Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Türkiyədə siyasi vəziyyət hakimiyyətin lehinə çevrilməkdədir

Son dövrlərdə Türkiyə hakimiyyətinn həm daxili, həm də xarici siyasətdə atdığı müsbət addımlar ölkə daxilində onun mövqeyini möhkəmləndirmişdir. Əmək haqqının yanvarda 30%, iyunda isə 40%-dən çox artırılması əhalinin maddi vəziyyətini yaxşılaşdırmaqla inflyasiyanın mənfi təsirlərini azalda bilmişdir. Bundan sonra inflyasiya səviyyəsinə uyğun olaraq əmək haqqlarının artırılması prosesi davam edəcəkdir.

Eyni zamanda bəzi ölkədaxili siyasi qərarlar da hökumətin mövqeyini möhkəmləndirmişdir. 31 mart tarixində TBMM tərəfindən qəbul edilən yeni seçki qanunu 2023-cü il seçkilərində altı müxalifət partiyasının ittifaqını parçalamaq məqsədi daşıyır. Hazırda Rəcəb Tayyib Ərdoğanın “Cumhur İttifaqı”nın namizədi kimi mövqeyi güclüdür və keçirilən sorğular onun alternativsiz namizəd olduğunu göstərir. Müxalif “Millət İttifaqı”nın namizədi isə hələ məlum deyildir. Müxalifətin mümkün əsas namizədlərindən biri olan CXP lideri Kamal Qılıçdaroğlunun prezidentliyinə həm ittifaqda, həm də CXP-də qarşı çıxanlar vardır.

Türkiyə hakimiyyətinin son aylarda xarici siyasətlə bağlı atdığı addımlar da daxili siyasətdə reytinqinin yüksəlməsinə səbəb olmuşdur. Xüsusilə də İsrail, BƏƏ, Misir və Səudiyyə Ərəbistanı ilə normallaşan münasibətlər və qarşılıqlı səfərlər Türkiyə ictimaiyyətində təqdirlə qarşılanır. Bu normallaşma Türkiyəyə Ərəb sərmayəsinin gəlməsinə, İsrail qazının Avropaya çatdırılmasında tranzit rolu oynamasına, Yaxın Şərq və Şərqi Aralıq dənizində ona qarşı qurulan ittifaqın parçalanmasına və Türkiyə hakimiyyətinə qarşı beynəlxalq mətbuatda və ABŞ konqresində hücumların azalmasına səbəb olur. Eyni zamanda, ABŞ Türkiyənin etirazlarına baxmayaraq Yunanıstan və Fransanın həyata keçirməyə çalışdığı “EastMed” qaz kəməri layihəsindən dəstəyini çəkdi.

F-16-ların Türkiyəyə satılması prosesi isə yavaş olsa da davam edir. Bu məsələ ilə bağlı vəziyyət Madriddə Prezident Ərdoğan və ABŞ Prezidenti Bayden arasında görüşdən sonra Türkiyənin lehinə dəyişməyə başladı. Nəticədə Yunanıstan Baş naziri Miçotakisin ABŞ Konqresindəki təbliğatı indilik öz təsirini azaltmış oldu.

Türkiyə hakimiyyətinin bir tərəfdən Rusiya-Ukrayna müharibəsində vasitəçi rolu oynaması, digər tərəfdən isə NATO çərçivəsində müttəfiqlik prinsiplərinə sadiq qalması və Qara Dənizdə Montro Boğazlar Müqaviləsinin şərtlərini tətbiq etməsi Qərb dövlətləri, eləcə də Rusiya tərəfindən müsbət qarşılanır. Hakimiyyətin Qərblə münasibətlərinin inkişaf etməsi bir tərəfdən Türkiyə müxalifətinin Qərbdə manevr imkanlarını azaldır, digər tərəfdən isə böhran dövründə Türkiyənin Qərb üçün etibarlı bir müttəfiq olduğu düşüncəsini formalaşdırır.

Türkiyə hakimiyyətinin İsveç və Finlandiyanın NATO üzvlüyü üçün irəli sürdüyü şərtlərinin hər iki dövlət tərəfindən yazılı mətnlə qəbul edilməsi isə onun daxili siyasətdəki prestijinə olduqca müsbət təsir göstərdi. Bununla Türkiyə həm NATO üzvü olaraq təşkilatın “açıq qapı” siyasətini dəstəkləmiş oldu, həm də 2023-cü il seçkilərinə doğru Qərbdən dəstək alma ehtimlını artırdı.

Bu müsbət proseslərin nəticəsidir ki, seçkilərə hələ bir il qalmış sorğulara əsasən, hakim partiya ƏİP-i və Prezident Ərdoğanı dəstəkləyənlər 30%-dən çoxdur. Mövcud iqtisadi problemlərə baxmayaraq hakimiyyəti dəstəkləyənlərin çox olması müxalifəti ən çox narahat edən məsələdir. Müxalif cəbhədən sadəcə İYİ Partiyanın səslərində biraz artım vardır. İyun ayında Metropoll şirkətinin keçirdiyi sorğunun nəticələrinə əsasən, hakim ƏİP partiyası 33.3%-lə 1-ci olmuş, müxalif CXP partiyası isə 23.6% səs toplamışdır. İYİ Partiyanın səs miqdarı isə 16.8% olmuşdur. PKK-çı XDP-nin səsləri 11.8%, ƏİP-in müttəfiqi olan MHP-nin səsləri isə 5.6% olmuşdur. Hakimiyyətin iyul ayından etibarən səslərinin artacağını nəzərə alsaq bundan sonra sorğularda hakim partiyanın mövqeyinin güclənəcəyini gözləmək olar.

“Cənubi Qafqaz” Tədqiqatlar Mərkəzi

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar