Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ukraynada potensial rus məğlubiyyətinin 7 əsası – Təhlil

Keçən ayın sonlarında Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kiyevdə hökumətin devrilməsini ölkəsinin yeni hərbi məqsədi olaraq bəyan etdi. Bir neçə gün sonra isə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Ukraynanın yeni xəritəsini dərc etdi və bu xəritə Rusiya Federasiyasının tərkibində böyük ölçüdə parçalanmış kimi göstərilirdi. Lavrovun hədəf dəyişikliyi və Medvedevin coğrafiya dərsi Kreml rəhbərliyinin reallıqdan nə qədər uzaqlaşdığından xəbər verir.

Ukraynadakı döyüş meydanından gələn xəbərlər də Rusiyanın hərbi qüdrətinin yetərli olduğunu göstərmir. Əksinə, beş aydan çox davam edən müharibədən sonra “qüdrətli Rusiya Federasiyası” imicini getdikcə daha da çatladır.

Müharibədən əvvəl rus ordusu hələ də dünyanın ikinci ən güclü qüvvəsi hesab olunurdu. Lakin Ukrayna savaşı bu sahədə heç kimin ağlına belə gətirə bilməyəcəyi qorxulu bir çatışmazlıqları ortaya qoydu. 

Məlum oldu ki, Kreml bəyan etdiyi hərbi məqsədlərə çatmaqdan çox uzaqdır. Baxmayaraq ki, bir neçə gün əvvəl prezident Vladimir Putin “yeni hədəfləri” “yeni silahların” köməkliyi ilə hücumlarla hədələmişdi. Lakin fakt budur ki, Rusiyanın böyük ordusu beş ay ərzində uğurlu hücuma keçə bilməyib və bütün əlamətlər yaxın gələcəkdə də bunu edə bilməyəcəyindən xəbər verir. Artıq Rusiyanın uduzmaqda olduğunu öngörən səslərin də sayı artmaqdadır. Bunun isə yeddi əsası var.

1. Ukraynada rus ordusunun itkiləri böyükdür

Vaşinqton Ukrayna savaşında ümumilikdə 15 000 rus əsgərinin öldüyünü və 45 000 yaralının olduğunu təxmin edir. Müqayisə üçün qeyd edək ki, ABŞ 20 ildən artıq bir müddətdə Əfqanıstanda 2300 əsgər itirib, 21000 nəfər yaralanıb.

Rusiya ordusu üçün müvafiq əvəzedicilər tapmaq da demək olar ki, mümkün deyil. Ölənlər adətən uzun illər təcrübəsi olan peşəkar əsgərlər idi. Hesabatlara görə, Rusiyanın yoxsul bölgələrində, yeni əsgərlərin dərhal və zorla işə götürülməsi vəziyyətdən yeganə çıxış yolu kimi görülür. Amma müharibənin ilk aylarında həlak olanlar arasında minlərlə zabit var idi və bu boşluğu heç kim qısa müddətdə bağlaya bilməz.

İstər zirehli diviziya, istər piyada, istərsə də artilleriya baxımından Ukraynadakı Rusiya qoşunlarının təcrübəli komandirləri yoxdur. Heç kimə sirr deyil ki, bölmə itkiləri çox tələsik və təcrübəsiz kadrlarla əvəzlənərsə, ordunun döyüş qabiliyyəti və mənəvi hazırlığı daha çox əziyyət çəkir.

2. Hava üstünlüyünün olmaması

Rusiya Hərbi Hava Qüvvələri hələ də Ukraynada hava üstünlüyü əldə edə bilməyib. Bu, işğalçı müharibə üçün uğurun əsas şərtidir. Bunun baş verməsi üçün Ukraynanın hava hücumundan müdafiə sistemi əhəmiyyətli dərəcədə zəiflədilməlidir. Amma bu baş verməyib.

