Cümə, 30 Sentyabr 2022
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Artıq Cənubi Qafqaza gələn Qərb və Rusiya qarşıdurması... - Müsahibə

Pelosininin səfəri sülh prosesinə necə təsir edəcək...

Siyasi-şərhçi: “Nə qədər Azərbaycan və Gürcüstan çalışsalar da, Qərb-Rusiya arasında rəqabət artıq asta-asta Cənubi Qafqazda münaqişə səviyyəsinə çatır”.

Rusiyanın getdikcə zəifləməsi, Qərbin fəallaşması və Rusiyanın əsas hərbi-siyasi müttəfiqi olan Ermənistanın xarici siyasət prioritetlərinə yenidən baxması Moskvanın Cənubi Qafqazdakı mövqelərini zəiflətdi”.

Xəbər verdiyimiz kimk ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin başçılıq etdiyi nümayəndə heyəti Ermənistanda səfərdədir. Səfəri zamanı Pelosinin Azərbaycan əleyhinə bir neçə fikirlər səsləndirməsi diqqət çəkdi. Azərbaycan Xarici İşlər Nazirliyi isə Nensi Pelosinin “bölgədəki vəziyyəti təhrif edən açıqlaması”ndan ciddi təəssüfünü bildirib, Azərbaycana qarşı əsasız və ədalətsiz ittihamları “qəbuledilməz” adlandırdı.

Sentyabrın 18-də axşam da ABŞ Dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Dövlət Departamentinin yaydığı məlumata görə, Blinken Ermənistanla Azərbaycan arasında son əməliyyatların dayandırılmasını alqışlayıb.

Böyük güclərin Cənubi Qafqazda başlatdığı mübarizəni PİA.az-ın əməkdaşı siyasi-şərhçi Fərhad Məmmədov ilə müzakirə edib.

Fərhad Məmmədov: “Rusiyanın mövcudiyyətində yox, mövqelərində zəifləmə baş verəcək”.

PİA.az siyasi-şərhçi Fərhad Məmmədov ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

- Fərhad bəy, artıq demək olar ki, Cənubi Qafqaz Qərb və Rusiya arasında geosiyasi qarşıdurmanın mərkəzlərindən birinə çevrilir. Eyni zamanda regionda Türkiyə və İran faktoru da var. Bu durumda bölgədə qarşıdurmalara və yeni müharibələrə nə qədər ehtimal verirsiniz?

- Nə qədər Azərbaycan və Gürcüstan çalışsalar da, Qərb-Rusiya arasında rəqabət artıq asta-asta Cənubi Qafqazda münaqişə səviyyəsinə çatır. Bunda da Ermənistanın rolu açıq görünür və bu qarşıdurmanı bölgəyə gətirən də məhz Yeravandır. Çünki həm 44 günlük müharibədən sonra, həm Ukraynada başlayan müharibədən sonra Gürcüstan və Azərbaycan xarici siyasət prioritetlərində dəyişikliklər etmədilər. Lakin Ermənistanda xarici siyasət prioritetlərinə yenidən baxılması artıq öz işartılarını nümayiş etdirir.

Burada Ermənistanın məqsədləri də vacibdir. Ermənistan 44 günlük müharibədən sonra formalaşmış danışıq formatlarından çıxmaq niyyətindədir. Yerevan bu formatların gündəliyini sıfırlamaq niyyətindədir və bu istiqamətdə də öz fəaliyyətini qurub.

Fərhad Məmmədov: “Ermənistan 44 günlük müharibədən sonra formalaşmış danışıq formatlarından çıxmaq niyyətindədir”.

Lakin burada bir maraqlı məqam var. Qərbin mövqeyi də fraqmentləşib. Yəni ABŞ-la Avropa Birliyinin baxış bucağı o qədər də üst-üstə düşmür. Çünki Avropa Birliyinin keçən ilin dekabr ayından başlayan vasitəçiliyi Azərbaycanın gündəliyi ilə üst-üstə düşürdü. Ən azı ona görə ki, Avropa Birliyinin sədri Şarl Mişelin bəyanatlarında nə status məsələsi, nə də Minsk Qrupu məsələsi var idi. ABŞ-ın gündəliyində isə qeyri-müəyyənlik var. ABŞ 44 günlük müharibədən öncəki gündəliklə regiona yenidən daxil olub, öz mövqelərini bərpa etmək istiqamətində addımlar atır.

