Şənbə, 02 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Baş katibi Xusrav Noziri ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

C.Bayramov Azərbaycanın İƏT ilə əməkdaşlığa əhəmiyyət verdiyini vurğulayıb. O, Baş katib ilə bundan öncə keçirilmiş görüşlər zamanı aparılan fikir mübadilələrinə istinad edərək təşkilatın Aşqabad Zirvə görüşündə qəbul olunmuş sənədlərin icrasının vacibliyini qeyd edib. Xüsusilə də “İƏT Baxışı - 2025” sənədinin və burada müəyyən edilmiş prioritet istiqamətlərin Azərbaycan üçün də yüksək önəm kəsb etdiyi qarşı tərəfin diqqətinə çatdırılıb. Cari 2022-ci ilin İƏT-də “nəqliyyat - bağlantı ili” kimi qeyd edildiyi və bu xüsusda, Azərbaycanın İƏT bölgəsində nəqliyyat-bağlantı əlaqələrinin inkişafına böyük diqqətlə yanaşdığı ifadə edilib.

Xusrav Noziri Azərbaycanın İƏT-in fəaliyyətinə verdiyi töhfəni yüksək qiymətləndirib. O, İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) Üçüncü Ümumi Konfransına uğurla ev sahibliyi etdiyi üçün Azərbaycan tərəfinə təbriklərini çatdırıb. Parlament ölçüsünün üzv ölkələr arasında əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb. Baş katib həmçinin cari ildə İƏT çərçivəsində nəqliyyat-bağlantı sahəsində əlaqələrin inkişafına xüsusi diqqətin ayrıldığını qeyd edərək bununla əlaqədar Azərbaycanın həm coğrafi yerləşmə baxımından, həm də tranzit mərkəzi kimi rolunu xüsusilə vurğulayıb.

Görüşdə tərəflər İƏT ixtisaslaşmış qurumlarının fəaliyyəti üzrə fikir mübadiləsi aparıblar, o cümlədən Azərbaycanın ev sahibliyi edəcəyi İƏT Tədqiqat Mərkəzi və Təmiz Enerji Mərkəzinin yaxın zamanlarda fəaliyyətə başlamasının əhəmiyyətini vurğulayıblar. Yaxın günlərdə İƏT-in gələcək fəaliyyəti ilə bağlı üzv ölkələrin ekspertlərinin iştirakı ilə müzakirələrin aparılacağı və Azərbaycan nümayəndə heyətinin də bu müzakirələrdə iştirak edəcəyi qeyd edilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.

pia.az 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Milli Məclisin məşhur simaları: Hansı incəsənət adamları deputat olub?

Göygöldə yol qəzasında ölənlərin sayı 5-ə çatıb - Yenilənib

Özbəkistanda kütləvi etirazlar başlayıb - Video

Putini G-20 sammitində öldürə bilərlər - Sensasion iddia

Putin harada və hansı şəraitdə yaşayır? - Bir qalanın sirri...

Rusiyaya Ukraynanın İlan adasına fosfor bombaları atıb - Video

Marsdan unikal görüntülər: Çin ilkə imza atdı - Video

Putinin min oyunu: Qazaxıstanla Özbəkistan arasında atəş xətti

Xaçmazda dənizdə batan şəxsin meyiti tapılıb - Yenilənib

Mahirdən “Dinamo”da daha bir möhtəşəm qol - Video

Ən çox oxunanalar