Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib - Yenilənib

Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlu ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürüb.

“Unikal”ın əldə etdiyi məlumata görə, R.Tağıyev Yevlax rayonunun Salahlı kəndindəndir. Onun hərbi xidmətini başa vurmasına 3 ay qalıbmış.

Rəvanın özündən böyük bir qardaşı da var. Böyük qardaşı yenicə hərbi xidmətdən qayıdıb. O, Naxçıvanda xidmət edib.

R.Tağıyevin nəşi bu gün doğulduğu Salahlı kəndinə gətirilib və orada dəfn olunub.

***

Azərbaycan Ordusunun hərbi qulluqçusu intihar edib.

PİA.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən  bildirilib.

Qeyd olunub ki, iyulun 5-i saat 17 radələrində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Tağıyev Rəvan Zeynalabdin oğlunun ona təhkim edilmiş avtomat silahdan atəş açaraq özünü öldürməsi faktı ilə bağlı Hərbi prokurorluqda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanmaqla hazırda istintaq aparılır.

***

Laçın rayonunda hərbi xidmətdə olan Yevlaxın salahlı kənd sakininin hərbi xidmətdə şəhid olması xəbəri yayılıb.

PİA.az Meydan TV-yə istinadla xəbər verir ki, əsgər Rəvan Zeynalabdin oğlu Tağıyevin şəhid olması barədə yaxınları sosial şəbəkədə məlumat yayıblar:

“Səhər əmisinə zəng vurublar ki, qardaşın oğlu şəhid olub, gəlin cənazəni götürün. Tam olaraq hadisə necə baş verib hələ bilmirik. Sadəcə boğazından güllə ilə vurulub”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə dövlət xidmətinin Yevlax rayon şöbəsinin əməkdaşı hadisəni təsdiqləsə də, səbəbləri barədə məlumatsız olduğunu bildirib:

“Hazırda adamlar əsgərin dəfninə gedib. Ekspertizanın cavabı olmadan heç nə deyə bilmərəm.”

Müdafiə Nazirliyinin Mətbüat Xidməti rəhbəri Anar Eyvazov hadisənin araşdırıldığını bildirib:

“Araşdırırıq. Cavab verəcəyik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Azərbaycana qaytarılan dörd kəndin sakinləri danışdılar - Video

Ən çox oxunanalar