- Daha əvvəl Azərbaycan və Gürcüstan xarici siyasətdə öz seçimlərini etmişdilər və hazırda Ermənistan da öz seçimini etməkdədir. Bu seçimlə isə Qərb Ermənistanın vasitəsilə Cənubi Qafqaza daxil olmağa cəhd edir. Nensi Pelosinin səfərini bu fonda necə dəyərləndiririrsiniz? Sizcə Pelosinin Yeravana səfəri və orda verdiyi açıqlamalar Azərbaycan-Ermənistan münasibətlərinə hansı səviyyədə ziyan vurdu?

- Düşünürəm ki, yenə Azərbaycanın üzərinə böyük bir iş düşür:

1. Ümumi Qərb mövqeyində tarazlıq formalaşdırılmalıdır. Yəni Avropa Birliyi ilə ABŞ Cənubi Qafqaz ölkələri arasında tarazlıq yaratmalıdır;

2. Ümumi Qərbin, yəni ABŞ və müttəfiqlərinin bölgədə maraq toqquşmasının münaqişəyə gətirib çıxarılmamasıdır;

3. Eyni zamanda Azərbaycan öz məsələlərini gündəlikdə saxlayaraq onların həllinə çatmalıdır.

Bu da olduqca çətin bir məsələdir. Düşünürəm ki, Azərbaycanda daxili konsolidasiya olmalıdır ki, ölkənin xarici siyasəti daha möhkəm olsun və bu çağırışı qət edə bilsin.

Peolosinin səfəri öz-özlüyündə daha çox ABŞ-ın daxili auditoriyasına hesablandığı üçün Azərbaycan çalışmalıdır ki, bu səfərin ab-havası bölgədə gedən proseslərə ciddi təsir etməsin və fraqmental olsun. Blinkenin də dünən Bakıya zəng etməsi rəsmi Vaşinqtonun xoş niyyətindən xəbər verir və bu da diqqətə alınmalıdır.

Fərhad Məmmədov: “Azərbaycan elə etməlidir ki, ABŞ və müttəfiqlərinin bölgədə maraq toqquşması münaqişəyə gətirib çxımasın”.

- Bundan sonra regionda Rusiyanın atacağı addımlar hansı yöndə ola bilər?

- Rusiya 44 günlük müharibədən sonra Qərbi bu bölgədə zəiflədərək Türkiyə ilə ön sırada idi. Yəni mən region ölkələrini deyil, regiondan kənar ölkələri nəzərdə tuturam. Ukraynada müharibə başlayandan sonra da Cənubi Qafqaz regionu Rusiyanın əsas gözləntisinə cavab verdi. Yəni ikinci cəbhə açılaraq Cənubi Qafqaz ərazisi Rusiyaya qarşı istifadə edilmədi. Əksinə olaraq Cənubi Qafqaz Rusiyanın ehtiyac duyduğu nəqliyyat logistika dəhlizinin rolunu oynamağa hazır olduğunu bildirdi. Bu həm Azərbaycana, həm də nə qədər paradoksal görünsə də Gürcüstana da aiddir.

Lakin Rusiyanın getdikcə zəifləməsi, Qərbin fəallaşması və Rusiyanın əsas hərbi-siyasi müttəfiqi olan Ermənistanın xarici siyasət prioritetlərinə yenidən baxması, Moskvanən Cənubi Qafqazda mövqelərini zəiflətdi. Ermənistan bundan irəli gələrək də addımlarını ölçməlidir. Əgər 44 günlük müharibədən sonra Laçın dəhlizində onun prespektivli var idisə və gözlənilirdi ki, Zəngəzur dəhlizində də həmin eksklüzivlik olacaq.

Düşünürəm ki, yaxın müddətdə Rusiyanın mövcudiyyəti bu dəhlizlərdə qorunub saxlanılacaq. Amma Rusiyanın rolu aşağı düşəcək. Buna görə də AzərbaycanErmənistan məcbur olacaq Laçın dəhlizinə girişə və çıxışa nəzarət etsin. Bir daha qeyd edim ki, Rusiyanın mövcudiyyətində yox, mövqelərində zəifləmə baş verəcək.

- Qərb və Rusiya qarşıdurması Azərbaycanın bölgədə yürütdüyü siyasətə hansı dərəcədə təsir edə bilər və ABŞ-dan dəstək alan Ermənistan üçün hazırkı vəziyyətdə nələr dəyişə bilər?

- Əfsuslar olsun ki, Ermənistan öz mövqelərini regionda möhkəmləndirmək, subyektivliyini artırmaq üçün Azərbaycan və Türkiyə ilə mövqelərinin yaxınlaşdırılması əvəzinə kənar qüvvələrə etibar edir, seçim edir. Belə olan halda Rusiya ilə ənənəvi hərbi-siyasi müttəfiqliyə kölgə gətirərək ABŞ-la yaxınlaşması Ermənistan üçün çox baha-başa gələ bilər. Çünki Azərbaycan əvvəldən hər hansı bir hərbi-siyasi blokda deyildi. Eyni zamanda Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra öz xarici siyasətində hər hansısa bir məhdudiyyətə yol vermədi.

Fərhad Məmmədov: “Rusiya ilə ənənəvi hərbi-siyasi müttəfiqliyə kölgə gətirərək ABŞ-la yaxınlaşması Ermənistan üçün çox baha-başa gələ bilər”.

Ermənistan isə Birinci Qarabağ müharibəsindən sonra Rusiyanın rəhbərliyi ilə hərbi-siyasi bloka üzv olaraq öz xarici siyasətində məhdudiyyətlər tətbiq etdi. İndi isə Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Rusiyaya inamsızlıq nümayiş etdirərək yenə də öz coğrafi yerləşməsinə zidd addımlar ataraq, çox uzaqdan olan bir dövlətlə, yəni ABŞ-la Rusiyanın mövqeləri hesabına münasibətlərini formalaşdırmaq istəyir. Bu da əsas amildir.

Belə olan halda da Rusiyanın reaksiyası çox kəskin olmalıdır. Moskva hələ ki, gözləmə mövqeyindədir. Çünki Rusiyanın resursları azalıb. Lakin Ermənistanın belə addım atması, öncəliklə Azərbaycanla Türkiyə ilə olan məsələlərin həllinin gecikməsinə gətirib çıxarır. Həmçinin Ermənistanın bu addımı bir neçə öncə yaşadığımız təxribatarlın təkrarlanmasına da gətirib çıxara bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General-mayor Bəkir Orucov "Tərtər işi" üzrə təqsirli bilinərək həbs olunub - Yenilənib

Deputat məktəblər haqqında: “Özbaşınalıq, hərc-mərclik, rüşvət tüğyan edir...”

Populyar xəbərlər

Mincivan dəmir yolunda baş verən oğurluqlar və şərlənərək təhqir və təhdid olunan müharibə iştirakçısı...

Tender bazarının yeni ulduzu Talıblı Lamiyə kimdir?

Niyazi Bayramovun 53 milyonluq idman sarayı - Hara gedir bu milyonlar?..

Konfet adıyla şagirdlərə narkotik paylayırmış - Bakı məktəbində dəhşət

““Xalq düşməni" elan olunduqdan bəri belə görüşüm olmamışdı” - Əkrəm Əylisli

Rusiyadakı Azərbaycan şəhərində məcburi səfərbərlik

Vətəndaş çarəsizliyi və Vüqar Zeynalovun binasının çözülməz dərdləri...

Əhədpuru yenə məhkəməyə verdilər – Təfərrüat

Rusiyada səfərbərlikdən yayınmaq üçün qeyri-adi mübarizə üsulu - Video

Ermənistan mətbuatı: Paşinyan sülh müqaviləsinin mətni ilə Praqaya gedir

"Yüz milyonlar ödədik, amma bizə silah vermirlər" - Paşinyan

Ən çox oxunanalar