Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Putin düşdüyü bataqlıqdan çıxa bilməyəcək” – Rusiyanın yeganə çıxış yolu göstərildi...

“Hər il Moskvada böyük təntənəylə qeyd olunan 9 May tədbiri bu dəfə sönük keçdi. Həftələrdir səsləndirilən “Putin 9 Mayda səfərbərlik elan edəcək”, “NATO-ya müharibə elən dəcək”, “Qərbi nüvə silahıyla hədələyəcək” kimi iddialarda öz təsdiqini tapmadı. Putin bu cür açıqlamalar yerinə, daha çox Rusiyanın Ukraynadakı işğalına haqq qazandırmağa çalışdı. Onun bu açıqlamaları gülünc, acınacaqlı və bir o qədərdə biabırçı görünürdü. Müharibənin ilk günlərindən mediada Putinin rasional olub-olmamasıyla bağlı müzakirələr aparılır. Ona görə ki, Rusiyanın bu qədər zəif və hazırlıqsız orduyla Ukraynaya hücum etməsi axmaqlıq idi”.

“AzPolitika.info” bu mövzuda ABŞ-ın “The Washington Post” nəşrində yayımlanan materialların bir qismini oxuculara təqdim edir: “Putin səfərbərliyin müharibədə uğur gətirəcəyindən daha çox əlavə problemlərə səbəb olacağını bilirdi. Səfərbərlik həm xalqın etirazlarına səbəb olacaq həm də darmadağın olmuş Rusiya iqtisadiyyatını bir qədər də zəiflədəcəkdi. Putin səfərəbərlik elan etsə belə, bu bir anda nəticə verməyəcəkdi. Çünki canlı qüvvə toplamaq, onları döyüşə hazırlamaq, hərbi avadanlıqla təchiz etmək aylarla vaxt tələb edən bir prosesdir.

Nüvə silahından istifadəyə gəlincə, sonunun yaxınlaşdığını hiss edən axmaq yalnız bu cür addım ata bilər. Putinin əsgərləri Ukraynada ağlasığmaz hərbi cinayətlər törətsə də, o, Hitler kimi qəddar biri deyil.

Putin anlayır ki, müharibə onun istədiyi kimi getmir. Ona görə də o, qoşunlarını tamamilə məhv olmaqdan xilas etmək üçün Kiyev ətrafından geri çəkdi. Putin qoşunlarını Ukraynanın şərqində toplamağa başladı. O, Donbasda kiçik bir qələbə qazanmaq üçün qumar oynadı, lakin bu da uğurlu olmadı. Rusiya Ukraynadakı kiçik uğurlarının qarşılığında 25 mindən çox hərbçisini qurban verib. Müxtəlif mənbələr təsdiq edirlər ki, Rusiya indiyə qədər Ukraynada 3500-dən çox hərbi avtomobil, 600-dən çox tank, 121 təyyarə və doqquz gəmisini itirib. Bunlar Rusiyanın İkinci Dünya Müharibəsindən sonra verdiyi ən böyük itkilərdir.

Rusiya getdikcə zəifləyir, Ukrayna isə hər ötən gün bir qədərdə güclənir. Qərbin və ABŞ-ın dəstəyilə indi Ukrayna daha müasir silahlara, tanklara, daha yaxşı artilleriyaya və müxtəlif növ silah sistemlərinə malikdir. Qərbin və ABŞ-ın sanskiyaları Rusiya iqtisadiyyatını çökdürməsə də, ağır zərbə vurdu. Ekspertlər Rusiya iqtisadiyyatının bu il 10 faizə qədər kiçiləcəyini və inflyasiyanın 23 faizə çatacağını proqnozlaşdırırlar. Bu rəqəmlər növbəti sanksiya paketləriylə birlikdə bir qədər də artacaq.

Putin bir növ ABŞ-ın vaxtilə Vyetnam, Əfqanıstan və İraqdakı səhvlərini təkrarlayır. Ancaq Putinin Ukraynada düşdüyü vəziyyət ABŞ-ın bu ölkələrdəki durumundan daha pisdir. Müharibə Putin və Rusiya üçün çox pis gedir. İndi Putin nə geri çəkilə bilir nə də ki, irəliləməyi bacarır. Rusiya sadəcə olaraq, uğurlu nəticə qazanmaq ümidiylə müharibəni davam etdirir.

Rusiyanı düşdüyü bataqlıqdan xilas etmək üçün ortaya yeni bir lider çıxmalıdır. Bu lider Riçard M.Niksonun Vyetnamda, Mixail Qorbaçovun və bu yaxınlarda Co Baydenin Əfqanıstanda etdiyini təkrarlamalıdır. Yəni öz qoşunlarını Ukraynadan çıxarmalıdır. Britaniya müdafiə nazirinin də dediyi kimi, “Putin çabalamağa çalışsa da, düşdüyü bataqlıqdan asanlıqla çıxa bilməyəcək”.

pia.az 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib 

“Bloomberg”: “Rusiyanı defoltdan saatlar ayırır”

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb

"ABŞ dünyanın gülüş obyektinə çevrildi" - Tramp

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Rusiyanın Ka-52 “Alliqator” helikopteri vurulub

Azərbaycan və İran rəsmiləri birgə tikinti layihələrini müzakirə ediblər

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

Ən çox oxunanalar