Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dövlət rəhbərliyi bilən kimi həmin video ilə bağlı tapşırıq verdi”

“Şəhid Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədovun videosunun yayılmasına dair məsələ ölkə rəhbərliyinin diqqətindədir”...

PİA.az xəbər verir ki, bunu “Baku TV”nin efirində qonaq olan tanınmış Qarabağ qazisi Rey Kərimoğlu bildirib.

R.Kərimoğlu vurğulayıb ki, onda olan məlumata görə, dövlətin birinci, ikinci, üçüncü – çox yüksəkrütbəli şəxslərinin bundan xəbəri olmayıb: “Mənə verilən məlumata görə, dövlət rəhbərliyi, ölkənin siyasi hakimiyyəti bilən kimi dərhal qərar qəbul edib ki, o məsələ təcili şəkildə araşdırılsın və günahkarlar cəzalandırılsın. Şəhidin qardaşını hara çağırıblar? Bu, Müdafiə Nazirliyidir? Kimdir bunlar? Bu həssas bir dönəmdə dövlətə çox böyük bir xəyanət idi. Bu, bir sabotajdır. Şəhidə, qaziyə qarşı hörmətsizlikdir. Məqsədyönlüdür”.

Rey Kərimoğlu qeyd edib ki, Qazilər Birliyi baş verənləri pisləyir: “Dövlətimizə güvənirik. Müvafiq orqanlardan bizə məlumat verilib ki, ölkə rəhbərliyi bununla bağlı sərt tədbir görülməsi tapşırığını verib. Siz cənab Prezidentin reaksiyasını görəcəksiniz, onu edənlər cəzalanacaq”.

Qeyd edək ki, sentyabrın 15-i axşam saatlarında Ermənistanın təxribatı nəticəsində şəhid olan Səbuhi Əhmədovun qardaşı Sənan Əhmədov qardaşından “Komando”ya qəbul edilmək üçün 6 min manat rüşvət tələb olunması məsələsiylə bağlı iddia irəli sürüb. Daha sonra isə bunu təkzib edən ikinci videosu yayılıb.

Artıq məsələ ilə bağlı araşdırmalara başlanılıb. Baş ProkurorluqMüdafiə Nazirliyi açıqlama yayıb.

pia.az




Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir?

Niyazi Bayramovun 53 milyonluq idman sarayı - Hara gedir bu milyonlar?..

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

““Xalq düşməni" elan olunduqdan bəri belə görüşüm olmamışdı” - Əkrəm Əylisli

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik

Vətəndaş çarəsizliyi və Vüqar Zeynalovun binasının çözülməz dərdləri...

Əhədpuru yenə məhkəməyə verdilər – Təfərrüat

Rusiyada səfərbərlikdən yayınmaq üçün qeyri-adi mübarizə üsulu - Video

Ermənistan mətbuatı: Paşinyan sülh müqaviləsinin mətni ilə Praqaya gedir

Ən çox oxunanalar