Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Google" xəritəsinin Qarabağ hissəsinin yenilənməsi üçün işlərə başlanılıb

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “4MAPS Bilgi Teknolojileri” MMC tərəfindən işğaldan azad edilmiş ərazilərlə bağlı “Google” və digər xəritələrin yenilənməsi, həmçinin 3D xəritənin hazırlanması üçün işlərə başlanılıb.

PİA.az-ın Agentliyə istinadən verdiyi məlumata görə, xəritələrin yenilənməsində və 3D xəritənin hazırlanmasında “LİDAR” cihazından istifadə olunur. Yaxın vaxtlarda onlayn xəritələrdə Qarabağda yerləşən şəhərlərin, kəndlərin, küçələrin və digər obyektlərin adlarının Azərbaycan dilində göstəriləcəyi gözlənilir.

Qeyd edək ki, “4MAPS Bilgi Teknolojileri” MMC Sumqayıt Kimya Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb və Sənaye Parkının 1,5 hektarlıq ərazisində “Tədqiqat və inkişaf, kartoqrafiya və naviqasiya xidmətlərinin təşkili” layihəsini həyata keçirəcək. “4MAPS Bilgi Teknolojileri” MMC “Apple Maps” və “Here Technologies” tətbiqinin MDB, Yaxın Şərq və Azərbaycan, “Yandex Maps” tətbiqinin isə Azərbaycan üzrə təmsilçisidir.

Şirkətin əsas fəaliyyət sahəsi xəritələrlə bağlı coğrafi məlumatların toplanılması, formalaşdırılması, 3D və 4D xəritələrin istehsalı xidmətləri olsa da, yeni inşa ediləcək mərkəzdə, həmçinin, proqram məhsulları, oyunlar, “metaverse” tətbiqlərinin hazırlanması xidmətlərinin göstərilməsi planlaşdırılır. Layihənin reallaşdırılması ilə Azərbaycanda Şərqi Avropa, Gürcüstan, MDB və Orta Asiya ölkələri üçün xəritələrin formalaşdırılması mərkəzi (prosessinq mərkəzi) fəaliyyət göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar