və Ankara tərəfindən masaya qoyulub və onların ciddi dəyişəcəyi mümkün görünmür. İrəvan öz siyasətini bu şərtlərə uyğunlaşdırmalı olacaq, yaxud yenə təcrid vəziyyətində qalacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar