Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qərb Moskva və Sanktpeterburqu 2 dəqiqədən az bir müddət içində yox edə bilər...

Putinin nüvə təhdidinə Britaniya, ABŞ və onların müttəfiqləri necə cavab verə bilər?..

Daily Express, Böyük Britaniya , 11 may 2022-ci il
Müəllif Ceyms Qrey (James Gray)

Vldimir Putin və ətrafı son aylar dəfələrlə Qərbi Ukrayna müharibəsinə müdaxilə edəcəyi təqdirdə nüvə zərbələri ilə təhdid edib. Bəs Qərb Rusiyanın bu təhdidlərinə və hücumuna necə cavab verə bilər?

Aprel ayında Rusiya prezidenti bildirib ki, əgər Britaniya, ABŞ və onların müttəfiqləri həddlərini aşaraq, Ukrayna müharibəsinə hərbi müdaxilə etsələr, onun ölkəsi “ildırım sürətli” cavab verəcək. Qəribədir ki, 69 yaşlı Rusiya lideri dayanmadan silahlarını havaya qaldıraraq silkələyir və bu yolla Kiyevə göstərilən dəstəyin qarşısını almağa çalışır. Moskvada nüvə silahı davamlı olaraq Qərbi qorxutmaq vasitəsi kimi ortaya qoyulur.

İki həftə əvvəl isə prezident Putin Rusiya parlamentarları qarşısında çıxış edərkən bunları deyib: “Əgər kimsə kənardan baş verənlərə müdaxilə etməyə və Rusiya üçün qəbul edilməz strateji xarakterli təhlükə yaradacaqsa, onlar bilməlidirlər ki, bizim cavabımız ildırım kimi sürətli olacaq”.

“Bizim bunun üçün bütün vəsaitlərimiz var, hansıki həmin vasitələrlə heç kim lovğalana bilməz və biz də lovğalanmayacağıq. Lazım olanda biz sadəcə onlardan istifadə edəcəyik. Mən istəyirəm ki, bunu hamı bilsin”.

Məlumata görə, Moskva 5 977 nüvə başlığına sahibdir. Bu, NATO ölkələrində olan ümumi nüvə başlıqlarından çoxdur. Şimal Alyansı ümumilikdə 5 943 ədəd nüvə başlığına sahibdir.

Bəs Rusiya nüvə silahı ilə zərbə endirərsə, Qərb necə cavab verəcək?

Əgər prezident Putin Britaniyaya, hər hansı digər NATO ölkəsinə nüvə zərbəsi endirməyə qərar verərsə, bu NATO sazişinin 5-ci maddəsinə uyğun olaraq 30 üzv dövlətə hücum olaraq dəyərləndiriləcək. Hərbi məsələləri işıqlandıran “London Evening Standard” nəşrinin redaktoru Robert Foks LBC radiosunun aparıcısı Metyu Rayta bildirib ki, belə bir hücuma qarşı Qərbin verəcəyi cavabın sürəti heytətamiz olacaq və Moskva ilə Sanktpeterburq 2 dəqiqə ərzaində yer üzündən silinəcək.

Foks bildirib ki, “nüvə şantajı, çox, həm də çox mürəkkəb oyundur” və o, güman edib ki, Rusiya generalları da bunu bilirlər.

“Putin ordusunun bütün ağıllı fərdləri bilirlər ki, bu məsələdə qalib tərəf olmayacaq”, deyə Foks vurğulayıb.

“Əgər onlar nüvə silahından istifadə edərlərsə, Allah bizi qorusun. Lakin Moskva və Sanktpeterburq 90 saniyədən sonra olmayacaq”.

İki həftə əvvəl BBC-nin Rusiya üzrə redaktoru Ctiv Rozenberq “Tvitter”də Rusiya dövlət televiziyasının Britaniyaya xəbərdalıq məqsədi ilə yayımladığı reportajdan bəhs edib. Həmin reportajda Moskvanın qitələrarası ballistik raket “Sarmat” vasitəsi ilə Britaniyanı həmişəlik suya qərq edə biləsəklərini və ölkəni “radioaktiv səhraya” çevirəcəkləri qeyd edilib.

Ancaq Britaniya gərəkli müdafiə sisteminə sahibdir və nüvə başlıqlı raketləri Britaniyadan uzaqda havada vurmağa qadirdir. Misal üçün həmin raketlər bizim “Ulduz müharibələri” olaraq bildiyimiz, ABŞ-ın strateji müdafiə sistemi ilə vurula bilər. Həmin sistem hələ 1984-cü ildə prezident Ronald Reyqanın zamanında yaradılıb və Sovet İttifaqına qarşı “soyuq müharibə”də əsas “durdurma” vasitəsi olaraq çıxış edib.

Bundan başqa Britaniya həmin raketləri, özünün döyüş gəmilərində yerləşdirdiyi və hər cür nüvə başlığı daşıyan raketləri vurmağa qadir olan sistemlərlə də zərərsizləşdirə bilər. Gərəkdiyi zaman həmin gəmilər Temzanın mənsəbində və Londona yaxın rayonlarda yerləşəcəklər.

Nüvə müharibəsi olacaqmı?

Mart ayında prezident Putin nüvə arsenalını yüksək döyüş səviyyəsinə gətirilməsini əmr edərkən, bu silahlardan yaxın zamanda istifadə edə biləcəyi ilə bağlı heç bir işarət vermədi. Eyni zamanda Rusiya lideri xəbərdalıq etdi ki, nüvə müharibəsi təhlükəsini istisna etmək olmaz, lakin hər kəs bilməlidir ki, belə bir münaqişə bütün sivilizasiyanın, bəlkə də planetin məhv olmasına səbəb ola bilər.

Qərb liderləri də nüvə müharibəsinin yaradacağı nəticəni yaxşı başa düşürlər və məhz belə bir təhlükənin mövcud olması NATO-nun Ukrayna tərəfindən müharibəyə qoşulmasını imkansız edir.

Tərcümə PİA.az-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar