Çərşənbə, 10 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Yay mövsümü turizm obyektlərinin qiymətini artırmağa başlayıb – «Vecon Consultinq»in rəhbəri açıqladı

Yay mövsümünün başlaması və koronavirus məhdudiyyətlərinin tədricən aradan qaldırılması nəticəsində Azərbaycana gələn turistlərin sayı sürətlə artmaqdadır.

FED.az xatırladır ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar-may aylarında Azərbaycana 157 ölkədən 468,1 min və yaxud əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,2 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 2021-ci ilin yanvar-may ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 2,9 dəfə artaraq 107,9 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,6 dəfə artaraq 22,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 149,7 min nəfər olub.

Ötən illə müqayisədə, bəzi ölkələrdən Azərbaycana gələnlərin sayının artımın 10 və 100 dəfələrlə ölçülür. Bundan başqa, Azərbaycanın quru sərhədlərinin bağlı olması səbəbindən ölkədən xarici getmək planı olapnların yarıdan çoxu istirahəti ölkə daxilində keçirməli olacaq. Bu isə daxili turizm məkanlarına turist axınını gücləndirəcək.

«Vecon Consultinq» şirkətinin rəhbəri, daşınmaz əmlak bazarı üzrə ekspert, eləcə də Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc FED.az-a bildirib ki, turizm mövsümünün başlanması ilə əlaqədar xidmət sahəsində və xüsusilə daşınmaz əmlak bazarında ciddi qiymət artımı gözlənilir:

“Hazırda yay tətili dövrüdür. Təbii ki, Azərbaycanın turizm sektorunda gördüyü işlər turist axınına səbəb olur. Ona görə də ötən illə müqayisədə bu il ciddi nəticələr əldə etmişik. Bu səbəbdən xidmət sahəsində qiymətlərin artacağını gözləyirəm. Eyni zamanda manatın alıcılıq qabiliyyətinin aşağı düşməsi və dünya üzrə valyutalarda yaranan problemlər hər bir məhsulun və xidmətin qiymət bahalığına səbəb olur. Bu artım turizm sahəsində də özünü göstərəcək”.

Ekspertin fikrincə, Azərbaycan həm qanunverilik, həm də təhlükəsizlik baxımından ayrı-ayrı investisiya qoymaq istəyənlərin daha da qərarlı olmasına əsas verir: “İnvestorların ölkəmizə olan marağı daşınmaz əmlak bazarına da təsirini mütləq göstərəcək. Doğrudur, hazırda daşınmaz əmlak sahəsində süstlük müşahidə edilir. Hətta bizim cəmiyyətə daxil olan 2 şirkətin apardığı araşdırmaya əsasən, may ayı ayrı-ayrı seqmentlər üzrə təklif qiymətlərində stabillik və aşağı düşmələr hiss olunmaqdadır. Lakin turizm üçün əlverişli olan və ondan sonrakı aylarda daşınmaz əmlak bazarında yenidən situasiya dəyişə bilər. Ayrı-ayrı investorların Azərbaycana marağı daşınmaz əmlakının qiymətinin yüksəlməsi üçün tətikləyici və stimullaşıdırıcı xarakter daşıya bilər”.

Ötən illə müqayisədə demək olar ki, əksər regionlarda qiymətlərin artımı hiss olunur. Belə ki, Şamaxı, İsmayıllı, QəbələMasallı rayonlarında turizm obyektlərinin satış qiymətlərində bahalaşma 10%-dən başlayaraq 16-17%-ə qədər dəyişir. Kiçik evlərin və istirahət məkanlarının icarə qiymətində isə ötən illə müqayisədə 20-25% artım var.

Belə ki, ötən il İsmayıllı rayonunda 150 -240 m2 sahəli ikimərtəbəli 5-6 otaqlı həyət evin günlük qiyməti 150 – 160 manat idisə, hazırda bu kriteriyalarda olan evin günlük qiyməti 180-200 manat arası dəyişir. Qiymət fərqi isə kəndin seçimindən, dağlıq əraziyə yaxın olub-olmamasından asılıdır.

