Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada dalana girən Rusiya - Müharibə nə qədər uzana bilər?

NATO-nun baş katibi də daxil olmaqla bir çox dövlət başçıları və analitiklər bu müharibənin bir neçə il uzanmasını istisna etmirlər...

Politoloq: “Müasir silahlarla aparılan müharibələr üçün 4 ay olduqca uzun zaman sayıla bilər”.

“Hələ müharibə başlanmadan öncə üç məsələni mediaya açıq bildirmişdim. Birincisi, bu müharibə vacibdir və mütləq başlayacaq. İkincisi, uzun sürən dağıdıcı və qanlı olacağı, üçüncüsü isə Rusiyanın bu müharibədən ağır itkilərlə, strateji məğlubiyyətlə çıxacağı ilə bağlı idi”.

Bu sözləri politoloq Nəsimi Məmmədli Ukrayna-Rusiya müharibəsinin son vəziyyətini PİA.az-a şərh edərkən qeyd edib.

Rusiya 2014-cü ildən Ukrayna ilə müharibə aparırır. Buna hibrid müharibə deyənlər də var. Ancaq Rusiya 2022-ci il fevralın 24-də Ukraynaya bütün hərbi qüdrəti ilə hücum edəndən sonra, hibrid müharibədən artıq danışmaq mümkün deyil. Çünki 4 ay müddətində Ukraynanın çoxlu sayda şəhərləri yerlə bir olub, on minlərlə insan ölüb və milyonlarla da qaçqın var. Müharibənin miqyası sosial-iqtisadi baxımdan da genişlənib. Bu savaşdan dünyanın bir çox ölkələri ziyan görürlər. Bu istiqamətdə proseslər isə davam edir.

Qeyd etdiyimiz kimi, Rusiya-Ukrayna müharibəsi artıq dördüncü ayını bitirməkdədir. NATO-nun baş katibi də daxil olmaqla bir çox dövlət başçıları və analitiklər bu müharibənin bir neçə il uzanmasını istisna etmirlər.

Ukraynadan hərbi və texniki cəhətdən bir neçə dəfə güclü olan Rusiyanın hazırkı müharibə strategiyasını və taktikasını necə dəyərləndirmək olar? Rusiyanın strategiya və taksikasının uğur qazanacağına ümid etmək olarmı və bir neçə il davam edəcək müharibə Rusiya üçün hansı nətəcələr doğura bilər?

Rusiya-Ukrayna müharibəsinin bundan sonrakı inkişaf mərhələsini PİA.az-ın əməkdaşı politoloq Nəsimi Məmmədli ilə müzakirə edib.

Nəsimi Məmmədli: “Bu müharibə təkcə Ukrayna ilə Rusiya arasında getmir. Bu müharibə iki dünya sistemi arasında gedir və SSRİ-ni dağıdan “soyuq müharibə”nin davamıdır”.

NATO dövlətlərinin Ukraynaya hərbi dəstəyi Rusiyanın bir çox planlarını pozduğunu vurğulayan politoloq PİA.az-a bildirib ki, Rusiya sonra taktiki dəyişiklik edərək daha çox şərq istiqamətindən hücumlarını artırdı və az da olasa müəyyən ərazilər ələ keçirə bildi:

Rusiya-Ukrayna müharibəsinin başlanmasına səbəb olan amilləri obyektiv təhlil etsək, görərik ki, bu müharibənin uzun çəkəcəyi əvvəlcədən açıq görünürdü. Hələ müharibə başlanmadan öncə üç məsələni mediaya açıq bildirmişdim. Birincisi, bu müharibə vacibdir və mütləq başlayacağını, ikincisi, uzun sürən dağıdıcı və qanlı olacağını, üçüncüsü isə Rusiyanın bu müharibədən ağır itkilərlə, strateji məğlubiyyətlə çıxacağını bildirmişdim. Çünki bu müharibə təkcə Ukrayna ilə Rusiya arasında getmir. Bu müharibə iki dünya sistemi arasında gedir və SSRİ-ni dağıdan “soyuq müharibə”nin davamıdır.

Müasir silahlarla aparılan müharibələr üçün 4 ay olduqca uzun zaman sayıla bilər. Biz 44 gün ərzində müasir silahlarla Ermənistan ordusunu ağır məğlubiyyətə uğratdıq. İndi Ukraynada 120 gündən çoxdur ki, intensiv döyüşlər gedir. Hər gün tərəflər çoxlu sayda əsgər, texnika itirir. İstənilən halda resurslar tükənir, döyüşən əsgərlər psixoloji olaraq yorulur. Yəni, artıq bu müharibəni uzunmüddətli saymaq olar və tezliklə dayanması da real görünmür.

Nəsimi Məmmədli: “Həm Rusiya həm də Qərb üçün müharibənin ağır nəticələri olsa da, resursları daha çox olan tərəf bu müharibədən qalibiyyətlə çıxacaq”.

Rusiyanın müharibənin ilk günlərində tətbiq etdiyi strategiya ona ağır itkilərlə başa gəldi. Qarşıya qoyduğu məqsədə çata bilmədi. Paytaxt Kiyevə və Xarkova hücumlar uğursuz oldu. Rusiya Ukraynanın müqavimətini və müdafiə taktikasını qıra bilmədi. NATO dövlətlərinin Ukraynaya hərbi dəstəyi Rusiyanın bir çox planlarını pozdu. Sonra taktiki dəyişiklik edərək daha çox şərq istiqamətindən hücumlarını artırdı və az daolsa müəyyən əraziləri ələ keçirə bildi.

Rusiyanın sahib olduğu hərbi qüdrət onun Ukraynada müəyyən uğurlar qazanmasına imkan verir. Lakin bu, qələbə sayıla bilməz. Çünki Rusiya ordusu Ukrayna ordusundan bir neçə dəfə güçlü texnologoyaya və silahlara sahibdir. Buna baxmayaraq, Rusiyanın 4 ay müddətində Ukraynada əldə etdiyi uğurlar o qədər cüzi və cılızdır ki, hətta bunu uğur da adlandırmaq olmaz. Ona görə də bu gün Rusiyanı Ukrayna müharibəsinin qalibi adlandırmaq da mümkün deyil. Ukraynanın müqaviməti davam etdikcə, işğalla barışmadıqca və Qərbdən daha dəqiq silahlar aldıqca Rusiya çətin vəziyyətlə üzləşəcək. Bundan başqa sanksiyaların yaratdığı problemlər də var.

Uzanan müharibə fonunda Rusiya qlobal hərbi-siyasi rəqabətdən uzaqlaşdırılır. İqtisadiyyatı və ordusi getdikcə zəifləyir. Müharibənin uzanması təbii ki hər iki tərəfə ağır sonuclar gətirir. Ukrayna ərazisində böyük dağıntılar var. Faktiki olaraq iqtisadiyyat məhv edilib. Milyonlarla insan ölkədən qaçqın düşüb, ağır humanitar böhran yaşanır. Avropa Birliyi ölkələri də müharibədən zərər çəkir. Həm Rusiya həm də Qərb üçün müharibənin ağır nəticələri olsa da, resursları daha çox olan tərəf bu müharibədən qalibiyyətlə çıxacaq. Qərbin hərbi, siyasi, maddi dəstəyi ilə Ukrayna Rusiyaya məğlub olmayacaq. Ancaq çox mürəkkəb durum davam edir. Rusiya da məğlub olmamaq üçün bütün vasitələrdən istifadə etmək niyyətindədir”.

Eyni zamanda politoloq Qərbin yardımına baxmayaraq Ukraynanın əks-hücum edə bilməməsinin səbəblərini də PİA.az-a şərh edib.

Xatırladaq ki, Qərbin silah yardımına baxmayaraq, Ukrayna ordusunun əks-hücum üçün lazım olan texnikaya sahib olmadığı bildirilir. Əgər daha əvvəl Ukrayna ordusunun əks-hücumunun iyulda başlaya biləcəyini söyləyənlər vardısa, indi heç kim bunu dilinə gətirmir. Bəs Ukrayna ordusu indiki texniki imkanları ilə əks-hücuma keçə bilər? Ən əsası Ukraynaya daha çox silah verməkdən çəkinən Qərb müharibənin uzanmasında maraqlı tərəfdirmi?

Nəsimi Məmmədli: “Ukrayna ordusunun bütün cəbhə boyu əks-hücuma keçə bilməsi üçün yüzlərlə tanka ehtiyacı var”.

Nəsimi Məmmədli hesab edir ki, Ukraynanın gec-tez öz ərazilərini azad edəcək, lakin bunun nə zaman baş verəcəyi təkcə Kiyevdən asılı olan məsələ deyil:

“Qərb Ukraynaya çox böyük hərbi yardım edir. Lakin müasir silahları Ukrayna hərbiçilərinin mənimsəməsi üçün müəyyən zaman lazımdır. Bu baxımdan Britaniya hökuməti Ukraynalı hərbiçilərin təlim alması üçün öz ölkəsinin imkanlarını təklif edib. Lakin Qərb Rusiyaya qarşı effektli mübarizə aparmaq üçün Ukraynaya daha çox uzaq mənzilli uçan silahlar verməlidir.

Bununla yanaşı Qərb Ukraynaya verdiyi silahlarla Rusiya ərazisinin hədəf alınmayacağına əmin olmaq istəyir. Bu isə Ukraynanın müdafiə olunmaq və əks-hücuma keçmək imkanlarını məhdudlaşdırır.

Ukrayna ordusunun bütün cəbhə boyu əks-hücuma keçə bilməsi üçün yüzlərlə tanka ehtiyacı var. Bu tanklar və zirehli maşınlar olmadan olmadan piyada əsgərlərlə əks-hücuma keçib uğur qazanmaq mümkün deyil.

Nəsimi Məmmədli: “Rusiya və Ukrayna arasındakı sülh müqaviləsində nə Putinin, nə də Zelenskinin imzası olacaq”.

Ən yaxşı halda tanklar və zirehli maşınlar olmadan məhəlli əks-hücumlar ola bilər ki, bunu da biz Xerson istiqamətində müşahidə edirik. Ona görə də Qərb Ukraynanın qələbəsini təmin etmək üçün bütün bu nüansları nəzərə almalıdır.

Əlbəttə ki, bu silahları Ukraynaya verməkdən çəkinən Qərbin də özünə görə səbəbləri var. Çünki Rusiyanın əlində nüvə başlıqlı silahlar var. Qərbdə belə narahatlıqlar var ki, Rusiya ərazisi hədəf olarsa, onlar bu silahlardan istifadə edə bilər. Bu isə müharibənin xarakterini dəyişə və bəşəriyyət üçün fəlakət ola bilər.

Bütün halalrda Ukrayna gec-tez öz ərazilərini azad edəcək, amma bunun nə zaman baş verəcəyi təkcə Kiyevdən asılı olan məsələ deyil. Mənim qənaətimə görə Rusiya və Ukrayna arasındakı sülh müqaviləsində nə Putinin, nə də Zelenskinin imzası olacaq”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Ən çox oxunanalar