Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Akademik Musiqili Teatrda balet-tamaşanın premyerası olacaq

5 iyul saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında “Premyeraların paradı” festivalı çərçivəsində "Məchul pilləkən" balet-tamaşasının premyerası olacaq.

Bəşəriyyətin ən qorxulu bəlası olan narkomaniya, eyni zamanda zərərli vərdişlərə qarşı bir təbliğat vasitəsi kimi nəzərdə tutulan bu səhnə əsərinin quruluşçu baletmeysteri, həm də baş rolun ifaçısı, gənc balet artisti Məhəmməd Abdullayev, quruluşçu rejissoru Samir Qulamov, quruluşçu rəssamı teatrın baş rəssamı Vüsal Rəhimdır.

“Məchul pilləkən”in ideya müəllifi və bədii rəhbəri Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayevdir.

Teatrdan saytımıza verilən məlumata görə gənclərə bir örnək və ismarış xarakteri daşıyan bu balet-tamaşanın süjet xəttində pis vərdişlərə düçar olmuş bir gəncin bütün maneələrə baxmayaraq ağ ölümlə mübarizəsi və sonda xeyir və şər qüvvələrin çəkişməsi fonunda iradəsinin təntənəsi nümayiş olunur.

Tamaşada əsas rolu Əməkdar artist Viktoriya Şahmuradova, solo partiyaları isə Məhəmməd Abdullayevlə yanaşı, balet artisti Roman Krasnov oynayır.
Kütləvi səhnələrdə teatrın balet truppasının digər üzvləri – Aynurə Əsgərova, Rəbiyyə Əliyeva, Röya Mehrəlizadə, Elvira Əzizova, Anna Cabbarova, İlona Sementsova, Aygül Həsənova, İranə Kərimova, Kamran Həsənov və Yaqub Bəhramov çıxış edirlər.

Səhnə əsərində xarici bəstəkarların musiqilərindən, eyni zamanda Əməkdar artist Sevda Ələkbərzadənin ifasında “Getmə-getmə” mahnısından istifadə edilib. Həmçinin Samir Qulamovun ifasında Xalq şairi Ramiz Rövşənin şeirlərindən ibarət kompozisiya səsləndirilir.

Balet-tamaşa üçün biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından, “ASAN xidmət” mərkəzlərindən və “İticket.az” saytından əldə etmək olar.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Paşinyan: Əks halda həftənin sonunda müharibə olacaq...

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

"Nicat Lənkəranski" ləqəbi ilə tanınan şəxs 1 il 1 ay müddətinə azadlıqdan məhrum edilib - Yenilənib

Ən çox oxunanalar