Bu göstəricilər digər rayonlar üçün də keçərlidir. Məsələn, Qəbələ rayonunda ötən il 3 otaqlı həyət evlərinin gündəlik kirayə qiyməti 60-80 manat, 4 otaqlı evlərin kirayəsi isə 120 manat arasında idisə, bu il 5-6 otaqlı evlərin gündəlik kirayə qiyməti 150-250 manat arasında dəyişir. Qiymətlər arasındakı böyük fərq isə evin dağ mənzərəsinə yaxınlığına, istilik sistemi ilə təchizatına, hovuzun olub-olmamasına görə dəyişir.

Qiymət artımı təkcə kirayə qiymətləri üzrə dəyişməyib, bu, eyni zamanda satış qiymətlərində də özünü göstərir. Ötən il Masallı rayonunun İsgəndərli qəsəbəsində 1 hektar sahədə kottecləri olan istirahət mərkəzinin satış qiyməti 280 000 – 300 000 manat idisə, hazırda bu meyarlar üzrə obyekt 350 000 manatdır.

Yaxud İsmayıllı rayonunun 6 otaqlı ikimərtəbəli həyət evinin qiyməti ötən il 250 000 manat idisə, hazırda bu qiymət 280 – 300 000 manat arasında dəyişir. Belə evlərin gündəlik icarə haqqı isə 180-240 manat arasında dəyişir.

V.Oruc bildirib ki, Vətən Müharibəsindəki qələbə də turizm sektoruna ciddi təsimr edir və turistlərin ölkəyə daha çox gəlişinə səbəb olacaq:

“30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimiz işğaldan azad olub. Hazırda həmin ərazilərdə infrastrukturun qurulması prosesi gedir. Düzdür, hələ ki ilkin addımlar atılıb. Amma elə ərazilər var ki, orada turizm ərazisi kimi istifadə edə bilərik. Məncə, bir neçə ilə buna nail olacağıq. Digər ərazilərə qaldıqda isə, deyə bilərəm ki, turizm sahəsində ciddi uğurlar qazanmışıq. Çünki dövlətimiz ərazisini kifayət qədər işğaldan azad edib. Buna görə düşünürəm ki, qonaqların sayı artacaq. Eyni zamanda iqtisadi baxımdan həm turizm sahəsindəki gəlirlərimiz ötən illə müqayisədə daha böyük olacaq».

Ekspert bildirir ki, turizm sahəsində əsas problemlərdən biri xidmət səviyyəsi ilə bağlıdır: «Say olaraq xidmət sahəsi artsa da, keyfiyyət baxımından Türkiyə və digər ölkələrlə müqayisə etsək ürəkaçan ölmadığını deyə bilərik. Ona görə xidmətin tezliyi, keyfiyyəti, səviyyəsi və xidmət göstərənlərin hazırlıq səviyyəsi beynəlxalq standartlara uyğunlaşdırılmalıdır. Bu gün turizm bazasının artırılması və turizm kontingentinin yaradılması istiqamətində dövlət səviyyəsində işlər gedir. Bunun nəticəsini ilbəil görəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? - Şok təfərrüat...

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

“Caliber”: “Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - Video

Dövlət ənənələrində liderlərin oxşarı olurmu və Vladimir Putinin neçə bənzəri var?

Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçirmək istəyənlər kimlərdir? - Şok məhkəmə işi

Ukrayna Krımı necə vurdu? - “Partizan diversiyasımı, yoxsa raket zərbəsi?..”

Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan edib - Foto, Video, Canlı

Rusiyada sərvətin yenidən bölünməsi: “Aktivləri oliqarxlara Putin özü şəxsən paylayacaq...”

Azərbaycanın və Moldovanın ƏƏSMN arasında əməkdaşlıq haqqında layihə hazırlanır

Ən çox oxunanalar