Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

XİN Bakının Minsk qrupundan çıxması haqda ATƏT-ə niyə rəsmi məktub göndərmir?

Prezident İlham Əliyev dəfələrlə ATƏT-in Minsk qrupunun missiyasının başa çatması haqqında açıq bəyanatlar verib...

Politoloq: “Hüquqi nöqteyi-nəzərdən Minsk Qrupu məsələsinin tam bağlanması üçün Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-ə rəsmi məktub göndərməsi vacib idi”.

“Əslində Minsk Qrupunun fəaliyyətinin dayanması qəbul edilmişdi. Məsələn Rusiya da, Fransa da, ABŞ da öz Minsk Qrupundakı nümayəndələrinə səlahiyyətli səfir adı verməklə Minsk Qrupunun fəaliyyətinə bir növ xitam vermişdilər”.

Bu sözləri politoloq Qabil Hüseynli Azərbaycan Xarici İşlər Nazirliyinin Bakının Minsk qrupundan çıxması haqda ATƏT-ə rəsmi məktub gpndərməməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

44 günlük Vətən müharibəsindən sonra ölkə prezidenti dəfələrlə ATƏT-in Minsk qrupunun missiyasının başa çatması haqqında açıq bəyanatlar verib. Hazırda ABŞErmənistan Minsk qrupunun fəaliyyətinin bərpa olunması üçün çağırışlar edir.

Prezidentin dəfələrlə bəyan etməsinə baxmayaraq, Azərbaycan XİN Bakının Minsk qrupundan çıxması haqda ATƏT-ə niyə rəsmi məktub göndərmir? Yəni Azərbaycan münaqişənin tərəfi kimi heç bir işə yaramayan və mandatına uyğun olaraq da çalışmayan bu vasitəçi qurumun buraxılmasını rəsmi olaraq istəməməsinin səbəbi nə ola bilər?

Mövzunu PİA.az-ın əməkdaşı keçmiş dövlət müşaviri Qabil Hüseynli ilə müzakirə edib.

Qabil Hüseynli: “Minsk Qrupunun fəaliyyətinin tamamilə dayandırılması üçün Azərbaycan ATƏT rəsmi surətdə müraciət etsəydi daha yaxşı olardı”.

44 günlük müharibədə Minsk Qrupunun elə bir fəallıq göstərmədiyini və siyasi meydana çıxmadığını xatırladan politoloq PİA.az-a bildirib ki, Minsk Qrupu ilə bağlı Azərbaycan XİN-nin ATƏT-ə rəsmi sənədin göndərilməsinə ehtiyac var:

“Hüquqi nöqteyi-nəzərdən Minsk Qrupu məsələsinin tam bağlanması üçün Azərbaycan Xarici İşlər Nazirliyinin ATƏT-ə rəsmi məktub göndərməsi vacib idi. Prezident İlham Əliyevin Minsk Qrupu ilə bağlı verdiyi müsahibələr də müəyyən hüquqi əhəmiyyət kəsb edir. Amma məsələnin tam rəsmiləşməsi üçün Azərbaycan gərək rəsmiləşmənin bütün formalarına, prosedurlarına axıra qədər gedərdi. Minsk Qrupunun fəaliyyətinin tamamilə dayandırılması üçün Azərbaycan ATƏT rəsmi surətdə müraciət etsəydi daha yaxşı olardı.

Onu da qeyd edim ki, Prezidentin çıxanda Azərbaycanın mövqeyi də əsaslanıb. Prezident dəfələrlə bildirib ki, ATƏT-in Minsk Qrupunun görəcəyi heç bir iş yoxdur. Onların 28 ildə görməli olduğu işi Azərbaycan əsgəri 44 günə gördü. Üstəlik də Minsk Qrupu 28 ildə yarıtmaz fəaliyyətləri ilə Azərbaycan xalqının etimadının tamamilə itiriblər.

Yenidən bu ideyanın gündəmə gətirilməsi Azərbaycan xalqı tərəfindən qəbul edilə bilməz. Xalqın iradəsinə uyğun olaraq Minsk Qrupunun lüzumsuzluğu qeyd edilir. İndi olanlar onu göstərir ki, bütün bunlara baxmayaraq Minsk Qrupu ilə bağlı Azərbaycan XİN-nin ATƏT-ə rəsmi sənədin göndərilməsinə ehtiyac var.

Qabil Hüseynli: “Minsk Qrupunun mövcudluğunu puça endirən o qədər hadisələr baş verdi ki, Azərbaycanın Xarici İşlər Nazirliyində də məsələnin həll olunduğuna əminlik yarandı”.

44 günlük müharibədə Minsk Qrupu elə bir fəallıq göstərmədi və siyasi meydana çıxamadı. Sanki o dövrdə Minsk Qrupu legal şəraitə keçdi. Azərbaycan tərəfi də onların nöqsanlarını göstərəndən sonra onların fəaliyyətlərinin dayandırılması qəbul edilmiş bir fakt kimi nəzərə çarpmağa başladı.

Əslində Minsk Qrupunun fəaliyyətinin dayanması qəbul edilmişdi. Məsələn Rusiya da, Fransa da, ABŞ da öz Minsk Qrupundakı nümayəndələrinə səlahiyyətli səfir adı verməklə Minsk Qrupunun fəaliyyətinə bir növ xitam vermişdilər. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıya gələndə də bildirdi. Lavrovdan əvvəl Rusiyanın Minsk Qrupundakı nümayəndəsi oradan çıxdığını bəyan etmişdi.

Minsk Qrupunun mövcudluğunu puça endirən o qədər hadisələr baş verdi ki, Azərbaycanın Xarici İşlər Nazirliyində də məsələnin həll olunduğuna əminlik yarandı. Yəni, yəqin ki, Xarici İşlər Nazirliyi belə məsələyə ehtiyac olmadığını düşünüb”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Əhməd Əhmədov təcridxanaya qaytarıldı - Bundan sonrakı hüquqi qiymətləndirmə necə olacaq?

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Ən çox oxunanalar