Üstəlik, Rusiya hava hücumundan müdafiə vasitələrinin özləri də “yamaqsız” olmadığını sübut edir. Xüsusilə, Hindistan və Türkiyənin digərləri ilə birlikdə satın aldığı ən çox təriflənən S-400 müdafiə sisteminin effektivliyi, görünür, həddindən artıq yüksək qiymətləndirilibmiş. Bunu bu yaxınlarda Ukraynanın Xerson bölgəsindəki Rusiya hərbi bazasına raket hücumu da nümayiş etdirdi. 12 zabitdən ibarət komanda məntəqəsi onları qorumalı olan S-400 sistemi ilə birlikdə məhv edildi.

Uzun mənzilli TU-160 bombardmançıları ilə bağlı da böyük sual işarəsi var. Rusiya hazırda mövcud olan ən böyük və ən sürətli səsdəniti qırıcı adlanan “Ağ qu quşu”nu niyə bu bölgədə yerləşdirməyib? Prezident Putin bundan əslində yeni eskalasiya mərhələsinə başlamaq üçün də istifadə edə bilərdi.

3. Dəqiqliyin olmaması

Bir müddət əvvəl Rusiya döyüş təyyarəsi Donbassın kiçik bir şəhəri olan Baxmutun üzərində dövrə vurdu. Daha sonra üç raket yaşayış binasına, ticarət mərkəzinə və küçəyə düşdü. Yaxınlıqdakı hərbi bazaya isə ziyan dəymədi. Ya pilotun təcrübəsi yox idi, ya da rus təyyarəsinin göyərtəsində raketləri dəqiqliklə hədəfə çatdıra biləcək silah sistemi çatışmırdı.

Rus hücumlarında çox vaxt hədəflər sanki heç bir məqsəd olmadan təsadüfi seçilir. Məsələn, bu yaxınlarda Rusiya bombaları Donbassın bir çox şəhər və kəndlərində yollarda və tarlalarda nəhəng kraterlər buraxdı. Ancaq uzaqda, hətta ən kiçik keçid məntəqəsində belə izləri görmək mümkün deyil.

Resursların bu bahalı itkisi kəşfiyyatın olmaması ilə bağlı ola bilərmi? Əlbəttə ki, yox. Rusiyanın kosmosda kifayət qədər kəşfiyyat təyyarələri və hərbi peykləri var. O, ABŞ-dan fərqli olaraq, Ukraynada baş verənləri yuxarıdan izləyə bilir. Bəli, görünən budur ki, hərbi effektivsizlik fərqli səbəblərdən qaynaqlanır.

4. “Ağıllı” silah çatışmazlığı

Ukrayna mənbələrinin məlumatlarına görə, Rusiya hazırda bu ölkəyə 3000-dən çox idarə olunan raket buraxıb. Bu, dəqiq və "ağıllı" raketlərin təxminən 60%-nin istifadə olunduğu anlamına gəlir. Buna görə də Rusiya ordusu hazırda qeyri-dəqiq, “ağılsız” mərmilərdən istifadə edir. Bir çox hallarda onların istehsal tarixi sovet dövrünə qədər gedib çıxır. Rus artilleriyası da "axmaqdır", dəqiqliyinə görə deyil, yalnız kütləsinə görə effekt verir.

Rus silahlarının hər gün 60.000-ə qədər mərmi atdığı deyilir. Halbuki, "axmaq" mərmilər yalnız ağıllı şəkildə həyata keçirilən hücum üçün məhdud sayda istifadə oluna bilər. Rus qoşunlarının son iki ayda Donbassda etdikləri kimi, onlar şəhərlərin ardınca şəhərləri dağıdaraq nəsə əldə edə bilərlər. Ancaq dəqiqlik olmadan müvəffəqiyyəti görmək həftələr çəkə bilər.

5. Çox sayda tank itirildi

Mart ayında bir neçə tank sütunu müxtəlif istiqamətlərdən Kiyevə doğru irəliləyirdi. Onlar Qərbdən gələn tank əleyhinə silahlar sayəsində tez bir zamanda dayandırıldı. ABŞ modeli “Javelin” haqqında "ateş aç və unut" silahı demək olar. Bu tank əleyhinə raket mühərrikin istiliyini izləyir, bir neçə saniyə ərzində tankın harada olacağını proqnozlaşdıran sensorlara malikdir və zirehin ən nazik olduğu yerə zərbə vurur.

Rusiya ordusunun indiyədək 1000-ə yaxın tank itirdiyi deyilir və hər gün onların sırasına daha çoxu əlavə olunur. Bu, Rusiya müharibəsinin əsas komponentini aradan qaldırır.

Tankların müasir savaş meydanında hücumun hərəkətverici elementi kimi şərti rolu köhnəlib. Buna baxmayaraq, Rusiya ordusunun rəhbərliyi hələ də alternativ ortaya qoymayıb.

6. Zəif logistika

İşğalın əvvəlindən maddi-texniki təminat Rusiya ordusunun əsas problemi olub. Əsgərlər üçün bu təminat çox vaxt uğursuzluğa uğrayıb. Texnikaların yanacaq və ehtiyat təkərləri yoxdur. Dağılmış yük maşınları və onları qorumalı olan zirehli maşınlar sadəcə unudulub. Bu gün rus hərbi strukturlarının təkmilləşdiyi hiss olunur. Lakin tədarüklər statik ordu normalarına uyğun olaraq mərkəzləşməyə davam edir.

Bu metod yalnız başqa yol qalmayanda təcili həyata keçirilən bir mexanizmdir. Bunu ukraynalıların ABŞ-ın “HİMARS” çoxsaylı raket sistemi ilə dağıtdıqları Rusiyaya aid 50-dən çox silah-sursat anbarı və komanda məntəqələri də  nümayiş etdirir. Rusiya qoşunları döyüş sursatlarını cəbhə bölgəsindəki mərkəzi anbarda saxlayır. Yalnız həmin anbarlar vurulanda onu cəbhə xəttinin 50 kilometr arxasına aparırlar. Bu da o deməkdir ki, artilleriya artıq kifayət qədər tez təchiz oluna bilməz. Cəbhə boyu mərkəzləşdirilməmiş, ukraynalıların istifadə etdiyi kiçik anbarlar Rusiya ordusunun ləng hərəkəti üçün mümkün görünmür.

Bundan əlavə, Rusiya qatarları və yük avtomobil karvanları həmişə eyni marşrutlarla hərəkət edirlər - onlara atəş açılana qədər. Xersonda rus əsgərləri dağılmış magistral körpünün düz yanında yeni ponton körpüsü tikdilər. Təbii ki, o da hər an bombalana bilər. Ancaq əmrlər əmrdir - mənalı olub-olmamasından asılı olmayaraq.

7. Qeyri-kafi koordinasiya

İndiki vaxtda müasir ordu müxtəlif bölmələrin qüsursuz qarşılıqlı əlaqəsi ilə xarakterizə olunur. Kəşfiyyat, artilleriya, piyada və hava qüvvələri bir-biri ilə əl-ələ verib keçilməz müdafiə, yaxud hücum  xətti yaradırlar. NATO sistemi buna yaxşı nümunədir. Bu nümunədə nəqliyyat vasitələri, silahlar və təyyarələr real zaman rejimində bir-biri ilə əlaqə saxlayırlar

Türkiyə bu sistemi öz ordusunda tətbiq edib. Suriya, Liviya və Dağlıq Qarabağdakı müharibələrdə Ankara bu gün necə döyüşməli olduğunu nümayiş etdirdi. Bu, dronların, helikopterlərin, döyüş təyyarələrinin və piyadaların ağıllı qarşılıqlı əlaqəsidir. Rusiya isə buna nə texniki, nə də təşkilati cəhətdən qadirdir.

Müəllif: Alfred Hackensberger (Worldcrunch)

Tərcümə ovqat.com-a aiddir

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar