Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

NATO gələn ilə qədər 300 minlik qüvvəsini hazır edəcək - Stoltenberq

NATO-nun baş katibi Yens Stoltenberq NATO Cavab Qüvvələrinin əsgərlərinin sayını 300 mindən çox artırmaq üçün işləri gələn ilə qədər hazır vəziyyətə gətirməyi planlaşdırdıqlarını bildirib.

Bunu İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Sammiti zamanı mətbuat konfransı keçirən NATO -nun baş katibi Yens Stoltenberq deyib:

“Biz NATO Cavab Qüvvələrinin sayının 300 mindən çox artırılmasını əhatə edən işi gələn ilə qədər hazır etməyi planlaşdırırıq. Yüksək hazırlıqlı birliklərdən ibarət NATO Cavab Qüvvələrinin əsgərlərinin sayının 40 mindən 300 minə çatdırılması planlarının müttəfiq ölkələrin bu qüvvəyə müxtəlif ölçülərdə töhfə verəcəyini bildirib. Bu qüvvələrin əsas hissəsi öz ölkələrində yerləşdiriləcək", - Stoltenberq bildirib.

Müttəfiq ölkələrin NATO daxilində bu bölmələri uyğunlaşdıracağını deyən Stoltenberq onların da hazırlıqlarının artırılacağını bildirib:

"Bu qüvvələrin bir hissəsi (lazım olduqda) ilk 10 gündə, digər hissəsi isə 30 gün ərzində hazır olacaq. Bu iki diviziyanın ümumi sayı 300 mindən çox hərbçidir. Planımız onları gələn ilə qədər hazır vəziyyətə gətirməkdir", - deyə Stoltenberq qeyd edib.

Müttəfiqlərin bu qüvvə ilə bağlı öhdəliklərinə əməl edəcəklərini ifadə edən Stoltenberq, öz ölkələrində gözləyəcək qüvvələrin konkret bölgələr üçün əvvəlcədən müəyyən edilmiş missiya yerləri olacağını vurğulayıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar