Çərşənbə, 06 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İlkin Süleymanov məhkəmədə prokurorun suallarını cavablandırıb

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un Qərb bürosunun məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən İlkin Süleymanov prokurorun suallarını cavablandırıb.

Məhkəmədə prokuror Müşfiq Rəhimov təqsirləndirilən şəxsə "hadisəni törətmədiyini bildirirsən, lakin istintaq zamanı verdiyin ifadədə cinayəti törətdiyini etiraf etmisən, əgər cinayəti törətməmisənsə, bəs niyə elə ifadə veribsən?" sualını verib.

İ.Süleymanov cavab olaraq bildirib ki, o, işgəncələrə məruz qalıb.

Növbəti məhkəmə prosesi mayın 25-nə təyin olunub.

Məhkəmənin növbəti iclası isə dekabrın 22-sinə təyin edilib.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tokayevin Rusiyaya qarşı sərt mövqeyi - Qazaxıstan niyə Rusiyaya meydan oxuyur?...

ARB-nin xanım əməkdaşı şantaj edilir: "Pul tələb edirlər"

Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - Fotofakt

"Pənah ilk dəfə bahalı kostyumunu geyinmişdi" - Səfirdən sabiq dövlət katibinə atmaca

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər - Yenilənib,Foto, Video

Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasının hansısa əsas vardımı?

“Sumqayıt Şəhər İcra Hakimiyyətinin Ukraynaya yardım göndərilməsini öz adına yazması özbaşınalıqdır”

Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”? - Bakıdakı liftlər ölümə aparır...

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib, Video

Ən çox oxunanalar