Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Putinin yeni “Sürprizlərinə” hazır olmaq lazımdır..."  

ABŞ Rusiya və Çinə qarşı milli strategiya hazırlayıb...

Amerika Birləşmiş Ştatları Ukraynaya hərbi yardımı artırıb. ABŞ Fransa və Almaniyadan fərqli olaraq Rusiya-Ukrayna müharibəsinin nə yolla olursa-olsun bitməsini istəmir.

Vaşinqton növbəti mərhələdə Rusiyanın məğlubiyyətini təmin etməyə çalışacaq. Bunun üçün isə Ukrayna ordusuna yeni hərbi texnika verilməli və işğalçıya qarşı həmlələrin sayı artırılmalıdır. Ancaq Kreml də boş dayanmayıb və Ukraynada məğlub olmamaq üçün bütün resurslarını səfərbər edib.

Amerikanın “The National Interest” dərgisində ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin yeni “sürprizlərinə” hazır olmasıyla bağlı analitik yazı dərc olunub.

Məqalədə ABŞ-ın 2017-ci ildən başlayaraq Rusiya və Çinə qarşı mübarizədə milli təhlükəsizlik strategiyası hazırladığı və həyata keçirdiyi yazılıb. Amerikalı analitiklər məhz bu strategiya çərçivəsində hadisələrin sonrakı inkişafını proqnozlaşdırmağa çalışırlar.

“The National Interest” dərgisindəki məqalədə Vaşinqtonun Rusiya və Çinə qarşı strategiyasında iki ciddi problemin olduğu vurğulanıb.
Ətraflı

Birinci problem strategiyada Rusiya ilə Çin arasında fərqin göstərilməməsidir. Rusiya və Çin bir-biri ilə strateji tərəfdaş olsalar da, iki fərqli dövlətdir. Vaşinqton bu fərqdən hələ ki, istifadə edə bilmir.

İkinci problem ABŞ-ın milli təhlükəsizlik strategiyası Rusiya və Çinlə mübarizə üzərində formalaşıb, digər təhlükələr barədə ciddi araşdırmalar aparılmayıb. Misal üçün, koronovirus pandemiyası iki il ərzində Amerikanın əsas probleminə çevrildi, ən çox insan xəstəlikdən məhz bu ölkədə vəfat etdi. Bundan çıxış edən bəzi amerikalı analitik milli təhlükəsizlik strategiyasını korrektə edilməsini, yeni alyansların qurulmasına diqqətin ayrılmasına önəm verirlər.

Bu analitiklər hesab edirlər ki, ABŞ Rusiya və Çinlə eyni zamanda mübarizə aparmaq əvəzinə bu iki dövləti bir-birindən ayıran – uzaqlaşdıran siyasətə üstünlük verməlidir. Vaşinqton “soyuq müharibə” illərində məhz bu siyasətə üstünlük verir, keçmiş SSRİ ilə mübarizə apararkən, Çinlə normal münasibətlər qurmuş, bu yolla Pekinin Moskva ilə yaxınlaşmasının qarşısını almışdı. Hazırda Vaşinqton bu siyasətdən uzaqlaşıb və bu durum Pekinlə Moskvanın yaxınlaşmasına səbəb olub.

Çin Qərbin sərt sanksiyaları üzləşən Kremlin əsas ümididir. Ona görə də Kreml Çinlə ittifaqın pozulmaması üçün Vaşinqtonun planlarına qarşı mübarizəsini daha da gücləndirəcək və “The National Interest” dərgisinin “Vaşinqton Rusiyanın sürprizlərinə hazır olmalıdır” yazdıqda məhz bunu nəzərdə tutub.

“Atlas” Araşdırmalar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar