Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan asanlıqla Rusiyanın nəzarətindən çıxa bilərmi?

Ermənistanda ölkənin KTMT-dən çıxması tələbilə mitinqlər keçirilir...

Politoloq: “Ermənistan rəsmilərinin İrəvanın KTMT-dən çıxması ilə bağlı səsləndirdikləri indiki halda ermənilərin Rusiyaya xəbərdarlığı kimi qiymətləndirilə bilər”.

Ermənistan müxalifəti bilavasitə Kremlin nəzarətindədir. Belə bir şərtlərdə KTMT-dən çıxmaq barədə bəyanatlar yalnız narazılığın ifadəsi kimi qəbul edilə bilər”.

Bu sözləri politoloq Zaur İbrahimli Ermənistanın Rusiyanın nəzarətindən çıxmağa çalışmasını PİA.az-a şərh edərkən qeyd edib.

Bilirik ki, son döyüşlərdən sonra Rusiyadan və KTMT- dən dəstək ala bilməyən Ermənistan Rusiyanın nəzarətindən çıxmağa çalışır və bunu Ermənistan rəsmiləri də artıq dilə gətirməyə başlayıblar. Eyni zamanda ermənilər ölkənin KTMT-dən çıxması tələbilə etiraz aksiyası keçirirlər.

Etirazçıların əllərində ABŞ bayraqlarının dalğalanması diqqətdən yayınmayıb. Belə ki, mitinq ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ölkəyə səfəri fonunda təşkil olunub.

Qeyd edək ki, spikerin özü Ermənistanın KTMT-dən çıxması məsələsini şərh etməsə də, bunun ölkə və ABŞ üçün daha məqbul hal olduğuna eyham vurub.

Ermənistan buna asanlıqla nail ola bilərmi və Yeravan buna görə hansı səviyyədə hesab ödəyə bilər. Digər tərəfdən Ermənistanın Qərb açılımı Azərbaycan üçün hansı səviyyədə təhlükəlidir?

Ermənistanın dəyişən xarici siyasətini PİA.az-ın əməkdaşı politoloq Zaur İbrahimli ilə müzakirə edib.

Zaur İbrahimli: “Ermənilər üçün KTMT-dən, Rusiyadan uzaqlaşmaq yaxın perespektiv üçün real görünmür və bu heç də asan məsələ deyil. Çünki Ermənistan iqtisadiyyatında da, siyasətində də və müdafiə sistemində də Rusiyadan asılıq böyükdür”.

Ermənistanın daha yaxşı şərtlər təklif edən Qərb ölkələri ilə ilk imkan düşən kimi anlaşma hazır olduğunu düşünən politoloq PİA.az-a bildirib ki, Ermənistan siyasi rəhbərliyi indiki halda isə Kremli şantaj etməyə cəhd göstərir:

Ermənistan rəsmilərinin İrəvanın KTMT-dən çıxması ilə bağlı səsləndirdikləri indiki halda ermənilərin Rusiyaya xəbərdarlığı kimi qiymətləndirilə bilər. Rusiyanın Ermənistanda 102 saylı hərbi bazası var, eyni zamanda ölkənin İran, Türkiyə ilə sərhəddi, hava limanları Rusiya sərhədçiləri tərəfindən mühafizə edilir, iri sənaye müəssisələri, dəmiryolları, rabitə, enerjipaylayıcı şəbəkələr rusların idarəetməsindədir, yaxud onların mülkiyyətidir.

Rusların ordu içərisində də güclü dayaqları var. Ermənistan orudusu tamamilə Rusiya istehsalı olan silahlarla təchiz edilib. Ermənistan müxalifəti bilavasitə Kremlin nəzarətindədir. Belə bir şərtlərdə KTMT-dən çıxmaq barədə bəyanatlar yalnız narazılığın ifadəsi kimi qəbul edilə bilər. Ermənistan iqtisadiyyatı Rusiyaya ixrac, yaxud Rusiya vasitəsilə ixrac hesabına gəlir əldə edir. Rusiyadan pul köçürmələri ölkənin əsas gəlir mənbələrindən biridir.

Zaur İbrahimli: “Ermənistanın Qərb açılımı Azərbaycan üçün anlaşmalar baxımından təhlükəlidir”.

Bu baxımdan ermənilər üçün KTMT-dən, Rusiyadan uzaqlaşmaq yaxın perespektiv üçün real görünmür. Şübhəsiz ki, bu bəyanatlar, həmçinin gələcəyə hesablanıb və ermənilər onlara daha yaxşı şərtlər təklif edən Qərb ölkələri ilə ilk imkan düşən kimi anlaşma hazırdılar. Ermənistan siyasi rəhbərliyi indiki halda isə Kremli şantaj etməyə cəhd göstərir

Ermənistanın Qərb açılımı Azərbaycan üçün anlaşmalar baxımından təhlükəlidir. Görünən odur ki, Ermənistan Qərbə tərəf getməklə Azərbaycanla olan anlaşmaları sıfırlamaq istəyir. Amma Ermənilər üçün KTMT-dən, Rusiyadan uzaqlaşmaq yaxın perespektiv üçün real görünmür və bu heç də asan məsələ deyil. Çünki Ermənistan iqtisadiyyatında da, siyasətində də və müdafiəsində də Rusiyadan asılıq böyükdür.

Hər bir halda Rusiyanın Ermənistana təzyiq etmə imkanları çoxdur və gərəkirsə bu alətlərdən Yeravana qarşı istifadə edilə bilər. Hələ ki, Kreml də, Bakı da gözləmə mövqeyindədir. Bundan sonra Ermənistanın atacağı addımlara görə hər iki ölkə öz siyasətini müəyyənləşdirəcək və buna görə addımlar atacaqlar.

Ümumiyyətə isə Ermənistan çox təhlükəli və risklərlə dolu bir oyun başladıb və bu oyun rəsmi Yeravan üçün də erməni xalqı üçün də çox bahalıya partlaya bilər”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar