Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi polis polkovniki Vaqif Əsədovun daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, bu gün V.Əsədovun xidmət müddətinin sonuncu günüdür.
Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmr imzalayacağı gözlənilir. Ehtimal edilir ki, o, təqaüdə göndəriləcək.
Əslində isə xidmətdə olmanın son yaş həddi ötən il başa çatmışdı, lakin V.Eyvazovun əmri ilə V.Əsədov 1 il də xidmətdə saxlanılıb.
Qeyd: Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun da daxili işlər orqanlarında xidmət müddəti başa çatıb.
pia.az