Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya iki gündə Ukrayna ərazisinə 150-220 milyon dollarlıq raket atıb

Rusiya iyunun 25-26-da Ukrayna ərazisinə ümumi dəyəri 150-220 milyon dollar olan raket atıb.

“Report” xəbər verir ki, bunu ABŞ-ın məşhur “Forbes” nəşri yazıb.

Həmin günlərdə Rusiya Ukrayna ərazisinə 60-80 uzun mənzilli raket atıb. Raketlərin əksəriyyəti Jitomir (30) və Çerniqov (20) vilayətlərinə düşüb. Bundan başqa, Kiyev, Xmelnitski, Lvov və Dnepropetrovsk vilayətləri də Rusiya qoşunlarının raket hücumlarına məruz qalıb.

Məlumata görə, Rusiya əlində olan bütün raketlərdən, o cümlədən, "Toçka-U", "X-22", "Oniks", "İskəndər", "Calibr" və "X-101" raketlərindən istifadə edir.

Xatırladaq ki, bazar ertəsi, iyunun 27-də Rusiya Ukrayna şəhərlərinə raket zərbələri endirməkdə davam edib. Raketlərdən biri Poltava vilayətinin Kremençuq şəhərindəki ticarət mərkəzinə düşüb. Hücum nəticəsində indiyədək 18 nəfərin öldüyü məlumdur.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Ən çox oxunanalar