Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Qanım qırmızıymış, ana!"- Hikmət Nikbin

Hikmət Nikbin 90-cı illər ədəbi nəslinin istedadlı nümayəndələrindəndir. İxtisasca politoloqdur.
Müntəzəm olaraq mətbuatda ictimai-siyasi yazıları, esseləri, şeirləri ilə çıxış edir.
Bir neçə kitabın həmmüəlliflərindəndir.


***
...tapa bilmirdi ovcunu,
barmaqlarını dəniz.
...əllərini aparmışdı göy üzü,
sərmişdi buludları üstünə.

...ovunmurdu dişsiz stəkanlar da
qırdıqları göz yaşına.
Dua etməyə qulaqları da yox!..

Kiminsə əlləri bulaşıb günaha,
kimsə gizlədir əllərini arxasında,
mənimsə əllərim danışır:
- Küləklər əsir edə bilməmişdi
söndürsə də gözünün odunu.

...üzünün cizgilərisə sürgün edirdi
sahilə ləpələri.

...Ay işığı,
batan Günəş,
ulduzların kölgəsi
evidir dənizin!


***
...qapını döyən qonağın
sevdiyim qızıymış, ana!
...qanımı axıdıb bildim,
qanım qırmızıymış, ana!

...qanımı qara bilmişdim
gülümün gözləri kimi.
...yaralıyam, "bəlkə"siz O,
məni dirildən həkimim!

Ana, salam söylədinmi
qonağa əziz qulundan?!
Heç ürəyi döyündümü,
söhbət saldımı oğlundan?!

O qıza olan eşqimi
niyə səndən danım, ana!
...sevib bildim atəş kimi
qırmızıymış qanım, ana!


***
...hanı pəncərən, divarın-
bu nə evdi, dar ağacı?!
...eşqə sadiq qəlbin barı
səni sevdi, dar ağacı.

...ana, bacı qarğışısan!
Boyun artar, boyun çıxar?
...görmüsənmi heç yaşından
kürsünə bir qoyun çıxa.

...ömürləri yeyən zalım,
keçinmək müşküldü sənsiz!
Min ilnən yeriyən zalım,
dünya çiçək, güldü sənsiz!

...sazsız - sözsüz bir havasan,
haqq - hesab çəkənin də yox!
Bu evini nə daşlayan,
nə də bir sökənin də yox.

Hikmət Nikbin

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar