Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda sığorta zərəri vahid platforma əsasında qiymətləndirilə bilər

Azərbaycanda sığorta hadisələri nəticəsində avtomobillərə dəymiş zərərin qiymətləndirilməsi xidməti - "Audatex" yaxın vaxtlarda bütün sektor - sığortaçılar və sığortalılar üçün vahid platformaya çevrilə bilər.

Bunu "Report"a açıqlamasında "Audatex-Azerbaijan" MMC-nin direktoru Daşdəmir Niftəliyev bildirib.

Onun sözlərinə görə, bu, Azərbaycan Mərkəzi Bankının sığorta sahəsində birbaşa tənzimləmə qaydalarını təsdiqlədikdən və qaydalar qüvvəyə mindikdən sonra mümkün olacaq.

Xatırladaq ki, 2015-ci ildə yaradılmış "Audatex-Azerbaijan"ın təsisçiləri 5% payla İcbari Sığorta Bürosu (İSB) və 95% payla ABŞ-ın “Solera Holding”idir (95%). 100-ə yaxın ölkədə fəaliyyət göstərən şirkət 7 il əvvəl Azərbaycan bazarına daxil olanda ölkədəki bütün sığortaçıların tərəfdaşı olmağı hədəfləsə də, bu, baş verməyib.

"Hazırda Azərbaycanda zərərin alternativ qiymətləndirilməsi xidmətindən 5 sığorta şirkəti istifadə edir: "Biz "A-Qrup Sığorta", "Atasığorta", "Atəşgah Sığorta", "Meqa Sığorta" və "PAŞA Sığorta" ASC-lərlə əməkdaşlıq edirik. Əslində işə başlayanda İSB-nin üzvü olan bütün sığortaçılara xidmət göstərmək planımız var idi. Amma həmin ərəfədə bazardakı şərait buna imkam vermədi. Sonradan şirkətlərlə birbaşa danışdıq və tərəfdaşlarımızın sayını yavaş-yavaş artırmaq istəyirik", - deyə D.Niftəliyev bildirib.

"İşimizin heç 10%-i ehtiyat hissələri ilə bağlı deyil"

Onun sözlərinə görə, hazırda Azərbaycanda 5 rəsmi və 30 qeyri-rəsmi servis mərkəzi “Audotex” barədə məlumatlıdır: "Qeyri-rəsmi servislərin hamısı bizim xidmətimizdən istifadə edir. Əslində işimizin heç 10%-i ehtiyat hissələri ilə bağlı deyil. Çünki ehtiyat hissələrinin qiymətlərini öyrənmək çətin deyil və onlara heç kim müdaxilə edə bilməz, qiymətləri bazar müəyyən edir. Əsas məsələ təmirin neçəyə başa gəlməsi, kimin bu işi neçəyə görməsi ilə bağlıdır. Yəni söhbət standart normalardan gedir və biz də “Audotex” olaraq məlumatları sığorta şirkətinə təqdim edirik".

Sığorta şirkətləri vahid platforma ideyasını dəstəkləyir

Sığorta şirkətlərində "Audatex"in sektor üçün vahid qiymətləndirmə platformasına çevrilməsinə müsbət yanaşırlar. Məsələn, "Audatex-Azerbaijan"la əməkdaşlıq edən sığorta şirkətlərindən birində deyirlər ki, adətən qiymətləndirmə zamanı şirkət və müştəri arasında narazılıq olur: "Vahid platforma olsaydı, onunla bütün markalardan olan avtomobillərə dəymiş zərəri qiymətləndirə bilərdik. Bunun üçün qanunvericilikdə də dəyişiklik olmalıdır ki, həm sığorta şirkətləri, həm də müştərilər qaydalara tabe olsunlar və platformanın müəyyən etdiyi qiyməti hamı qəbul etsin.

Ölkədə "Audatex"dən başqa qiymətləndirmə şirkətləri olsa da, onların fəaliyyətində bütün məqamlar nəzərə alınmayıb. Odur ki, qiymətləndirmə şirkətinin dediyi məbləğlə rəsmi servisin müəyyən etdiyi məbləğ fərqli olur. Yəni rəsmi servisin qiyməti xeyli yüksək olur. Xüsusilə “Bentley”, “Mercedes” kimi bahalı avtomobil modellərində sığorta şirkəti ilə vətəndaşlar arasında narazılıq yaranır. Bunları nəzərə alaraq vahid, ədalətli və hamının qəbul edəcəyi sistemin olmasını biz də arzu edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar