Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Kalininqrad mühasirəyə alınıb, Rusiya isə Əfqanıstandan narahatdır

İsveç və Finlandiyanın NATO-ya üzvlük üçün müraciət etməsindən sonra xeyli gərginləşən Rusiya-NATO gərginliyinə bir yenisi əlavə olunub. Söhbət NATO qüvvələrinin Baltik dənizində hərbi təlimlər keçirməsindən gedir.

Ovqat.com-un məlumatına görə, dünəndən start götürən “Kirpi-2022” təlimləri çərçivəsində NATO-nun 10-larla hərbi gəmisi artıq müəyyənləşdirilmiş dislokasiya nöqtələrində öz yerlərini alıblar.

Rusiyada narahatlıq doğuran əsas məsələ hərbi gəmilərin onun ərazi sularına olduqca yaxın bölgələrdə lövbər salması olmalıdır.

Bildirildiyinə görə, NATO-nun ən azı 10 gəmisi Rusiyanın ərazi sularından 50 km-dən daha qısa məntəqələrdə dayanıb. Rusiyanın hərbi dairələrinə yaxın qaynaqlar iddia edilər ki, həmin gəmilər Klaypeda bölgəsində bulunmaqdadırlar. Klaypeda Litvanın Baltik dənizi və Kurş körfəzi arasındakı boğazda yerləşən liman şəhəridir. Şəhər Rusiyanın Kalininqrad vilayətinə yaxın ərazidə yerləşir. Görünür, rus hərbçiləri ərazi suaları deyərkən Kalininqrad sahillərini nəzərdə tuturlar.



Xatırladaq ki, Kalininqrad Rusiyanın II Dünya Müharibəsində Almaniyadan qoparıb özünə bağladığı ərazidir və rəsmi Berlinin bu torpaqlar üzərində gizli iddiaları var. Baxmayaraq ki, Kalininqrada bu gün Almaniyadan çox Polşa iddia edir. Bir müddət əvvəl Polşa generalı Waldemar Skrzypczak ölkəsinin “Super Ekspress” telekanalına müsahibəsində açıq şəkildə demişdi ki, Varşava Kalininqradı özünə birləşdirməlidir. Generalın fikrincə, bu şəhər Polşaya aiddir və “1945-ci ildən Rusiyanın işğalı altındadır”.

Skrzypczak, nasist Almaniyasının məğlubiyyətindən sonra Polşanın tərkibinə daxil edilmiş Almaniya ərazisini nəzərdə tutaraq, "Geri alınan ərazilər kimi, biz eyni prosesin Köniqsberqə tətbiqinə çalışmalıyıq”.

Halbuki, Kalininqrad İkinci Dünya Müharibəsinə qədər Almaniyanın ən şərqində yerləşən böyük şəhəri idi. 1945-ci il Potsdam müqaviləsi ilə şəhər SSRİ-yə verildi və ittifaqın tərkibinə daxil edildi. SSRİ-nin dağılmasından sonra Kalininqrad Rusiyanın sərhədləri içərisində qaldı.

Müşahidəçilər Kalininqrada (Köniqsberq) Almaniyadan çox Polşanın iddia etməsini SSRİ ilə Almaniya arasında 1990-cı ildə imzalanan Yekun Razılaşma ilə əlaqələndirirlər. Həmin müqaviləyə əsasən, Almaniya bu şəhərə olan bütün iddialarından imtina etmişdi.

Mütəxəssislərin fikrincə, Polşanın bu iddiaları irəli sürməsi Almaniyanın da maraqlarına uyğundur. Çünki şəhər Polşanın ixtiyarına keçərsə, Almaniya öz tarixi ərazilərinə daha rahat çıxış əldə edə bilər, bölgəni mənəvi və iqtisadi tellərlə özünə bağlayar. Bu baxımdan Polşanın iddialarının arxasında əslində alman barmağının olduğu fərz edilir. Yəqin ki, almanlar bu yolla həm beynəlxalq öhdəliklərini pozmur, həm də öz tarixi ərazilərini işğaldan xilas etməyə çalışırlar.

