Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycanda quş ətləri nazirliyin laboratoriyasında yoxlanılacaq

Azərbaycan Quş Əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası (APEPEA) ilə Kənd Təsərrüfatı Nazirliyi Baytarlıq Elmi Tədqiqat İnstitutunun (BETİ) rəhbərliyi arasında görüş keçirilib.

APEPEA-dan “Report”a verilən məlumata görə, görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub, tərəflər arasında bu əməkdaşlığa imkan verəcək memorandum imzalanıb.

APEPEA üzvləri BETİ-yə məxsus müasir avadanlıqlarla təchiz olunmuş laboratoriya ilə tanış olublar. BETİ- nin direktoru Sialə Rüstəmova quşçuluq təsərrüfatlarına quş xəstəliklərinin diaqnostikası, quş ətinin analizi, təsərrüfatlarda çalışan baytar həkimlərə təlimlərin keçirilməsi və sair istiqamətlərdə Assosiasiyaya dəstək verməyə hazır olduqlarını bildirib. APEPEA İdarə Heyətinin sədri Mürvət Həsənli Azərbaycanda qeydiyyatdan keçmiş əsas laboratoriyalardan biri ilə əməkdaşlığın quş əti istehsalçılarına geniş imkanlar yaradacağını qeyd edib. Bildirib ki, bir sıra hallarda tələblərə cavab verməyən kəsim məntəqələrində kəsilərək ölkə bazarlarına çıxarılan toyuq ətinin keyfiyyət və təhlükəsizlik parametrlərinə görə yoxlanması zərurəti yaranır. Bu kimi hallarda BETİ-nin laboratoriyasının xidmətlərindən yararlanmaq bazarlara çıxarılan keyfiyyətsiz məhsulların qarşısını vaxtında almağa imkan verəcək.

İmzalanmış memoranduma əsasən APEPEA və BETİ təsərrüfat subyektlərində quşların saxlanması, bəslənməsi, xəstəliklərə qarşı diaqnostiki müayinələrin aparılması, məhsuldarlığın yüksəldilməsi istiqamətində əməkdaşlığın inkişaf etdirilməsinə qərar veriblər. Bundan əlavə, tərəflər təsərrüfat subyektlərində riskləri qiymətləndirməklə epizootoloji sabitliyin qorunması, sağlamlaşdırıcı tədbirlərin vaxtında aparılması, profilaktiki vaksinasiyadan sonra immunitetin yoxlanılması məqsədi ilə aşağıda qeyd olunan monitorinq və diaqonstik müayinələrin aparılmasında razılığa gəliblər:

- vaksinasiya aparılan xəstəliklərin seromonitorinqinin təşkili;

- xüsusi təhlükəli xəstəliklərin PZR müayinəsi;

- mikrobioloji müayinələrin aparılması;

- biotəhlükəsizlik təlimlərinin təşkili;

- quşçuluq müəssisələrinin elmi əsaslarla idarə edilməsi və elmi-tədqiqat işlərinin aparılması. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar