Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Revanşistlər” parçalanır... - Vanetsyan Sarqsyan və Koçaryanla yollarını niyə ayırır?

Ermənistandakı revanşist qüvvələrin hələ 2020-ci ilin noyabrından, yəni 44 günlük müharibədən dərhal sonra Nikol Paşinyana qarşı başlatdığı mübarizə heç cür onların istədiyi və gözlədiyi nəticəni vermir.

Bütün səylərə və Moskvanın dəstəyinə baxmayaraq, ötən ilin iyununda keçirilən parlament seçkilərində biabırçılıqla məğlub olan Koçaryan-Sarqsyan cütlüyü həmin vaxtdan mübarizəni küçələrə daşımağa çalışır. Bu işdə onların ən əsas və nüfuzlu tərəfdaşlarından biri Paşinyan hakimiyyətində Milli Təhlükəsizlik Xidmətinin rəhbəri olmuş Artur Vanetsyan idi. Onun partiyası ötənilki parlament seçkilərini üçüncü nəticə ilə başa vurub və parlament müxalifətində sabiq prezidentlər Robert Koçaryan və Serj Sarqsyanın başçılıq etydiyi qüvvələrlə eyni sırada yer alır.

Vanetsyan təkcə parlamentdə deyil, küçə aksiyalarında da Koçaryan-Sarqsyan cütlüyünə ciddi dəstək verib və bəzən onlardan daha fəal və ardıcıl təsir bağışlayıb. Lakin bu günlərdə məlum olub ki, Vanetsyan Koçaryan-Sarqsyan cütlüyü ilə yollarını ayırmağa qərar verib. Belə ki o, iki ay İrəvan küçələrində davam edən və sonda heç bir nəticə verməyən etiraz aksiyalarından sonra Sarqsyanın partiyasının da daxil olduğu “Şərəfim var” fraksiyasından çıxmağa və hətta deputat mandatından imtina etməyə qərar verib.


Erməni siyasi icmalçılar hesab edirlər ki, bu addım revanşist müxalifətin parçalanması anlamını daşıyır. Bu, müxalifətin Paşinyana qarşı mübarizəsini xeyli zəiflədəcək. Çoxlarının fikrincə, bu parçalanma gözlənilən idi. Bəziləri isə hətta yarı ironiya ilə bildirirlər ki, Paşinyan dönəmində MTX-yə rəhbərlik etmiş bu şəxs elə indi də onun müxalifətdəki agenti rolunu oynayır və revanşistləri parçalamaqla məşğuldur. Ancaq hər necə olsa, bir siyasi fiqur və nüfuz sahibi kimi Koçaryan və Sarqsyandan heç də geri qalmayan və əhalinin münasibəti sarıdan daha perspektivli görünən Vanetsyanın gedişi Koçaryan-Sarqsyan cütlüyü üçün ağır zərbə hesab olunur.

Haşiyə çıxaraq qeyd etmək olar ki, Artur Vanetsyan nə dərəcədə sürüşkən fiqur olduğunu və daim öz əlinə oynamağa çalışdığını dəfələrlə biruzə verib. Bu, Paşinyanın komandasından ayrılanda da, 44 günlük müharibə dövründə də, elə bu gün atdığı addımlarda da özünü göstərir.

Xatırladaq ki, Vanetsyan 44 günlük müharibənin sonlarına yaxın kifayət qədər böyük hərbi dəstə ilə guya savaşmaq üçün Şuşaya getmişdi. Erməni mətbuatının yazdığına görə, həmin vaxt Şuşanın müdafiəsinə başçılıq edən Seyran Ohanyan ona dəstəsilə birgə konkret istiqamət üzrə mövqelərə yerləşməyi və döyüşməyi təklif etmişdi.

Lakin bir gün sonra məlum olmuşdu ki, Vanetsyan öz dəstəsilə birgə onlara həvalə olunan mövqelərdən Xankəndinə qaçıb. Bu hadisə böyük əks-sədaya səbəb olmuşdu və Vanetsyan buna görə məsuliyyəti müxtəlif bəhanələrlə öz üzərindən atmağa çalımışdı...

Onu da qeyd edək ki, Vanetsyan hələ iki ay əvvəl, yəni kütləvi aksiyalar başlayan zaman bildirmişdi ki, əgər bu etirazlar Paşinyanın hakimiyyətdən getməsilə nəticələnməsə, deputat mandatından imtina edəcək və müxalif koalisiyadan ayrılacaq. Vanetsyan təklif etmişdi ki, Paşinyan bu aksiyalara baxmayaraq, hakimiyyətdə qalacaqsa, o zaman bütün müxalif deputatlar mandatlarından imtina etsinlər.

Çünki belədə ölkədə parlament böhranı yaranar və hakimiyyət yeni növbədənkənar seçki təyin etmək məcburiyyətində qala bilərdi. Lakin Vanetsyandan fərqli olaraq, Sarqsyanın və Koçaryanın, eləcə də daşnakların daxil olduğu revanşist qrup bu addımı atmağa, mandatlardan imtina etməyə cəsarət etmədi. Çünki Paşinyanın bu halda parlamentin tək partiyadan ibarət olmasına münasibəti hələ qeyri-müəyyəndir və heç kim təminat verə bilməz ki, mütləq növbədənkənar seçki elan olunacaq. İkincisi isə hətta yeni seçki keçiriləcəyi təqdirdə belə revanşistlərin ötənilki seçkidən daha yaxşı nəticə qazanacağını söyləmək çətindir. Odur ki, Koçaryan-Sarqsyan cütlüyü xalqın onlara münasibətini bildiyindən, risqə getmək istəmir.

Lakin onsuz da parlamentdəki hazırkı güc nisbətində deputat mandatı böyük ölçüdə ciddi əhəmiyyət kəsb etmir. Çünki əzici üstünlük Paşinyanın partiyasının tərəfindədir və parlament tribunasından başqa müxalifətin əlində heç bir şey yoxdur. Həmin tribunadan səsləndirilən tənqid və ittihamlar isə Paşinyanın partiyadaşları tərəfindən dərhal bir neçə qatı ilə cavablandırılır.

Əslində, bununla da Vanetsyan köhnə komandanın adını öz üzərindən atmış, adının ermənilərin əksəriyyətinin nifrət etdiyi və kifayət qədər ləkələnmiş Koçaryan və Sarqsyanla birgə çəkilməsindən qurtulmuş olur. Beləliklə də onun üçün daha uğurlu siyasi perspektivlərə yol açılır.

Bir daha xatırladaq ki, Vanetsyanın rəhbərlərindən biri olduğu siyasi blok pafoslu şəkildə “Şərəfim var” adlanır. Onun özünün və rəhbərlik etdiyi qüvvənin şərəfinin olub-olmadığı barədə nəsə demək çətindir, amma Vanetsyanın Koçaryanla Sarqsyandan uzaqlaşmasında və müstəqil siyasi karyera qurmasında ciddi məntiq və perspektiv olduğu şübhəsizdir...

C.Məmmədov (AzPolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Daha bir kənddə təmtəraqlı yas mərasimləri ilə bağlı qərar

Ən çox oxunanalar