Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ANAMA FHN və Daxili Qoşunların müdavimlərinə təlimlər keçir

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Fövqəladə Hallar Nazirliyinin və Daxili Qoşunların yeni müdavimlərinə “Humanitar minatəmizləmə” və “Döyüş sahəsinin təmizlənməsi” üzrə təlimlər həyata keçirilir.

ANAMA-dan PİA.az-a verilən məlumata görə, təlimlər çərçivəsində humanitar minatəmizləmə əməliyyatlarında tətbiq edilən minaaxtarma cihazları və əl alətlərindən istifadə qaydaları, mina və partlamamış hərbi sursatların aşkarlanması, sahənin işarələnməsi, eləcə də döyüş ərazisinin təmizlənməsi metodologiyasının tətbiqi, ərazinin yerüstü və cihazla yeraltı axtarılması və texniki təhlükəsizlik qaydalarına dair biliklər aşılanır.

Sahədə baş verə biləcək bədbəxt hadisə zamanı zəruri ilk tibbi yardım vərdişlərinin formalaşdırılması məqsədilə sonda müdavimlərə “İlk tibbi yardım” təlimləri keçirilir.

Kursları bitirib, imtahanlardan müvəffəqiyyətlə keçən müdavimlər aidiyyəti üzrə xidməti vəzifələrinin yerinə yetirilməsində, eləcə də Qarabağ bölgəsində intensiv şəkildə icra edilən minatəmizləmə əməliyyatlarında öz töhfələrini verəcək.

Agentliyin Göygöl Regional Mərkəzində təşkil edilən, nəzəri və praktiki dərsləri əhatə etməklə 5 həftədən ibarət təlimlərdə hər bir qurumdan 30 nəfər olmaqla, ümumilikdə 60 nəfər müdavim iştirak edir.

Qeyd olunub ki, işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunmuş qurumların əməkdaşlarına mütəmadi şəkildə keçirilən təlim proqramları kadr potensialının artırılması, eləcə də yeni əməliyyat qruplarının yaradılması genişmiqyaslı minatəmizləmə fəaliyyəti istiqamətində qarşıya qoyulan vacib addımlardan biridir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar