Cümə axşamı, 29 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

"Viktoriya"nın sabiq baş məşqçisi: "Qarabağ" çox keyfiyyətli rəqibdir"

"Qarabağ" çox keyfiyyətli rəqibdir".

"Report"un məlumatına görə, bunu "Viktoriya" (Plzen) komandasının sabiq baş məşqçisi Roman Pivarnik Çexiya təmsilçisinin "köhlən atlar"a qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan əvvəl "İsport"a açıqlamasında deyib.

2016/2017 mövsümündə ölkə çempionunun sükanı arxasında olan 55 yaşlı mütəxəssis "Qarabağ"ı mübarizədən kənarlaşdırdıqları III təsnifat mərhələsinin oyunlarını xatırlayıb: "Bu, çox gözəl xatirələrdir. Çünki səfər oyunundan sonra mərhələ adlamışdıq. Rəqib burada yetəri qədər qiymətləndirilmirdi. Amma çox keyfiyyətli, yüksək büdcəli və əla oyunçuları olan komanda idi".

Pivarnik Plzendəki ilk görüşdə hesabın açılmadığını söyləyib: "Həmin vaxt Yan Baranek meydandan qovulmuşdu və görüşü 10 nəfərlə başa vurduq. Bakıda 1:1 hesablı heç-heçə qeydə alındı və səfər qolu sayəsində mərhələ adladıq".

Qeyd edək ki, bu gün keçiriləcək "Qarabağ" – "Viktoriya" matçı saat 20:45-də başlayacaq. Cavab görüşü avqustun 23-də Plzendə olacaq.

pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Neftçalada şəhid dəfnində İran təxribatı - Video

8 milyonluq mənimsəmə - Müdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi

Alqış Həsənoğludan Prezidentə qarşı təxribat - Foto

Daha 100-ə yaxın işçi Gömrükdən uzaqlaşdırıldı – Yeni rəis “təmizləməni” davam etdirir

Hərbi rütbəli şəxslərin pensiyası ilə bağlı qaydaya dəyişiklik edilir

Şəhid Səbuhi Əhmədovun qardaşı nazirliyin verdiyi mənzildən imtina etdi

“Tərtər işi” bir generalın üzərinə “yüklənir”

"Nazirlik düz deyir" - Deputat şəhidin qardaşına ev verilməsindən danışdı

Yol qəzasında həlak olan tələbə məmur oğlu imiş - Foto

Ən çox oxunanalar