Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evə gec qayıdan aparıcı əri tərəfindən öldürüldü - Təfərrüat

Ötən il iyulun 25-nə keçən gecə Bərdə rayon sakini, 1988-ci il təvəllüdlü Nərgiz Mustafayevanın əri, 1983-cü il təvəllüdlü Aqil Mustafayev tərəfindən öldürülməsi hadisəsinin təfərrüatları məlum olub.

PİA.az publika.az-a istinadən xəbər verir ki, törətdiyi cinayət əməli ilə bağlı ifadə verən A.Mustafayev Bərdədə xınayaxdı evində aparıcı işləyən həyat yoldaşını qısqanclıq zəminində boğaraq öldürdüyünü bildirib. 

Belə ki, təqsirləndirilən şəxs 24 iyul 2021-ci il tarixdə saat 23 radələrində evdə olarkən xnayaxdı mərasimlərində aparıcılıq edən həyat yoldaşının işdən qayıtmadığını görüb onun mobil telefonuna zəng edib. Bu zaman xanımının telefonun məşğul olduğunu görən Aqil təkrar zəng etdikdə isə telefonun söndürüldüyünü görüb əsəbləşib. Həmin vaxt Nərgiz Mustafayeva həyat yoldaşına geri zəng edərək Tərtər rayonunda təşkil edilən xnayaxdı mərasimində aparıcılıq edərkən polis əməkdaşlarının gəldiyini, işlədiyi xna evinin sahibinin isə onun telefonu ilə danışdığını bildirib. Bu zaman A.Mustafayev Nərgiz Mustafayevadan təcili evə gəlməsini tələb edib. 

Bundan sonra A.Mustafayev 2016-cı il təvəllüdlü oğlunu evin ikinci mərtəbəsində yerləşən yataq otağında yatızdırıb və 25 iyul 2021-ci il tarixdə, saat 01 radələrində yaşadığı evin qarşısında avtomobilin dayandığını eşidib gələnin Nərgiz Müstafayeva olduğunu güman edərək sonuncunun hərəkətlərini şübhəli hesab edib ona xəyanət etməsini ehtimal edərək Nərgiz Mustafayevanı qısqanclıq zəminində qəsdən öldürmək qərarına gələrək yataq otağında Nərgiz Mustafayevanın çarpayısının sağ tərəfində olan uşaq çarpayısının altında gizlənib cinayətin törədilməsi üçün uyğun zaman və şəraiti gözləyib. Nərgiz Mustafayevanın otağın qapısını açaraq mobil telefonla sakit səslə danışdığını, daha sonra telefonunu qapının yanındakı masanın üzərinə qoyduğunu və paltarlarını dəyişib çarpayıda uzandığı müşahidə edən Aqil gizləndiyi yerdən qəfil çıxaraq Nərgiz Mustafayevaya hücum edib. O, həyat yoldaşını boğaraq qətlə yetirib.

Məhkəmədə ifadə verən xnayaxdı evinin sahibəsi onun işçisi olan və tədbirlərdə aparıcılıq edən Nərgiz Mustafayevanın heç vaxt ailəsinə xəyanət etmədiyini, bəzi hallarda xına mərasimləri gec başa çatdığı üçün evə gec getdiyini bildirib. O, hadisə baş verən gün özünün restoran sahibi olan şəxslə Nərgizə məxsus telefonla danışdığını bildirib.

Qeyd edək ki, hadisədən 2 ay əvvəl N.Mustafayeva övladını götürərək atasının evinə gedib orada yaşamağa başlayıb və həyat yoldaşından boşanacağını bildirib. Hadisə də N.Mustafayevanın ata evində baş verib. Belə ki, övladını həmin evə gətirən Aqil daha sonra cinayət əməlini törətmək üçün uyğun vaxt gözləyib. Həmin vaxt Nərgizin anası Aqildən qorxduğunu, Nərgizə ehtiyatlı olmasını desə də, evə gec gələn N.Mustafayeva ona narahat olmamağı bildirib. Bir qədər pilləkəndə oturub qızı ilə kürəkəninin olduğu otağı müşahidə edən qadın daha sonra heç bir səs-küy olmadığını görərək yatmağa gedib. Gecə saat 5 radələrində isə Aqil onlara zəng edərək Nərgizi qətlə yetirdiyini bildirib.

Gəncə Ağır Cinayətlər Məhkəməsinin sədri Natiq Əliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesinin yekununda Aqil Mustafayev Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirli bilinərək 10 il 6 ay müddətinə azadlıqdan mərumetmə cəzasına və cəzasını ciddi rejimli müəssisədə çəkməyə məhkum edilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Məşhur vəkilə qarşı ittiham: 7 min manat pul alıb    

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Ərəstun Oruclu: Ermənistanda və Moldovada konfliktlərin qaynar fazaya keçməsini istisna etmirəm...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda pensiyaçıların sayı 2026-cı ilə qədər azalacaq

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

Ən çox oxunanalar