Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ramil Quliyev: "Nə vaxtsa Azərbaycana qayıda bilərəm"

Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında 4X100 metr məsafəyə estafet qaçışında qızıl medal qazanan Türkiyə yığmasının Azərbaycan əsilli atleti Ramil Quliyevin "Report"a eksklüziv müsahibəsi

- Bakıdakı yarışdan sonra növbəti dəfə İslamiadada qalib oldunuz. Hansı hissləri keçirirsiniz?
- Yarış həyəcanlı və yaxşı keçdi. Komandamız estaferdə birinci oldu. Türkiyədəki İslamiadada da qızıl medal qazandığımız üçün xoşbəxtik.

- Sonda hər şey sizdən asılı idi...
- Estafet yarışlarında hər zaman axırıncı qaçıram. Yarışda son nöqtəni mən qoyuram.

- 200 metr məsafəyə qaçışda gümüş medala sahib çıxdınız. Qızıl medal qazana bilməməyinizin əsas səbəbi nədir?
- Bizim üçün əsas yarış bir həftə sonra Almaniyanın Münhen şəhərində keçiriləcək Avropa çempionatıdır. Bütün proqramımızı buna görə qurmuşuq. Bu gün artıq səfərə yollanacağıq. İnanıram ki, orada yaxşı nəticə əldə edəcəyik.

- Azərbaycan atletlərinin İslamiadadakı çıxışını necə dəyərləndirirsiniz?
- Onları tanıyıram. Hər yarışda görüşürük. Medal qazanan idmançıları təbrik edirəm.

- Estafet yarışının sonunda sizi Azərbaycan bayrağı ilə gördük. Bu öncədən planlaşdırılmışdı, yoxsa bayrağı sizə kimsə verdi?
- Mən imkan olanda özümlə Azərbaycan bayrağı da götürürəm. Dünya çempionatında da bayraq çıxarmışdım. Burada isə mənə bayrağı yarışı izləyən azərbaycanlılar atdılar. Bəzən özüm bayraq gətirirəm, amma məşqçi başqa yerdə olduğu üçün verə bilmir. İmkan olanda iki bayrağı da çıxarır və şəkil çəkdirirəm.

- Burada mükafatlandırma mərasiminə bayraqla çıxmaq fikriniz var idi?
- Bəli. Komanda ilə şəkil çəkdirəndə də bayrağı çıxartdım.

- Həyat yoldaşınız Yekaterina Quliyevlə birlikdə üst-üstə 5 medal qazandınız...
- İslamiadaya yaxşı hazırlaşmışdıq. İdmançıyıq, əlimizdən gələn hər şeyi edirik. Bunun üçün buradayıq.

- Gələcək planlarınıza nələr daxildir?
- Qarşıda bizi Avropa çempionatı gözləyir. Ondan sonra 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlaşacağıq. Ümid edirəm ki, olimpiadadan medalla dönəcəyik.

- İyulda keçirilmiş dünya çempionatında nəyə görə iştirak etmədiniz?
- Mundial ABŞ-da keçirilirdi. Uzaq idi və yarışların proqramına uyğun gəlmirdi. Bu səbəbdən, Avropa çempionatına üstünlük verdik.

-Hansısa formada və ya məşqçi kimi Azərbaycana qayıtmaq ehtimalınız varmı?
- Bəlkə nə vaxtsa qayıda bilərəm. Hər şey ola bilər. Paris-2024-dək aktiv idmanla məşğul olacağam. Ondan sonra gedişata baxacağıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məhkum ana həbsxanadakı ən çarəsiz gecəsindən danışdı: “Qandalı açıb polisə verdim ki...” - Video

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - Yenilənib

“Toyota Prius”ların qiymətindəki ucuzlaşma nə qədər davam edəcək?

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Baha satılan və ucuz alınan brilyantla bağlı araşdırma - Video

Dörd kəndin qaytarılması Qazaxda sevinclə qarşılanıb

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ən çox oxunanalar