Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Prokurorluq Paşinyana müharibə ilə bağlı ittiham irəli sürməkdən imtina edib

Ermənistanın Baş Prokurorluğu Baş nazir Nikol Paşinyana qarşı müharibə işi üzrə ittiham irəli sürülməsindən imtina edib.

APA “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda qeyd olunub.

Bildirilib ki, Baş Prokurorluq 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynlərinin iş üzrə tam, obyektiv və hərtərəfli istintaq aparılması ilə bağlı müraciətini qəbul edib, lakin Baş nazir Nikol Paşinyana qarşı ittiham irəli sürülməsi ilə bağlı vəsatətini qəbul etməyib.

“O rədd edilib, çünki sənəddə təqdim edilən faktiki baza yalnız onun müəlliflərinin təhlil və nəticələrinə əsaslanır. Müraciətdə qeyd edilən hallar hələ də yoxlanılmalıdır”, - qurumun açıqlamasında deyilir.

Qeyd edək ki, 44 günlük müharibədə ölən Ermənistan hərbçilərinin valideynləri aprel ayından bəri Baş nazir Nikol Paşinyanın və İkinci Qarabağ müharibəsində məğlubiyyətə görə məsuliyyət daşıyan digər şəxslərin məsuliyyətə cəlb edilməsini tələb edirlər. Hərbçilərin valideynləri bu gün Nikol Paşinyana qarşı iş üzrə ittiham irəli sürülməsi və dindirilməsi tələbi ilə İstintaq Komitəsinin, Apellyasiya Məhkəməsinin və Baş Prokurorluğun qarşısında aksiya keçiriblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar