Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Vasif Talıbov Kərəm Mustafayevi olmayan nişanla təltif edib

Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov iyulun 1-də “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, ordu quruculuğu sahəsində xüsusi xidmətlərinə görə, Kərəm Nəriman oğlu Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilib.

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı Kərəm Mustafayevin bu il 60 illik yubileyidir. General-polkovnik Kərəm Mustafayev 1962-ci il iyulun 1-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda anadan olub. General Mustafayev 60 illik yubileyi münasibətilə Vasif Talıbov tərəfindən təltif edilib. 60 yaşı tamam olan generalın təltif edilməsi artıq illərdir, Naxçıvanda ənənə halını almış insanların xidmətlərinin qiymətləndirilməsinin daha bir nümunəsidir.

Generalın təltif edilməsi ilə bağlı sərəncamla tanış olarkən bir məqam diqqətimizi çəkdi. Sərəncamda bildirilir ki, Kərəm Mustafayev “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” qızıl nişanı ilə təltif edilib. Bəs görəsən, Naxçıvanda belə bir nişan varmı?

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı (qızıl nişanı yox) Ali Məclis sədrinin 25 iyun 2013-cü il tarixli Fərmanı ilə təsis edilib. Həmin fərmanla “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının əsasnaməsi və təsviri təsdiq olunub.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanının əsasnaməsində göstərilir ki, nişan dövlətçiliyin inkişafında xidmətə, peşəkarlığa və xüsusi nailiyyətlərə, vəzifə borcunun ləyaqətlə və vicdanla yerinə yetirilməsinə, dövlət quruculuğu işlərində xidmətlərə görə verilir. “Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı Azərbaycan Respublikasının orden və medalları olduqda, onlardan sonra taxılır.

“Naxçıvan Muxtar Respublikasına xidmətlərə görə” nişanı gümüşdən hazırlanıb, qızıl suyuna çəkilib və diametri 35 mm, qalınlığı isə 2,5 mm-dir.

Nişan səkkizguşəli ulduz şəklindədir. Nişanın ön tərəfində mərkəzdə dövlət gerbi təsvir edilib, çevrə boyunca “NAXÇIVAN MUXTAR RESPUBLİKASINA XİDMƏTLƏRƏ GÖRƏ” sözləri yazılıb. Yazı və təsvirlər qabarıqdır. Nişanın arxa tərəfi hamar səthlidir və bərkidilmək üçün müvafiq element vardır. Ortasında nişanın nömrəsi həkk olunub.

Göründüyü kimi, bu nişan gümüşdən hazırlanıb. Hər halda nişanın Ali Məclisin sədri tərəfindən təsdiq edilmiş təsvirində belə yazılıb. Nə nişanın təsis edilməsi barədə fərmanda, nə də onun əsasnaməsində qızıldan hazırlandığı yazılıb. İndi Kərəm Mustafayev ictimaiyyətə bəlli olmayan bir qızıl nişanla təltif edilibsə, bu, başqa məsələdir. Amma bu, o qədər də inandırıcı deyil. Çünki əgər belə bir qızıl nişan olsaydı, onun təsis edilməsi barədə fərman və əsasnaməsi Naxçıvanın hüquqi aktların dövlət reyestrində yerləşdirilərdi. Görünür, Ali Məclis sədrinin sərəncamını hazırlayanlar qızıl suyuna çəkilmiş nişanın rənginə görə onu rəsmi sənəddə qızıl nişan kimi yazıblar. Unutmaq olmaz ki, rəsmi sənədlərdə belə səhvlərə yol vermək qəbuledilməzdir. Diqqətli olmaq lazımdır cənablar. Sizin bu işinizi də Ali Məclisinizin sədri görməlidir? (tns.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Fərid Qayıbov ABŞ-də BMT rəsmisi və Dövlət Departamentinin nümayəndəsi ilə görüşüb

Muxtar Babayev Con Kerri ilə COP-29-a hazırlıq məsələlərini müzakirə edib

Ən çox oxunanalar