Çərşənbə axşamı, 16 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Azərbaycanda ilk: Hava yastığı üzərində hərəkət edən yükdaşıyan barj tikildi - Video

Dünyada ilk dəfə olaraq Azərbaycanda hava yastığı üzərində özü hərəkət edən yükdaşıyan barj inşa edilib.

Bu barədə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) məlumat yayıb.

Bildirilir ki, “ACB Argymak” adlı barjın layihə müəllifi və sifarişçisi “Caspian Mainport Aktau” LLP/ CMİ Offshore Group-dur. Üzən vasitənin tikinti işləri 2019-cu ildə Şotlandiyanın Qlazqo Gəmiqayırma zavodunda başlasa da, şirkətin müflis olması səbəbindən işlər ilk mərhələdə yarımçıq saxlanılıb.

Daha sonra layihənin icrası üçün “Caspian Mainport Aktau”LLP/ CMİ Offshore Group ilə ASCO arasında danışıqlar başlayıb. Danışıqlar əsasında barjın Qlazqoda hazırlanmış korpusu iki hissəyə bölünüb və quru yük gəmisi vasitəsilə Azərbaycana gətirilməsinə müvəffəq olunub.

Azərbaycanda ASCO-ya məxsus “Zığ” Gəmi Təmiri və Tikintisi Zavoduna aid tərsanədə barjın inşasına başlanıb. Tikinti prosesinə xarici mütəxəssislərlə yanaşı, “Zığ” GTTZ-nin və “Xəzər” MMC-nin insan və texniki resursları da səfərbər edilib. Barj qısa müddətdə tamamlanıb. Artıq “ACB Argymak”ın test işləri də uğurla başa çatdırılıb. Barj üçün İtaliyanın “RINA Services S.p.A.” Təsnifat Cəmiyyətinin klass sertifikatı alınıb. Hazırda digər zəruri sənədləşmə işləri davam etdirilir. Proses tamamlandıqdan sonra üzən vasitə Qazaxıstana yola salınacaq. Barj burada “Kaşaqan” yatağında istismar olunacaq.

Unikal layihənin uzunluğu 56 metr, eni 24 metrdir. 150 ton yükgötürmə qabiliyyətinə malik barjın maksimal sürəti 6 uzelə (təxminən 11 km/s) bərabərdir. “ACB Argymak” 6 nəfərdən ibarət heyətlə idarə olunacaq.

Nisbətən dayaz sularda istismar üçün nəzərdə tutulan özü hərəkət edən barjda iki ədəd su, iki ədəd hava pəri quraşdırılıb. Bu da onun buzlu sularda belə istismarını mümkün edir.

Qeyd edək ki, dünyanın ilk özü hərəkət edən yükdaşıyan barjın inşası ASCO üçün böyük təcrübə olub. Gələcəkdə bu təcrübə əsasında oxşar yeni layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

pia.az 


Etiket:


Digərxəbərlər

Ağdamın icra başçısının mədəni halı: Vaqif Həsənov daha bir şəhid bacısını edib... - Video

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Generalın köməkçisi intim videoları hansı məqsədlə çəkib?

Ağsaqqal deputatdan şok açıqlama: “Ola bilsin, FHN əməkdaşlarının bir-birilərinə məhəbbətləri olub”

Generalın müavinləri kimlərdir? - Deputatın qardaşı, Mehdiyevin qohumu...

Göyçayda dərəyə düşən qadın və kişi xilas olunub - Yenilənib

Rusiya MN Krımda baş verən partlayışı diversiya adlandırıb - Yenilənib

Şahdağ Milli Parkında yanğın nəzarətə götürülüb  - Yenilənib, Video

FHN-dəki intim qalmaqal: videodakı xanımla bağlı məlumatlar

Coşqun Əhmədzadə öz istəyi ilə vəzifədən getmək istəyir - Sumqayıt Gömrüyündə yoxlamalar...

Ən çox oxunanalar