Çərşənbə, 06 İyul 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

İstiqlal Muzeyində Beynəlxalq Muzeylər gününə həsr olunmuş tədbir keçirilib

18 may 2022-ci il tarixində Azərbaycan İstiqlal Muzeyində 18 may- Beynəlxalq Muzeylər gününə həsr olunmuş Azərbaycan İstiqlal muzeyi və Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq muzeyinin birgə təşkilatçılığı ilə "Könlüm keçir Qarabağdan" adlı konsert proqramı təqdim olunub.

PİA.az xatırladır ki,Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş Beynəlxalq Muzeylər Günü hər il 18 may tarixində dünyada müəyyən bir deviz altında qeyd olunur.

Bu il " Muzeylərin gücü " devizi altında keçirilən muzeylər gününə həsr olunmuş konsert proqramında 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin şagirdləri rəqsləri, Cəbrayıl rayon 7 illik musiqi məktəbinin, Cəbrayıl rayon kənd uşaq musiqi məktəbin müəllim və şagirdləri isə canlı musiqi ifaları ilə açıq qapı günü muzey ziyarətçilərinin mənəvi zövqünü oxşadı.

Qeyd edək ki, açıq qapı günü muzeyə gələn qonaqlar həm muzeyin daimi ekspozisiyası, həm də Şuşa ilinə həsr olunmuş " Şuşa, sən azadsan! " adlı 17 əsər - təsviri və tətbiqi sənət nümunələrinin və 44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə yüksələn mayor Vəliyev Vüsal, XTQ giziri Babayev Rəşad, XTQ əsgəri Hüseynov Cavid, əsgər Paşayev Samir və Kəlbiyev Şaiqin həyat və fəaliyyətinə məxsus, muzeyin fondlarında qorunub saxlanılan 130-a yaxın müxtəlif şəxsi əşyaların, sənədlərin və fotoşəkillərin nümayiş olunduğu sərgi ilə tanış olublar.

İstiqlal Muzeyi olaraq ümid edirik ki, gələcək muzeylər gününü azadlığına qovuşan torpaqlarımızda yerləşən muzeylərdə, xüsusilə Cəbrayıl Rayon-Tarix-Diyarşünaslıq muzeyində qeyd edəcəyik.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

Populyar xəbərlər

Tokayevin Rusiyaya qarşı sərt mövqeyi - Qazaxıstan niyə Rusiyaya meydan oxuyur?...

ARB-nin xanım əməkdaşı şantaj edilir: "Pul tələb edirlər"

Nazirlər Kabinetinin şöbə müdiri milyonluq obyekt tikdirir - Fotofakt

"Pənah ilk dəfə bahalı kostyumunu geyinmişdi" - Səfirdən sabiq dövlət katibinə atmaca

Röya Ayxanın qardaşının toyundan yeni görüntülər - Yenilənib,Foto, Video

Naxçıvanın Türkiyə ilə quru sərhədinin bağlanmasının hansısa əsas vardımı?

Prezidentin ayırdığı 40 milyonu kim “yeyib”? - Bakıdakı liftlər ölümə aparır...

"Qarabağ" Çempionlar Liqasına məğlubiyyətlə başlayıb - Yenilənib, Video

Ən çox oxunanalar