Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycan Respublikası Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.

Nazirlikdən PİA.az-a bildirilib ki, təbrikdə deyilir:

"Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar və mülki işçilər!

Sizi hərb tariximizin ən şanlı səhifəsi sayılan 26 İyun - Silahlı Qüvvələr Günü münasibətilə səmimi qəlbdən təbrik edir, Azərbaycanın müdafiə qüdrətinin daha da artırılması naminə müqəddəs və şərəfli xidmətinizdə hər birinizə uğurlar arzulayıram.

Müstəqilliyi əbədi, sarsılmaz, dönməz olan Azərbaycan Respublikasının müdafiəsini təmin edən ordumuz bu gün dünyanın ən güclü orduları sırasında yer almaqla, eyni zamanda, regionda sülhün, sabitliyin təminatçısına çevrilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətində milli ordu quruculuğunu yenidən bərpa edən ölkəmiz tarixi varislik prinsipi əsasında müasir mərhələyə qədəm qoydu. 1918-ci il iyunun 26-da yaradılan Əlahiddə Azərbaycan Korpusu Cümhuriyyət ordusunun hüquqi bazasını təşkil etmişdi.

Ölkənin suverenliyinin, müstəqilliyinin, müdafiə və təhlükəsizliyinin təminatçısı olan və 104 illiyini təntənə ilə qeyd etdiyimiz Azərbaycan Ordusunda vahid komandanlığın yaradılması, ordumuzun nizami ordu kimi formalaşması və hərbi quruculuq məsələlərinin prioritet məsələ kimi önə çəkilməsi xalqımızın ümummilli lideri Heydər Əliyevin bu istiqamətdə atdığı cəsarətli addımlarının nəticəsidir.

Ulu Öndərin siyasi kursunu ordu quruculuğu sahəsində uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin sayəsində bu gün ordumuz dünya orduları ilə müqayisə ediləcək səviyyəyə çatdırılıb. Bu hər birimizi sevindirir və qürurlandırır. Ali Baş Komandan cənab İlham Əliyevin göstərdiyi yüksək diqqət və qayğının nəticəsidir ki, ölkənin müdafiə qabiliyyəti gündən-günə artaraq xalq-dövlət-ordu birliyi monolit birliyə çevrilib.

Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, keçirilən təlimlər, düşmənin təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da gücləndirərək 2020-ci il Azərbaycan Ordusunun tarixinə Zəfər ili kimi daxil edildi.

Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında - 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, qətiyyətli addımları, yüksək diplomatik bacarığı və ordumuzun vətənpərvər, qəhrəman əsgər və zabitlərinin gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Bu gün rəşadətli Azərbaycan Ordusu işğaldan azad edilmiş ərazilərimizdə öz mövqelərini daha da möhkəmləndirərək cənab Prezidentin rəhbərliyi ilə başlayan genişmiqyaslı bərpa-quruculuq və yenidənqurma işlərinə və Böyük Qayıdışa layiqli töhfələrini verməkdədir.

Əminəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və Nizamnamələrə daim sadiq qalaraq döyüş və mənəvi-psixoloji hazırlığınızı gücləndirəcək, xidmətinizdə yeni uğurlar əldə etmək üçün səy və bacarıqlarınızı daha da artıracaqsınız.

Hər zaman olduğu kimi, bu bayram günündə də Azərbaycanın suverenliyi, müstəqilliyinin qorunması və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarını dərin ehtiramla yad edir, unudulmaz xatirəsini əziz tuturuq. Eyni zamanda, şəhid ailələrini və torpaqlarımızın müdafiəsində əzmlə dayanaraq hərbi əməliyyatlarda sağlamlığını itirən döyüşçülərimizi də 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.

Bir daha 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə şəxsi heyəti ürəkdən təbrik edir, Sizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti, Vətənə, xalqa, müstəqil Azərbaycan dövlətinə şərəfli xidmətinizdə uğurlar arzulayıram.

Bayramınız mübarək olsun!"

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Ən çox oxunanalar