Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

KOBİA və BNA dövlət-özəl əməkdaşlığı çərçivəsində yeni layihəyə başladı

Vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətlərinin göstərilməsi daim diqqətdə saxlanılır. Dövlət başçısının tapşırıq və göstərişlərinə əsasən, son illərdə paytaxtın avtobus parkının müasirləşdirilməsi, sərnişinlərin müntəzəm marşrut avtobuslarından təhlükəsiz və rahat istifadəsini təşkil etmək məqsədilə ardıcıl tədbirlər həyata keçirilir. Yeni texnalogiyalar və innovasiyalar tətbiq edilməklə ictimai nəqliyyat infrastrukturu da yenilənir.

Bu çərçivədə Bakı şəhərində smart tipli avtobus dayanacaqlarının quraşdırılması işləri davam etdirilir. Yeni dayanacaqların quruşdırılması Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində Bakı Nəqliyyat Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə həyata keçirilir.

Dövlət-özəl əməkdaşlığı çərçivəsində həyata keçirilən layihə tam olaraq özəl sektor tərəfindən maliyyələşdiriləcək və idarə olunacaq. Layihənin məqsədi avtobus dayanacaqlarının funksionallığının və innovativliyinin artırılması, ictimai  nəqliyyat infrastrukturunun idarəedilməsi sahəsində dövlət-özəl əməkdaşlığı modelinin tətbiqinin genişləndirilməsidir.

Tamamilə yerli istehsal olan smart avtobus dayanacaqlarının bir çox üstünlükləri var. Dayanacaq pavilyonunda sərinləndirmə sistemi quraşdırılıb ki, bu da şəhərin ictimai nəqliyyat infrastrukturunda bir ilkdir. Müasir avadanlıqlarla təchiz olunan smart dayanacaqlarda müşahidə kameraları və monitor quraşdırılıb. Dayanacaqların işıqlandırılması və elektrik təminatı qismən günəş paneli hesabına təmin olunacaq. Smart dayanacaqlarda kofe, çay, su və s. zəruri məhsulların satışı təşkil ediləcək.

Növbəti smart tipli avtobus dayanacağı metronun Memar Əcəmi stansiyasının yaxınlığnda Hüseynbala Əliyev küçəsində quraşdırılıb. Buradan 3 müntəzəm marşrut xətti üzrə avtobuslar keçir və sərnişin axını baxımından əsas cəlbetmə məntəqələrindən hesab olunur. Bu dayanacaq pavilyonuna da individual ad verilib. Belə ki, pavilion “Memar Əcəmi” dayanacağı adlandırılıb.

Yaxın 2 il ərzində ümumilikdə Bakı şəhərində 100 smart dayanacağın quraşdırılması nəzərdə tutulur.

Fotolar

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Ermənistanın Hindistandan aldığı silahlar yararsız vəziyyətdədir...

Ən çox oxunanalar