Çərşənbə, 28 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Putinin imtima edə bilmədidiyi ən qiymətli ideyası - O, arzusuna çatmasa...

Rusiyanın Ukraynada apardığı müharibədə böyük itkilər verməsinə baxmayaraq, belə görünür ki, Putin qarşısına qoyduğu məqsədə çatmağa çalışır. Əgər müharibə Putinin bundan sonrakı ssenarisi üzrə getməsə, onu Rusiya daxilində böyük problemlər gözləyir.

PİA.az sözügedən mövzuyla bağlı Ukraynanın “Glavred.info” saytında gedən “Putinin imtina edə bilmədiyi ən qiymətli paranoidal ideyası” başlıqlı məqaləsini təqdim edir: ”Rusiyanın nə düşünməsindən asılı olmayaraq, o, artıq iri miqyaslı hücum etmək qabiliyətində deyil, ən azından indi. Rusiya Kiyevi və digər böyük şəhərləri ələ keçirmək üçün baş vurduğu qanlı avantüranın ilk aylarında xeyli güc itirib.

Dünyanın analitik mühitinin əsas fikri ilə razılaşaq, Rusiya hər hansı iri miqyaslı hücum əməliyyatı keçirmək qabiliyyətində deyil, amma o, ayrı-ayrı şəhərlərin zəbt olunmasına cəhd edir, kütləvi şəkildə bombalar yağdırır və insanları öldürür. Rusiya rəhbərliyi öz məqsədlərindən hələ geri çəkilməyib.

Putin sadəcə özünün paranoidal ideyasını - Ukraynanın işğalını heç nəyə qurban verə bilməz. Putindən Ukraynanın işğalı ideyasından əl çəkməsini istəmək, Romeodan Cülyettadan imtina etməsini xahiş etmək kimi bir şeydir.

Paranoiklər özlərini sayıqladıqları fantaziyalar və ideyalar içərisində sevirlər, belə adamlar onları göylərdən yerə endirməyə çalışanlara nifrət edirlər. Bu, qəzəb doğursa da, paranoik öz başına yerləşdirdiyi ideyalara yenidən nəzər yetirmək fikrinə düşmür.

Hazırda Putinin bir nömrəli işi zəbt olunmuş ərazilərdə “referendum” keçirmək və bu əraziləri Rusiyaya birləşdirməkdir. Axı, Rusiya cəmiyyəti Putin avantürasından əsaslı real nəticələr gözləyir. Çünki indi itirilmiş simanı qorumaq lazımdır, nəticə isə aydın deyil. Millitarist imperiya cəmiyyətinə hər hansı işğal edilmiş ərazini “böyük sərkərdə” Putinin zəfəri kimi təqdim etmək lazımdır. Əks təqdirdə, əgər Putin nəyəsə nail olduğunun real təsdiqini ortaya qoymasa, ictimaiyyətin gözündə məğlub kimi görünəcək.

Məlum olduğu kimi, əgər Akela şikarını ovlaya bilməyibsə, deməli çaqqallar onu parçalayacaq. Ona görə də Putin şikarını tuta bildiyini, nəyəsə nail olduğunu mütləq göstərməlidir və bu, çox mühüm məqamdır. İyul ayında Rusiya hakimiyyəti Qərbə təzyiq edirdi ki, Ukarynanı müvəqqəti atəşkəsə və sakitliyə razı salsın. Yoxsa, Rusiya daim döyüşlərin getdiyi bir şəraitdə necə “referendum” keçirəcək?-

Amma aydındır ki, bu, alınmadı və Qərb Ukraynaya təzyiq etmədi. Həm də ki, Ukrayna buna qətiyyən getməzdi. Elə ona görə də Rusiya hakimiyyəti hərbi yolla Ukrayna ordusunu zəbt olunan vilayətlərin sərhədlərindən kənara sıxışdırmaqla sakit referendum imitasiyası yaratmaq və ilhaqı hüquqi cəhətdən formalaşdırmaq qərarına gəlib.

Ümid edirik ki, ukraynalılar bu cür yaramaz cəhdləri darmadağın edəcəklər. Bundan başqa, Kreml Kiyevi zəbt etmək ideyasından hələ də əl çəkməyib. Ukraynanın işğalı Putinin ən qiymətli paranoidal ideyasıdır. Bütün paranoiklərdə olduğu kimi o, bundan imtina edə bilməz və axıra qədər gedəcək.

Hitler yəhudi məsələsinin birdəfəlik həll olunması ideyasını sona kimi aparmışdı. O, artıq müharibəni uduzmuşdu, müttəfiq orduları Almaniyanın sərhədlərinə dayanmışdı, Hitler isə yəhudiləri öldürməkdə davam edirdi.

Birinci mərhələdə Putin istəyir ki, heç olmasa Ukraynanın Zaporojye, Xerson, Donetsk və Luqansk vilayətlərinin işğalını sona çatdırsın. Həmçinin də Nikolayev və Xarkov vilayətlərinin işğalı da arzu edilir.

Hələ ki, Kiyevin işğalı gündəlikdən düşüb. Həm də Rusiya ordusu Belarusdan çıxarılıb və Belarus ərazisindən zərbə vurulması avantürası uğursuzluqla yekunlaşıb. 

Ancaq əgər Putin birinci mərhələni həll edə bilsə, o zaman müyyən bir vaxtdan sonra Kiyevin işğalı və Ukraynanın məhv edilməsi məsələsinin həll olunamsına qayıtmaq istəyəcək.

Deməli, Putin Ukraynada yeni ərazilər işğal etməyə cəhd göstərəcək, amma o, heç bir şey qazana bilməyəcək”. (azpolitika.info)

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Paşinyan Azərbaycana yeni xəritə təklif etdi - Video

Həbs edilən keçmiş MTN naziri azadlığa çıxdı

KİV: "Türkiyənin daxili işlər naziri istefa verib"

DSX rəisi: “Sərhədçilər əməliyyata Kəlbəcərdən başlamalı idilər, hücum istiqaməti dəyişdi”

Bakı aeroportunda faciəli şəkildə ölən şəxs baş mühasibin oğlu imiş

Vüqar Qurbanov bu xəstəxanaya baş həkim təyin netdi

Ermənistanın birinci prezidenti: “Qarabağ məsələsi həll olunub”

“Tarif Şurası elə bil Marsda yaşayır" - Nura Suri

Azərbaycanda dəhşət: Ata və ana birləşib qızlarını “kislota”lı əski ilə yandırdılar

İlham Əliyev və Mehriban Əliyeva Şuşada Yuxarı Gövhərağa məscidini ziyarət etdi - Yenilənib

Ən çox oxunanalar