Bazar ertəsi, 27 İyun 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

“Putinin siyasəti Çin üçün də təhlükə təşkil edir” - 4 əsas səbəb açıqlandı

Rusiya ilə birlikdə bütün dünyaya qarşı çıxmaq Pekinin maraqlarına uyğun gəlmir”

Ukraynanın tamamını işğal etmək planı baş tutmadığından Kreml taktikanı dəyişib və artıq minimumla kifayətlənmək məcburiyyətində qalıb. Putinin minimum planı Donbas bölgəsini və Ukraynanın cənubunun bir həssəsini ilhaq etməkdir.

Lakin bu ssenarini həyata keçirmək asan deyil. Müharibə uzandıqca Rusiya hərbi və iqtisadi sahədə tükənməklə yanaşı, beynəlxalq aləmdən də təcrid olunur. Ukrayna məsələsində Qərb dünyası möhtəşəm birlik nümayiş etdirir, Rusiya isə təklənir. Kremlin böyük müttəfiqi sayılan Çin də gələcəklə bağlı strateji planlarında Rusiyanın ona yalnız baş ağrısı gətirəcəyini artıq anlamağa başlayır...

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Apostrof.ua” internet portalında dərc edilən “Rusiyanın Ukraynaya təcavüzü: Çin üçün çıxan ilkin nəticələr” başlıqlı məqalədə sözügedən məsələyə toxunulur.

Həmin məqaləni təqdim edirik: ”Ukraynada gedən müharibənin başlanğıcından üç aya yaxın vaxt keçib və Pekin buradan özü üçün bir neçə nəticə çıxara bilər.

Birincisi, Rusiya rəhbərliyi planlaşdırma mərhələsində kobud səhvlərə yol verib. Sürətli və uğurlu hərbi kampaniya alınmayıb. Bunun əvəzinə, Rusiya aydın olmayan ssenari üzrə gedən üzücü müharibə ilə qarşı-qarşıya qalıb. Moskvanın görmək istədiyi “Krım ssenarisi”ni reallaşdırmaq bundan sonra artıq mümkün deyil. Rusiya Ukraynanın müqavimət qabiliyyətini və Qərbin onu necə aktiv dəstəkləyəcəyini düzgün hesablaya bilməyib. Müharibənin gedişi göstərdi ki, Ukrayna ordusu döyüş meydanında daha güclü müqavimət nümayiş etdirdikcə, Qərbin ona yolladığı maliyyə və silah yardımı da artır. Qərb dünyası Ukrayna məsələsinin ətrafında çox sıx birləşib.

İkincisi, bu müharibənin beynəlxalq təhlükəsizlik baxımından əhəmiyyəti regional münaqişə səviyyəsini çoxdan aşıb və onun nəticələri Çinin maraqlarına ciddi xələl gətirir. Rusiyanın Ukraynaya qarşı təcavüzü beynəlxalq nizam qaydalarına dağıdıcı təsir edir və əsas beynəlxalq institutların zəifləməsindən tutmuş, dünya siyasətində hərbi qüvvənin rolunun güclənməsinə və bir sıra dövlətlərin nüvə silahına yiyələnmək istəyinə gətirib çıxarır. Bütün bunlar Çin üçün təhlükə təşkil edir, çünki Pekin dünyanın dinc və yumşaq yolla yenidən formalaşmasına və bu istiqamətdə öz təsir imkanlarını artıracağına ümid bəsləyirdi. İdarəolunmaz hala gəlmiş böhranlara qərq olmuş dünya isə uzunmüddətli perspektivdə Pekinin maraqlarına cavab vermir.

Üçüncüsü, Rusiya çətin ki, bu müharibənin qalibi olsun. Hətta, əgər Ukrayna ərazisinin bir hissəsi ələ keçirilsə də, bu, Moskvanı gücləndirməyəcək, əksinə, onu zəiflədəcək. Ukraynaya təcavüzün Rusiya üçün maliyyə, siyasi və diplomatik hesabı çox ağır olacaq. Bundan sonra sanksiyaların təsiri üzündən vəziyyət yalnız pisləşməyə doğru gedəcək. Rusiya isə bu şəraitdə ya müharibəni davam etdirməyə, ya da işğal etdiyi əraziləri saxlamağa çalışmalıdr.

