Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

FHN yanında İctimai Şuranın üzvü: "Həmişə belə şeylər olub, gələcəkdə də olacaq..."

Fövqəladə Hallar Nazirliyi yanında İctimai Şuranın üzvü, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Nazirliyin əməkdaşlarının görüntülərinin yayılmasına münasibət bildirib.

E.Həsənli Pravda.az-a açıqlamasında deyib ki, bu, çox pis hadisədir: “Milli mentalitetimizlə bir araya sığmayan, zabit şərəfinə yaraşmayan hadisədir. Əxlaq qaydalarına, nizamnaməyə və qanuna zidd hərəkətdir. Amma bu məsələdən istifadə edib, bütün zabitlərin, Silahlı Qüvvələrin üzərinə gəlmək doğru deyil. Bəzi adamlar “iş yerlərinin hamısında bu kimi hallar olur” deyə fikirlər yazırlar. Hərə öz ağlına, əxlaqına uyğun fikirlər yazır. Tarix boyu, insan mövcud olandan bu günə qədər, ibtidai icma, quldarlıq, feodalizm, sosializm, kapitalizm quruluşu, fərqi yoxdur, həmişə belə şeylər olub, gələcəkdə də olacaq. Bu, quruluşdan, sistemdən asılı deyil. Bunun nə Azərbaycana, nə başqa ölkəyə, hansısa dini idarəetməyə aidiyyəti yoxdur”.

Emin Həsənli qeyd edib ki, yayılan görüntüləri əsas götürərək nazirliyi, dövlət qurumunu, hərbi qulluqçuları hədəf almaq düzgün deyil: “Bu məsələdə həssas olmalıyıq. İnsanların anaları, bacıları, həyat yoldaşları, övladları o qurumlarda işləyirlər. Belə bir məsələni gündəm mövzusuna çevirmək doğru yanaşma deyil. Hazırda gündəm Laçındır. Torpaqlarımız azad olunur, xoş xəbərlərimiz var. Əlbəttə, bu məsələnin üzərinə bir cəmiyyət olaraq getməli, tənqid etməliyik ki, gələcəkdə digərləri belə addımlar atmasın. Amma bunu kimlərsə siyasi maraqlar, qrup məqsədləri üçün istifadə edir, görülən işlərə kölgə salıb, hansısa yüksək rütbəli məmurları hədəf alırlar. Belə olmaz. Bu, hər yerdə baş verə bilər. Hansısa qurum, nazirlik, qəzetin redaksiyası və s. bundan sığortalanmayıb. Amma bu, qınanmalıdır. Zabit cəzasını almalıdır. Qanunla, nizamnamə ilə cəza verilməlidir. Gələcəkdə dövlət qurumları daha çox şəxsi heyət arasında mənəvi, psixoloji iş aparmalıdır. Bu məsələlərə önəm verilməlidir. Lakin qurşaqdan aşağı mövzularla məmurların üzərilərinə getmək doğru olmaz”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Ən çox oxunanalar