Məsələni mürəkkəbləşdirən bir başqa xüsus Kalininqradın əhalisinin etnik xarakterilə burada qurulan rejimin siyasi oriyentasiyası arasındakı ziddiyyətdən qaynaqlanır. Bəzi iddialara görə, vilayət əhalisinin 80%-i almanlardan təşəkkül tapır. Fəqət uzun illərdən bəri Rusiyaya bağlı qaldıqlarından vilayətdə ruslaşma siyasəti öz təsirini göstərib. Kalininqrad sakinlərinin yenidən Avropaya inteqrasiyası üçün bölgə “qoca qitə”yə açıq olmalıdır. Buna isə Rusiya razılıq vermir.

Kalininqrad vilayəti Rusiyanın ən çox hərbləşdirilmiş bölgələrindən sayılır. Bu vilayətdə çox sayda rus hərbçiləri yerləşdirilib və onların siyasi proseslərə böyük təsir gücü var. Sadəcə onu vurğulamaq yetərlidir ki, Rusiyanın Baltik hərbi dəniz donanmasının mərkəzi qərargahı bu vilayətdə yerləşir. Bu da səbəbsiz deyil. Rusiya nə qədər Baltik ölkəsi sayılsa da, onun ərazi sularının böyük hissəsi ilin hardasa 6 ayı buz altında qalır. Baltik dənizi dünyanın ən şirin sulu hövzələrindən olduğundan və şərqə doğru irəlilədikcə dayazlaşdığından buzluluq nisbəti Rusiyanın materik ərazilərində daha çox özünü göstərir. Kalininqradın yerləşdiyi ərazilərdə isə ilin 3 ayı buzla örtülmüş olur. Bu da hərbi gəmilərin hərəkəti üçün daha uyğun vəziyyət yaradır. Odur ki, Kalininqradın itirilməsi Rusiyanın Baltik dənizində əl-qolunun bağlanması deməkdir. Dərd də burasındadır ki, Finlandiya və İsveçin NATO-ya üzv olmasından sonra Rusiyanın qorxduğu başına gələcək, Baltik dənizi tamamilə onun əleyhdarı olan alyansın əlinə keçəcək. Nəticədə Rusiyanın Baltik donanması da öz limanına qısılıb hərəkətsiz hala düşəcək.

Skandinaviya ölkələrinin NATO üzvlüyündən sonra Kalininqradın tamamilə blokadaya düşməsi qaçılmazdır. Vilayətin qida və digər gündəlik tələbat malları ilə Rusiya tərəfindən təchiz olunduğundan, bu amil bölgədə böyük problemlər yarada bilər. Məntiqlə, Kalininqradın özünü qorumaq üçün azad iqtisadi zonaya çevrilməsi və qapılarını Avropa İttifaqına açmasından başqa çarəsi qalmayacaq. Beləcə bölgənin Avropa ilə daha yaxın inteqrasiyaya yolu açılacaq ki, bu da Kalininqradın tədricən Rusiyanın təsir dairəsindən çıxmasını tətikləyə bilər.



Maraqlıdır ki, Finlandiya və İsveçin NATO-ya üzvlük təklifləri ilk ortaya çıxan zaman Avropaya hədə-qorxu gələn Rusiyanın “Kirpi-2022” hərbi təlimlərindən sonra nitqi tutulmağa başlayıb. Bu “kəkələmə” hadisəsi özünü dünən KTMT-nin 30 illik yubileyi ilə bağlı keçirilən sammitin sənədlərində də göstərib. Zira sammitin Bəyannaməsində “bölgədə gərginliyin azaldılmasının vacibliyi” vurğulanmış və KTMT üzvlərinin “NATO ilə əməli əməkdaşlıq qurmağa hazır olduqları” təsdiqlənmişdilər. Halbuki, həmin sənəd qəbul olunduğu dəqiqələrdə NATO qüvvələri Rusiyanın ərazi sularının 50 km-liyində dayanmışdılar. Sənəddə isə Əfqanıstandakı vəziyyətdən narahatlıq açıq şəkildə vurğulanır, “KTMT-nin digər xarici sərhədlərində” yaşananlardan isə üstüörtülü bəhs edilir və ittifaq üzvlərinin “sərhədlərdəki təhlükəsizliyi təmin etməyə hazır olduqlarını bildirilirdi”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar