Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putindən gözlənilməz səfər: “Ora getməkdə məqsədi budur” - İddia

Rusiya Prezidenti Vladimir Putin həmkarı Aleksandr Lukaşenkoya Ukraynaya qarşı müharibəyə başlamaq üçün təzyiq göstərmək məqsədilə Belarusa gedəcək.

PİA.az teleqraf.com-a istinadən bildirir ki, bunu ukraynalı hərbi ekspert Oleq Jdanov deyib.

"Putinin Minskə səfərində yeganə məqsəd budur. Görünür, başa düşür ki, çağırışları Lukaşenkonun vecinə deyil. Yəni Lukaşenko hər dəfə evə qayıdanda fikrindən daşınır. Buna görə də Putin ona təzyiq etmək üçün Belarusa gedir", - ekspert qeyd edib.

Jdanov Rusiyanın hücum potensialının kəskin şəkildə azaldığını söyləyib:

"Bu gün Luqansk istiqamətində bizim üçün nə qədər çətin olsa da, görürük ki, Rusiyanın may-aprel aylarında olan hücum potensialı yoxdur. Rusiyanın artıq heç bir operativ hücum ehtiyatı yoxdur. Putin təcili olaraq Belarusa ikinci cəbhə açmağa gedir. Məqsədi də budur ki, yeni cəbhə açmaqla Ukrayna ordusunun bir hissəsini şimal-şərqə yönəltsin və bununla da qoşunlarımızı hədəfində olan bölgələrdən çıxara bilsin".

Jdanov həmçinin qeyd edib ki, Putinin təzyiqi qarşısında qalan Lukaşenko hazırda fəal şəkildə Qərbdən dəstək axtarır:

"Putin də bunu dəqiqləşdirmək üçün ora gedir. O, Belarusu müharibəyə sövq etməyə çalışır".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Ən çox oxunanalar