Çərşənbə, 10 Avqust 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki
En

Gürcülər qəzəblənib... - Gürcüstan niyə Avropa Birliyindən kənarda saxlanıldı?

Gürcü xalqının qəzəbi AB-yə deyil, öz hökümətlərinə və Rusiyaya qarşıdır... Bəs Gürcüstan hökümətinin bu məsələdə “günahı” nədən ibarətdir?..

Politoloq: “Gürcüstan, Moldova və Ukraynanın üçlü konfiqurasiyasından məsələyə münasibət göstərsək, görərik ki, burada da Qərb institutları, Qərb təchizatları ikili standartları tətbiq edir”.

Avropa İttifaqı həmişə deyir ki, biz qonşuluq siyasətində heç kəsə fərq qoymuruq. Amma əslində belə deyil”.

Bu sözləri politoloq Tofiq Abbaslı Gürcüstanda keçirilən mitinqləri PİA.az-a şərh edərkən qeyd edib.

Gürcüstanın Ukrayna və Moldavadan fərqli olaraq Avropa Birliyinə üzvlüyə namizəd ölkə olaraq qəbul edilməməsi gürcüləri çox qəzəbləndirib. Lakin onların qəzəbi AB-yə deyil, öz hökümətlərinə və Rusiyaya qarşıdır. Bu qəzəb də etiraz aksiyalarında özünü göstərir. Etirazçılar bir həftə ərzində hökümətin istefasını tələb edirlər.

Gürcüstanın Avropa Birliyindən kənarda saxlanılmasını səbəbi nədir? Bu doğrudanmı Gürcüstanda demokratiyanın müharibə şərtlərində yaşayan Ukrayna və Moldavada olduğundan az olması ilə əlaqəlidir, yoxsa başqa səbəblər var? Xüsusən də, Gürcüstan hökümətinin bu məsələdə “günahı” nədən ibarətdir?

Gürcüstanın Avropa Birliyindən kənarda qalmasının səbəblərini PİA.az-ın əməkdaşı politoloq Tofiq Abbaslı ilə müzakirə edib.

Tofiq Abbaslı: “Gürcü xalqı özü-özünü aldadır. Bu məsələdə hökumətin heç bir günahı yoxdur”.

Daim inqilabi şəraitdə yaşamağın dəhşətə aparılan yol demək olduğunu düşünən politoloq OİA.az-a bildirib ki, bu baxımdan da gürcü xalqı vədlərə inanmamalıdır və öz yolu ilə də getməlidir:

“Gürcüstan, Moldova və Ukraynanın üçlü konfiqurasiyasından məsələyə münasibət göstərsək, görərik ki, burada da Qərb institutları, Qərb təchizatları ikili standartları tətbiq edir. Bu ölkələrin üçü də xristian ölkəsidir, üçü də guya Qərb demokratiyasının dəyərlərini bölüşürlər, əməkdaşlıq edirlər. Amma sanki Gürcüstanı Avropa Birliyindən bir az kənarda saxlayırlar. Burada da bir neçə səbəblər var:

1. Moldova və Ukrayna qurudan Avropa İttifaqı ilə bilavasitə həmsərhəddir. Gürcüstanın sərhəddi isə Qara dəniz vasitəsilədir.

2. Mental baxımdan gürcülər köklü surətdə ukraynalılar və moldovalılardan fərqlənirlər. Avropalılara görə gürcülər Avropa irqinə aid deyillər. Gürcülər isə uzun illərdir çalışırlar ki, özlərinin avropalı olduqlarını sübut etsinlər. Onlar deyirlər guya onların kökü İspaniyada, Avropanın göbəyindədir. Amma gürcülər bunları deməklə özlərini AB-yə yaxınlaşdıra bilmirlər.

Tofiq Abbaslı: “Avropa gürcülərə vəd verir, onları şirnikləşdirirlər, amma əməli işlərə gələndə Kiyevi önə, Tbilisini geriyə atırlar”.

Avropa İttifaqı həmişə deyir ki, biz qonşuluq siyasətində heç kəsə fərq qoymuruq. Amma əslində belə deyil. Elə Gürcüstanı misal göstərmək kifayətdir ki, burada ikili standartlar var. Avropa gürcülərə vəd verir, onları şirnikləşdirirlər, amma əməli işlərə gələndə Kiyevi önə, Tbilisini geriyə atırlar. Halbuki bu gün Gürcüstanda sabitlikdir, Ukraynada müharibə gedir, Moldava isə müharibə şəraitindədir.

Gürcüstunla Azərbaycanın fərqi ondadır ki, Azərbaycan ona verilən vədləri nəzərə alır, amma onlara aldanmır. Çünki Azərbaycanın özünün yolu var. Hər bir xalqın gərək özünün dəyərləri, hədəfləri, prioritetləri olsun. Bu baxımdan Azərbaycan tək Qafqaz bölgəsində deyil, postsovet məkanında digərlərindən fərqlənir. Avropa İttifaqı Azərbaycanı da aldatmağa çalışıb və çalışır.

Düşünürəm ki, gürcü xalqı özü-özünü aldadır. Orada hökumətin heç bir günahı yoxdur. Onsuz da Gürcüstan dəfələrlə inqilabların qurbanına çevrilib. Daim inqilabi şəraitdə yaşamaq da dəhşətə aparılan yol deməkdir. Bu baxımdan da gürcü xalqı vədlərə inanmamalıdır və öz yolu ilə də getməlidir”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

Ərzaq və taxıl bahalaşır... - KTN-nin bu sahədə yürütdüyü siyasət qənaətbəxşdir?

Səfər Mehdiyevin Avstriya və Sloveniyada milyonluq otelləri... - Fotolar

Populyar xəbərlər

Çempionlar Liqası: "Qarabağ" pley-off mərhələsinə vəsiqə qazandı - Yenilənib

Krım aeroportunda partlayışlar: Ölən və yaralananlar var, onlarla təyyarə məhv edilib - Yenilənib

Dustaq-məmurların üzərinə həbs qoyulan mülklərinin sonrakı taleyi necə olur? - Şok təfərrüat...

Bakıda beş ildən sonra yenidən Çempionlar Liqasının himni səslənəcək

“Caliber”: “Azərbaycan Silahlı Qüvvələri Xankəndi ətrafındakı strateji yüksəkliklər halqasını bağladı” - Video

Dövlət ənənələrində liderlərin oxşarı olurmu və Vladimir Putinin neçə bənzəri var?

Prezidentin əmisi oğlunun əmlaklarını ələ keçirmək istəyənlər kimlərdir? - Şok məhkəmə işi

Ukrayna Krımı necə vurdu? - “Partizan diversiyasımı, yoxsa raket zərbəsi?..”

Rəcəb Tayyib Ərdoğan V İslam Həmrəyliyi Oyunlarını açıq elan edib - Foto, Video, Canlı

Rusiyada sərvətin yenidən bölünməsi: “Aktivləri oliqarxlara Putin özü şəxsən paylayacaq...”

Azərbaycanın və Moldovanın ƏƏSMN arasında əməkdaşlıq haqqında layihə hazırlanır

Ən çox oxunanalar