Bütün dünya şirkətlərinə Belarusun «Belavia» aviaşirkətinin təyyarələrinə xidmət etmək, onları təmir etmək və ya onların təmirində Amerikada istehsal edilmiş hissələrdən və avadanlıqlardan istifadə etmək qadağan olunub.
Uyğun əmr ABŞ Ticarət Nazirliyi tərəfindən dərc olunub.
Sənədə uyğun olaraq, iyunun 16-dan Belarusun «Belavia» aviaşirkətinin təyyarələrinə xaricdə xidmət sərtləşdirilir. Əmr Belarus şirkətinin parkında olan «Boeing» və «Embraer» təyarələrinə aiddir.
Amerika nazirliyində xəbər veriblər ki, Belarus Vaşinqtonun 8 aprel tarixli qadağasını pozub. Qadağaya görə, Belarus və Rusiya ən azı 25 faiz Amerika hissələrindən ibarət təyyarələrin istismarından məhrum edilir. Həm də vacib deyil ki, təmir harada həyata keçirilir. Qeyd olunur ki, məhdudiyyəti pozan «Belavia» bu təyyarələrdə Rusiyaya, Türkiyəyə, Gürcüstana, BƏƏ, Misirə və əks istiqamətə yük daşımalarını davam etdirib.
İdarədə güman edirlər ki, sanksiyaların sərtləşdirilməsi «Belavia» şirkətinə xidmət üçün hər-hansı Amerika texnologiyalarından istifadəyə mane olacaq. Öz növbəsində, bu, aviaşirkətin uçuşları davam etdirməsini çətinləşdirəcək.
pia.az