Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Azərbaycan Avrasiyanın enerji xəritəsini müəyyənləşdirir

Düzgün qurulmuş enerji stratiyası və uğurlu əməkdaşlıq siyasəti ölkəmizə uğurlar qazandıracaq...

Elşad Mirbəşiroğlu
Millət vəkili

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin i2 sentyabr tarixində İtaliyanın Çernobbio şəhərində keçirilmiş 48-ci Beynəlxalq Çernobbio Forumunda “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxışı zamanı olduqca vacib məqamlara toxundu. Hər şeydən öncə Azərbaycanla İtaliya arasında əməkdaşlıq, xüsusilə də enerji sahəsində əməkdaşlıq səviyyəsinə toxunaraq onu yüksək qiymətləndirən Azərbaycan Prezidenti İtaliyanın Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu bildirdi. Nəzərə almaq lazımdır ki, Azərbaycanla İtaliya arasında 2020-ci ildə strateji tərəfdaşlıq haqqında sənəd imzalanmışdır. Təbii ki, bu məqam hər şeydən öncə iki dövlət arasındakı münasibətlərin səmimiliyinə və davamlı inkişafına dəlalət edir. Azərbaycan-İtaliya əməkdaşlığının sərhədləri kifayət qədər genişdir.

Bu mənada təhsil sahəsini sayrıca qeyd etmək lazımdır. Azərbaycan ali məktəbləri ilə İtaliyanın nüfuzlu ali məktəbləri arasında əməkdaşlıq münasibətlərin qurularaq, genişləndirilməkdədir. Məsələn, ADA Universiteti ilə İtaliyanın beş ən nüfuzlu ali məktəbi arasında əməkdaşlıq haqqında sazişlər imzalanmışdır. Azərbaycanla İtaliya arasında əməkdaşlığın ən geniş və səmərəli sahəsini enerji sektoru təşkil etməkdədir. Həmçinin, İtaliya üzərindən ümumilikdə Avropanın enerji bazarında daha iştirakçılığın təmin olunması imkanları daim genişlənməkdədir. İtaliyanın neftə olan təlabatı əsasən Azərbaycan tərəfindən qarşılanmaqdadır. Azərbaycan Prezidenti ümumiyyətlə ölkəmizin enerji siyasətinə daha yaxından toxunaraq, Avrasiyanın enerji xəritəsinin formalaşmasında onun rolundan bəhs etdi. Azərbaycanın təşəbbüsləri və birbaşa iştirakçılığı ilə həyata keçirilən eneji layihələri dünya enerji bazarında sabitliyin təmin olunmasında təsirli rol oynamaqdadır.

Bundan sonrakı mərhələdə də enerji ixracı xətlərinin şaxələndirilməsi Azərbaycanın eneji strategiyasının başlıca prinsiplərindən birini təşkil etməkdədir. Xüsusilə də təbii qaz ixracının şaxələndirilməsi üçün Azərbaycanın böyük ehtiyatları mövcuddur. Ölkə Prezidenti cənab İlham Əliyevin bildirdiyinə görə Azərbaycanın təsdiq olunmuş ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir. Azərbaycan malik olduğu böyük qaz təchizatı boru kəmərləri vasitəsilə artıq 10 ildən çoxdur ki, enerji bazarında etibarlı təchizatçı kimi çıxış etməkdədir. Azərbaycan qazına olan təlabatın davamlı olaraq artdığına diqqəti çəkən ölkə Prezidenti xüsusilə Aİ ilə sözü gedən sahədə əməkdaşlığın perspektivlərini qiymətləndirib.
Avropaya bir il yarım ərzində nəql edilən 13,5 milyard kubmetr qazın 11,7 milyard kubmetrinin məhz İtaliyanın payına düşdüyünü vurğuladı. Təbii qaz amilinin hazırkı reallıqlar çərçivəsində Avropa enerji bazarı üçün əhəmiyyətinin daha artdığını deyən Prezident, Avropa İttifaqı ilə Azərbaycan arasında enerji sahəsində strateji tərəfdaşlığa dair Anlaşma Memorandumunun imzalanmasını enerji resurslarımızın daha da inkişaf etdirilməsi istiqamətində atılmış təsirli addım kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti cənab İlham Əliyev bərpaolunan enerji sahəsinin inkişaf etdirilməsinin ölkəmiz üçün prioritet məqsədlərdən olduğunu bildirərək, bunu mənəvi öhtəlik adlandırıb. Bu istiqamətdə də Azərbaycanın böyük potensiala malik olduğu səsləndirilib. Vətən müharibəsi nəticəsində Ermənistanın işğaldan azad edilmiş ərazilərində-külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bütün bunlar Azərbaycanın dünya bazarında enerji əməkdaşlığı imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Düzgün qurulmuş enerji stratiyası və uğurlu əməkdaşlıq siyasəti ölkəmizə uğurlar qazandıracaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Paşinyan: "Bakı və İrəvan sərhədlərin delimitasiyası üzrə əməli prosesə başlayıblar"

Ən çox oxunanalar