Dördüncüsü, əgər hadisələr indiki formada davam edərsə, ümumi yekunda Rusiya təcrid olunacaq və əldən düşəcək. Beynəlxalq institutların rolu və əhəmiyyəti daha da azalacaq və Şərqi Avropa qeyri-sabit zonaya çevrilcək. Bütün bunlarla yanaşı, Qərbin bütövlük nümayiş etdirməsini və ABŞ-ın rolunun güclənməsini Pekin üçün təhlükə kimi dəyərləndirmək olar. Yaranacaq vəziyyətə Çinin adekvat cavab tapması isə heç də asan deyil.

Bir tərəfdən Çin Rusiyanın məğlubiyyətində maraqlı deyil, digər yandan isə bunun qarşısını almaq üçün əlində praktiki vasitələri yoxdur. Moskvanın başlatdığı müharibə diplomatik cəhətdən çox pis hazırlanıb. Hazırda Rusiya təcrid olunmuş vəziyyətdədir. Məhz belə bir məqamda Çinin Rusiya ilə birlikdə bütün dünyaya qarşı çıxması Pekinin maraqlarına uyğun gəlmir.

Rusiyanın məğlubiyyətə uğraması böyük dövlətlər arasında Çinin yeganə potensial müttəfiqinin geriləməsi anlamına gələcək. Rusiyanın məğlubiyyəti Pekinin Qərb koalisyasına qarşı mübarizədə xeyli zəifləməsi deməkdir.

Bundan sonra Çin çətin ki, Rusiyanı açıq və birbaşa dəstəkləsin. Ona görə ki, Rusiyanın başlatdığı müharibə xeyirxah qonşuluq, dövlətlərin ərazi bütövlüyünün qorunması kimi sülh prinsipləri ilə uzlaşmır. Əgər Pekinin məqəsədi yeni və daha az “Qərb mərkəzli” dünya nizamnın qurulmasıdırsa, o zaman qlobal məsuliyyət adi şüar yox, xarici siyasətin mühüm prinsipi olmalıdır. Necə ola bilər ki, öz üzərinə qlobal məsuliyyət götürmək istəyən dövlət beynəlxalq hüquq normalarını pozanla eyni mövqedən çıxış etsin?

Rusiyanın Ukraynaya müdaxiləsi ərəfəsində Çin-Rusiya münasibətlərini “sərhədsiz dostluq”kimi qələmə verirdilər. Müharibə bu dostluğun sərhədinin olub-olmadığını göstərəcək. Qərbin birliyi bu müharibənin əsas geosiyasi nəticələrindən biri olacaq. ABŞ, Avropa Birliyi və Böyük Britaniya Rusiyaya qarşı sinxron sanksiyalar tətbiq edir, Ukraynaya əhəmiyyətli dəstək verirlər.

Əgər müharibə uzanarsa, Çindən Avropaya dəmir yolu ilə daşınan konteyner marşurutu təhlükə altına düşə bilər. Ümumiyyətlə, Çinlə Avropa Birliyi arasındakı əməkdaşlıq perspektivləri əhəmiyyətli dərəcədə daralacaq”.

pia.az 


Etiket:


Digərxəbərlər

Dolların dünya hökmranlığının sonu gəlir? - Alternativ “rəqəmsal yuan” ola bilər…

Ermənistan ziyalıları Paşinyan hökumətini sülh müqaviləsi bağlamağa çağırıblar

Populyar xəbərlər

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı və İkinci Şəhidlər xiyabanını ziyarət edib 

“Bloomberg”: “Rusiyanı defoltdan saatlar ayırır”

Baş Prokurorluq AXCP-nin Bərdə rayon şöbəsinin sədrinin qətli ilə bağlı məlumat yayıb

"ABŞ dünyanın gülüş obyektinə çevrildi" - Tramp

AXCP-nin Bərdə rayon şöbəsinin sədri qətlə yetirilib

Rusiyanın Ka-52 “Alliqator” helikopteri vurulub

Azərbaycan və İran rəsmiləri birgə tikinti layihələrini müzakirə ediblər

Putin Ukraynada hərbi əməliyyat başlayandan bəri ilk xarici səfərə çıxacaq

Prezident İlham Əliyev Göygöl, Kəlbəcər və Laçına səfər edib

Türkiyə ordusu Suriyada 5 terrorçunu zərərsizləşdirib

İlham Əliyev Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə tanış olub

Ən çox oxunanalar