Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan və Misir turizm əlaqələrinin inkişafını müzakirə edib

Turizm əlaqələrinin inkişaf perspektivləri, həyata keçirilən strategiyalar, həmçinin bu istiqamətdə hər iki ölkənin mövcud təcrübələri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə Misirin Azərbaycandakı səfiri Hişam Mohamed Nağı Abdel Həmid arasında müzakirə edilib.

"Report" bu barədə Agentliyə istinadən xəbər verir.

Məlumata görə, görüşdə F.Nağıyev son dövrlərdə ölkəmizdə turizm sahəsinə dövlət tərəfindən diqqət göstərildiyini vurğulayaraq işğaldan azad edilən ərazilərin turizm potensialı, həmçinin tarixi-mədəni irsə malik turizm əhəmiyyətli yerlərdə aparılan yenidənqurma və bərpa işləri haqqında məlumat verib. O, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın artırılmasının iki ölkə arasında turizm əlaqələrinin inkişafına töhfə verəcəyini diqqətə çatdırıb.

Səfir isə Azərbaycanın zəngin turizm potensialına, həmçinin misirli turistlərə təklif edilə biləcək çeşidli turizm məhsullarına və multikultural dəyərlərə malik olduğunu, Misirdə Azərbaycan haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib. O, Bakıdan Şarm əl-Şeyxə uçuşlarla yanaşı, Bakı-Qahirə-Bakı birbaşa aviareyslərin açılmasının turizm səfərlərinin sayının artmasına təsir edə biləcəyini bildirib.

Görüşdə birgə fəaliyyət planı hazırlanması, turizm sahəsində təcrübə mübadiləsi, turizm sənayesi nümayəndələri arasında tərəfdaşlıq əlaqələrinin gücləndirilməsi və qarşılıqlı təbliğatın artırılması istiqamətində fikir mübadiləsi aparılıb.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Tarixdə ilk: Təhlükəli xəstəliyin müalicəsi tapıldı    

Naxçıvan MR-in baş naziri işdən azad olundu - Yeni təyinat

Ağdam Cümə məscidinin bərpadan sonra açılışı olub - Yenilənib, Foto

Ramiz Mehdiyevə müraciət edən alimlərin işi – Cinayət dosyesi

Şoyqu həbs edilən müavinini vəzifəsindən uzaqlaşdırıb

Ən çox oxunanalar