Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Messi 2005-ci ildən bəri ilk dəfə "Qızıl top"a namizədlər siyahısına girməyib

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi 2005-ci ildən bəri ilk dəfə Fransanın "France Football" jurnalının təqdim etdiyi "Qızıl top" mükafatına namizəd olan 30 futbolçudan ibarət siyahıda yer almayıb

PİA.az Trend-ə istinadən bildirir ki, siyahı bu gün jurnalın rəsmi saytında dərc edilib.

Namizədlər siyahısında Kərim Benzema ("Real"), Kriştianu Ronaldu ("Mançester Yunayter"), Robert Levandovski ("Bavariya", "Barselona"), Məhəmməd Salah ("Liverpul"), Tibo Kurtua ("Real"), Rafael Leau ("Milan"), Kristofer Nkunku ("Leypsiq"), Yozua Kimmix ("Bavariya"), Trent Aleksandr-Arnold ("Liverpul"), Vinisius Junior ("Real"), Luis Diaz ("Liverpul"), Bernardo Silva ("Mançester Siti"), Kazemiro ("Real"), Riyad Mahrez ("Mançester Siti"), Son Hın Min ("Tottenhem"), Fabinyo ("Liverpul"), Sadio Mane ("Liverpul", "Bavariya"), Fil Foden ("Mançester Siti"), Harri Keyn ("Tottenhem"), Darvin Nunes ("Benfika", "Liverpul"), Mayk Menyan ("Milan"), Luka Modriç ("Real"), Antonio Rudiger ("Çelsi", "Real"), Kevin De Brüyne ("Mançester Siti"), Sebastien Alle ("Ayaks", "Borussiya"), Erlinq Haaland ("Borussiya", "Mançester Siti"), Kilian Mbappe (PSJ), Vircil van Dayk ("Liverpul"), Joao Kanselu ("Mançester Siti") və Duşan Vlahoviç ("Fiorentina", "Yuventus") yer alıblar.

Dünyanın ən yaxşı qapıçısına verilən Lev Yaşin mükafatına namizədlərin siyahısı da açıqlanıb: Alisson ("Liverpul"), Kurtua ("Real"), Ederson ("Mançester Siti"), Manuel Noyer ("Bavariya"), Yasin Bono ("Sevilya"), Eduard Mendi ("Çelsi"), Mayk Menyan ("Milan"), Yan Oblak ("Atletiko"), Kevin Trapp ("Ayntraxt") və Uqo Lloris ("Tottenhem").

Mükafatların təqdimetmə mərasimi oktyabrın 17-də Parisdə baş tutacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

Azərbaycanda 42 yaşlı prokuror qəfil vəfat etdi

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Ən çox oxunanalar