Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

2600 dollara satılan pambığı hakimiyyət fermerlərdən 920 manata alır

2022-ci ildən fermerlərdən 1 ton pambığın alış qiyməti təxminən 7 faiz (50 manat) artaraq 750 manata yüksəlir.

PİA.az.az xəbət verir ki, yeniliyi şərh edən iqtisadçı Rövşən Ağayev yazır: “İşçi qüvvəsi, texnika ilə becərmə və başqa xərclərdəki artımları demirəm, təkcə gübrələrin qiymətində son 1 ilin az qala 50 faizlik artım müqabilində pambığın alış qiymətinin 7 faiz yüksəlməsi yetərli sayıla bilməz.

Son 2 ildə dünya bazarında pambığın qiyməti davamlı artıb. Hazırda 1 ton pambığın (mahlıcın) ixrac qiyməti 2600 dolları ötür. Bu, 2020-ci ilin mart ayı ilə müqayisədə 35 faiz yuxarı qiymətdir”.

Ekspert Azərbaycan hökumətinin fermerlərə təhvil verdikləri pambığın hər tonuna görə 170 manat subsidiya ödəyəcəyini xatırladır:

“Subsidiya nəzərə alınmaqla hər ton pambığın fermer üçün satış qiyməti 920 manata təşkil edəcək. Ancaq becərmə xərclərinin çox yüksək artım tempi pambıq əkinlərində onsuz da aşağı olan mənfəəti azaldacaq”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar